Borclu Əmlak xidməti satdığı əmlakın “özəlləşmə” şəhadətnaməsi”ni tələbkardan tələb edir
Sosial
Oxunub: 227
11 apr 2022 | 22:50
Borclu Əmlak xidməti satdığı əmlakın “özəlləşmə” şəhadətnaməsi”ni tələbkardan tələb edir


Korrupsiyadan şikayətlər rüşvətlə araşdırıl(m)ır
Məhkəmə qərarlarını icra etməkdən imtina məmurun konstitusion hüququdur
Azərbaycan Respublikası Prezidentinin 04.04.2022 tarixli sərəncamı ilə doğrulanan “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” ayrı – ayrı fəaliyyət yönümlü qurumların korrupsiyaya qarşı mübarizə çabalarını birləşdirməyə , bu mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə hesablanıb. Korrupsiyanın qanunun aliliyinə və sosial ədalətə təhlükə yaratması , iqtisadi və sosial inkişafı ləngitməsi , əlverişli biznes mühitinin formalaşmasına mane olması vurğulanan sərəncamın önəmini danmaq olmaz. Bircə digər hüquqi aktlar kimi, korrupsiyaya qarşı mübarizənin özü kimi, bu sərəncamın da imitasiya , gözdən pərdə asmaq kampaniyası xarakteri daşıyacağı qorxusu olduqca realdır. Düz 3 il qabaq 03.04.2019-cu tarixli “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsinə” sərəncam verən prezidentin buyuruğu elə kağız üzərində də qalıb, məhkəmə hüquq sistemi korrupsiyanın çiçəkləndiyi bostana çevrilib. “Korrupsiya bostanı”nın baş qanunu QEYRİ - PROSESSUAL BAZARLAŞMA QANUNUDUR!
Prezident Sərəncamının dərc olunması ilə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin işinin “canlanması” müşahidə olunur. Ötən gün Ombudsman Aparatının cavabı ilə borclu Sosial Xidmətlər Agentliyinin 6 ildir dövlətin adından çıxarılan Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarını icra etməkdən imtinasından, Nizami rayonu, Çobanzadə küçəsində qazi və şəhid ailələrinə tikilən evi rüşvətlə gizlin bölməsindən 2019 -cu ildə 161 qaynar xəttinə şikayət üzrə 2 ildən sonra Rəşad Məmmədov adlı müstəntiqin 09.09.2021-ci ildə aldığı izahatın “taleyinə aydınlıq gətirilib”. Baş korrupsiya idarəsi heç bir şəxsin əməlində cinayət olmadığını (?) bildirib . Bəs bu cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın özü hanı , niyə Ombudsman Aparatının araçılığı ilə də olsa şikayətçiyə verilmir? Axı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 212-ci maddəsinə əsasən vətəndaşın qərardan şikayət vermək hüququ var! Qərar qəbul edilibsə verilməlidir, edilməyibsə, bunu əməldə cinayət faktının olmaması ilə izah etməyin özü korrupsiyaya uyğundur. Belə bəlli olur ki, baş korrupsiya idarəsi barəsində şikayət edilən korrupsiya subyektləri ilə qeyri-prosessual münasibətə girərək şikayətləri it-bata salır. İndi korrupsiyaya qarşı mübarizənin effekt(sizliy)ini görün, Bakı İnzibati Məhkəməsi borclu Sosial Xidmətlər Agentliyinin qeyri-prosessual basqısı ilə qərarının icrasını təmin etməkdən imtina edir, heç icra vərəqəsi belə vermir; heç tələbkar Qarabağ qazisinin çoxillik ərizələrinə belə baxmır, korrupsiyaya qarşı mübarizə baş idarəsi isə 161-ə şikayətlərdən 3 il sonra izahat alıb, 7 aydan sonra cinayət faktı olmadığını şifahi şəkildə Ombudsman Aparatına bildirir! (?) Belə “mübarizə” ilə ,əlbəttə, məhkəmə-icra qeyri-prosessuallığı , korrupsiyası güclənər.
