“Mənim diaqnozumla əlillik alanlar olsa da, mənə “imtina” verilib...” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Sosial
Oxunub: 218
14 apr 2022 | 18:50
“Mənim diaqnozumla əlillik alanlar olsa da, mənə “imtina” verilib...” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR


“Vətən müharibəsinə könüllü qoşulmuşam, Füzulidən Şuşa istiqamətinə qədər döyüşmüşəm. Döyüşdə yaralandım və kəllə-beyin travması aldım. Lakin indiyə qədər əlillik dərəcəsi ala bilmirəm”. Bunu “Qafqazinfo”ya Cəlilabad rayonundan olan 27 yaşlı Vətən müharibəsi qazisi Babək Cəfərli bildirib. Onun sözlərinə görə, ötən il dekabrın 28-də əlillik dərəcəsinin təyin olunması üçün lazımi sənədləri aidiyyəti quruma təqdim edib: “Qanunvericilikdə göstərilir ki, 15 iş günü müddətində əlilliklə bağlı müraciətə cavab verilməlidir. Buna baxmayaraq, 92 gündən sonra - aprelin 6-sı mənə “imtina” cavabı gəlib.

Mən Aprel döyüşlərində də iştirak eləmişəm. Vətən müharibəsində, oktyabrın 6-da yaralanmışam. Kəllə-beyin travması, beyin silkələnməsi və onurğamdan zədə almışam. Füzuli, Biləsuvar Rayon Mərkəzi Xəstəxanalarında, Bakı və Gəncə şəhərlərində xəstəxada müalicə almışam. Mənə qoyulan diaqnozla əlillik dərəcəsi alanlar olsa da, mən əlillik ala bilmirəm...”

Qazi bildirib ki, səhhətində problemlər olduğuna görə işləyə də bilmir: “Mənim kimi digər cəbhədə döyüşən yoldaşlarım var. İş üçün müraciət edəndə də bizə deyirlər ki, “Maştağada yatmısınız, sizə iş verə bilmərik”.

Problemlə bağlı ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bunları bildirdi: “Vətən müharibəsi iştirakçısı Cəfərli Babək Əzimxan oğlu bu il martın 11-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. B.Cəfərlinin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyə əsas verən əlamətlərin olmadığı müəyyən edilib. Bu səbəbdən əlillik təyinatından imtina edilib”.

Qeyd edək ki, Babək Cəfərli Vətən müharibəsində göstərdiyi şücaətə görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...