İlmə-ilmə sökülən DÖVLƏT BÜDCƏMİZ... - İLGİNC FAKTLAR
Sosial
Oxunub: 303
12 apr 2022 | 23:39
İlmə-ilmə sökülən DÖVLƏT BÜDCƏMİZ... - İLGİNC FAKTLAR


Bu gün bütün saytların tirajladığı bir xəbər sözün həqiqi mənasında təəccübümüzə səbəb oldu.
Yayılan xəbərdən bəlli olur ki, “Azər İlmə” MMC-nin dövlətə 1 MİLYON vergi borcu var...
Söhbət 100, 200, hətta 10 min manatdan deyil e, 1 milyon manatdan gedir.
Axı, 1 milyon manat vergi borcu birdən-birə, bir-iki ayın içərisində yığıla bilməz.
Bu məbləğdə borcun yaranması üçün illər lazımdır.
Deməli, illər uzunu bu sahəyə lazımi nəzarət olmayıb.
İndi təsəvvür edin ki, ölkədə nə qədər “İlmə” kimi şirkətlər var.
Bunun hərəsi dövlət büdcəsindən 1 milyon yayındıranda, nə boyda cinayət əməlləri baş verir..?
Hələ bu harasıdır ?
Yayılan xəbərdən bəlli olur ki, vaxtilə çayxanada işləyən Xəqani Talıbov sonradan “Azər İlmə” MMC-nin baş direktoru olub.
Özünü də etiraf etdiyi kimi heç bir ali, hətta tüxnikum təhsili olmayan Xəqanı Talıbov görəsən, necə baş direktor olub..?
Xəqani Talıbov deyir ki, mən neyləyim, məni qoydular, mən də direktor oldum....
Problem odur ki, bizim insanlarda sanki məsuliyyət hissi yoxdur.
Səni qoyurlar, bəs sənin özündə bir məsuliyyət, cavabdehlik hissi-filan yoxdur...?
Sən başın çıxmayan sahəyə necə rəhbərlik edə bilərsən..?
Axı, indi 80-ci, hətta 90-cı illər deyil ki, yun idarəsinin müdiri Baş nazir ola..?
Xəbərdən bəlli olur ki, “Azər İlmə” borcu ödəyə bilmədiyi üçün Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə verilib. Bakı Kommersiya Məhkəməsində qaldırılan iddiaya baxılacaq.
Onu da qeyd edək ki, saytların yazdığına görə, bundan öncəki məhkəmə prosesində də direktor Xəqani Talıbov üzünü məhkəmə hakiminə tutaraq deyir ki, möhtərəm hakim, İnşallah, işə xitam verilsin yığışıb bir yerə ləzzətlə çay içərik...
İndi özünüz təsəvvür edin ki, xeyli sayda insanın çalışdığı kollektivə görün kim rəhbərlik edir..?
Söhbət təkcə “Azər İlmə” MMC-dən getmir ee....bir çox sahələrə yenidən diqqət yetirmək lazımdır.
İki gün öncə apardığımız araşdırma zamanı bəlli oldu ki, 220 min əhalisi olan Masallı rayonunda Təhsil Şöbəsinin müdiri “prorab” imiş. Sonra da bəlli olub ki, onun “prorab” diplomu da saxta imiş.
Sözümüzün canı odur ki, hazırda kadr məsələsi biraz axsayır, bunu da keçid dövrünün ayağına yazırıq.
Təsəvvür edin ki, kimisə nazir təyin edirlər. Və o nazirlikdə çalışan bütün mütəxəssisləri, təcrübəli kadrları işdən azad edərək, harada savadsız qohum-əqrəbası, tanışı-dostu varsa, nazirliyə vəzifəyə təyin edir. Bilirsiniz kadr məsələsində Ramiz Mehdiyevlə Əli Həsənov Azərbaycana elə dağ çəkiblər ki, qiyamətə qədər sağalmayacaq. Çünki onlar Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətinə və onun davamçısı hörmətli Prezidentimiz İlham Əliyev cənablarına cani dildən xidmət edən şəxslərin demək olar ki, əksəriyyətini ya şərlətdirərək həbs etdirdi, ya da şəxsi işlərinə elə bir qara ləkə yazdılar ki, illərlə onu təmizləmək olmur. Amma günün birində cənab Prezidentimiz bu düyünlərin hamısını açaraq bütün sədaqətli dostların hamısını bir arada birləşdirəcək. Necə ki, Qarabağ məsələsində hamı bir araya gəldi.
Tam məsuliyyətlə deyirik ki, bir gün bunun cəzasını bir cəmiyyət olaraq çəkəcəyik.
Ölkədə barmaq sayı qədər savadlı, peşəkar, təcrübəli mütəxəssis tapmaq olmur.
O boyda Kənd Təsərrüfatı Nazirliyində bir mütəxəssis qalmayıb. Nazir özü BDU-nun Beynəlxalq hüquq fakültəsini bitirib, diplomatdır.
Axı, diplomat aqrar sahəni necə bilə bilər..?
Hələ bu da azmış kimi, Allah qoymasa, nazir də onunla ASAN xidmətdə birgə çalışan tarix, coğrafiya müəllimlərini gətirib doldurub Kənd Təsərrüfatı Nazirliyinə...
Millətin gələcəyi üçün ən vacib olan sahələrdən biri, bəlkə də birincisi Təhsil Nazirliyidir.
Bu gün başda nazir Emin Əmrullayev olmaqla nazirlikdə bir nəfər də olsun pedoqoq yoxdur, bütün rəhbərlik “Narxoz”u bitirib.
Biz digər nazirlik və komitələrə də nəzər salıb saf-çürük edə, təhlil edə bilərik.
Amma nə faydası var.
Bir daha qeyd edirik ki, söhbət “Azər İlmə” MMC-dən, yaxud onun direktoru Xəqani Talıbovdan getmir.
Bu problem çox ciddidir və bizim mövqeyimiz kimisə aşağılamaq-zad deyil, bir həyacan siqnalıdır.
Bir misalla yazını yekunlaşdıraq.
Bir neçə il öncə Perzident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev daş karxanasında işləyən bir nəfəri ( adını çəkməyə ehtiyac görmürük ) PA-a baş məsələhətçi vəzifəsinə gətirəndə biz bu barədə yazmışdıq.
Əslində “Azər İlmə” MMC bir impuls oldu bu yazının yazılmasına.
Böyük Şəhriyar deyirdi ki, Bizdə öndə gedir avropalılar, İşi iş bilənə tapşırır onlar.
Gəlin, biz də işi iş bilənə tapşıraq. //gundelik-baku.com//
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”