08.04.2022-ci ildə Vətəndaşların qəbulu mərkəzində Prezidentin köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Məhkəmə-Hüquq Şurasının üzvü, korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü Fuad Ələsgərovun qəbuluna gedəndə Əmlak Xidmətindən olduğunu deyən Nurəddin adlı şəxs 13 ildir Xətai məhkəməsinin 26.05.2009 tarixli qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqların 2008-ci ildə özəlləşdirildiyini zənglə bildirib, TƏCİLİ həmin özəlləşmə şəhadətnaməsini göndərməyimi (?) istədi. Heç demə, Prezidentin sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı korrupsiyaya qarşı mübarizə baş idarəsi borclu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib və əmlak xidmətçiləri də borclarını ödəməkdən imtinalarını məhkəmə qətnaməsindən bir il qabağa saxtalaşdırdıqları 2008 tarixli özəlləşmə şəhadətnaməsi ilə “əsaslandırmaq” yolu seçiblər. Qanunların icrasına nəzarət edən prokurorluğun qanuna qarşı çıxaraq şikayəti barəsində şikayət edilən quruma göndərməsi “mübarizəsi” bir yana, borclu əmlak xidmətinin tələbkardan əmlaka aid ayı – günü bilinməyən 2008 tarixli “özəlləşmə sənədi” tələb etməsi hansı korrupsiyaya qarşı mübarizə qanununda, hansı prezident sərəncamında yazılıb? Təsəvvür edin, 1-ci dərəcəli Qarabağ qazisinə 13 il qabaq verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqlar məhkəmə qərarından 2 il sonra saxta şəhadətnamə özəlləşdirilib , borclu Əmlak Məsələləri Dövlət Xidməti isə “kupça” xidməti” göstərən yanındakı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən yox, tələbkar Qarabağ qazisindən saxta özəlləşdirmə şəhadətnaməsini prokurorluğa “əsas” kimi təqdim etməyə istəyir. Sonda da baş korrupsiya idarəsi Ombudsman Aparatının araçılığı ilə saxta şəhadətnamə ilə əmlakın ələ keçirilməsi, dövlətin adından çıxarılan məhkəmə qərarının 13 ildir icra olunmamasında cinayət tərkibinin olmadığını şifahi şəkildə bildirəcək. Belə mübarizə ilə yalnız korrupsiya uğrunda mübarizə qüvvəyə minər.
Əmlak xidmətinin sənəd, tarix saxtalaşdırması ötən gün elektron qaydada verdikləri cavabla bir daha ortaya qoyulur. Aprelin 8-də telefon danışığı sonucu olaraq bir gün qabağa 07.04.2022-ci ilə saxtalaşdırılan məktubla İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın rəis müavini Elçin Yusubov bildirib ki, Xətai məhkəməsinin 26 may 2009-cu il tarixli qətnaməsi ilə Qarabağ qazisinin istifadəsinə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanında yerləşən otaqlar 2008-ci ildə icarəçi (15-Cİ İLDİR NƏ GÜN – AY , NƏ DƏ AD-SOYAD – ATA ADI “TAPILIR”-M.B.) tərəfindən özəlləşdirilib. Borclu Nizami RİH, ƏMDX, Ədliyyə Nazirliyinin icra şöbələri hələ də anlamırlar ki, məhkəmə qərarından əvvəl, yaxud sonra “özəlləşdirilməsindən” asılı olmayaraq, heç bir saxta-doğru şəhadətnamə , özəlləşmə sənədi, notariat qeydi DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARINDAN, KONSTİTUSİYADAN ÜSTÜN OLA BİLMƏZ! Konstitusiyaya hörmətsizliyə baxın, dövlətin adından çıxarılan məhkəmə qərarını borclular JEK-in “icarə sərəncamı”ndan aşağıda tuturlar! (?) Görək, Prezidentin 04.04.2022 tarixli Sərəncamı da, məhkəmə qərarı kimi ƏMDX-nın, Nizami RİH -in, Ədliyyə Nazirliyinin , baş prokurorluğun və yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin əmlak – korrupsiya bazarından aşağıda tutulacaq, yoxsa. …
Məğrur Bədəlsoy
Teref.az olaraq məqalədə iddia olunan məsələlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı