Bakının marketlərində “sürpriz” xəstəlik satılır: - Amma nə alıcılar, nə satıcılar xəbərdardır
Sosial
Oxunub: 244
8 apr 2022 | 16:53
Bakının marketlərində “sürpriz” xəstəlik satılır: - Amma nə alıcılar, nə satıcılar xəbərdardır


İsveçdə məşhur “Kinder Surprise” şokolad yumurtalarında salmonella infeksiyası aşkar edilib və bununla bağlı 4 fakt qeydə alınıb.

Aprelin 4-də isə Avropada bu məhsulla salmonella infeksiyasına yoluxma ehtimalı olan 125 hadisə qeydə alınıb. Britaniya, İrlandiya, Belçika, Fransa və Almaniyada da salmonella aşkar edilib. “Israi News” xəbər verir ki, qabaqlayıcı tədbir olaraq ölkədə bu markalı şokoladlı yumurtalar satışdan çıxarılıb. Məlumata görə, istehsalçı şirkət olan “Ferrero”nun “Kinder Surprise” yumurtaları və bir sıra digər şokolad məhsulları ehtiyat tədbiri olaraq Hollandiyada da rəflərdən yığışdırılır. “Kinder”i istehsal edən İtaliyanın “Ferrero” şirkəti hazırda məhsulların başqa ölkələrə təhvil verilib-verilməməsi ilə bağlı araşdırma aparır. Qeyd edək ki, Böyük Britaniyada 60-dan çox uşaq salmonella virusuna yoluxub.

Salmonella infeksiyası haqqında nə bilirik?

Bədən müqavimətini azaldan ishal, qızdırma və qusma kimi simptomları olan salmonella bakteriyası insan orqanizminə bir çox yolla keçə bilir. Bu virus digər heyvanların, quşların və insanların bağırsaqlarında yaşayır. Çirklənmiş yumurta, quş əti, ət, pasterizə olunmamış süd və ya şirələr, pendir, tərəvəz və meyvələr, ədviyyatlar və qəlyanaltılar virus mənbəyi ola bilər. Bütün yaş qruplarınındakı insanlara yoluxan virus ən çox körpələr, yaşlılar və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir. İnkubasiya müddəti 12-72 saat olan infeksiyanın simptomlarına ishal (bəzən qanlı), qızdırma, qarın ağrısı və qusma daxildir. Sağlam insanların əksəriyyəti müalicə olunmadan 4-7 gün ərzində sağalır. Bununla belə, bəzi xəstələrdə bağırsağın tam normallaşması üçün bir neçə ay vaxt lazımdır. Xəstəliyi olanların kiçik bir hissəsində oynaq ağrısı, göz qıcıqlanması və ağrılı sidik ifrazı inkişaf edə bilər.

Uşaqların sevdiyi şokoladlı yumurtaların "sürpriz"i

Bütün uşaqları maraqlandıran şokoladlı yumurtaların təkcə şokoladı deyil, həm də onun içərisində gizlənən oyuncaqlardır. Bəzi uşaqlar şokoladlı yumurtaların sürprizini sevirlər. Valideynlər isə şokoladlı yumurtaların şokoladlarının keyfiyyətinə daha çox önəm verirlər. Marketlərdə fərqli ölkələrin və fərqli firmaların şokoladlı yumurtaları müştərilərə təklif olunur. Lakin qiymət və keyfiyyətə görə geniş alıcı kütləsi qazanan "Kinder surprise" şokoladlı yumurtalardır. Valideynlərin inanıb və aldığı sürprizli yumurtaların yaratdığı xəstəlikdən bizim marketlərin və alıcıların məlumatı varmı? Marketlərdə "Kinder surprise"in satışına hansısa məhdudiyyət qoyulubmu?

Xəbəriniz varmı ?

Cebhe.info-nun əməkdaşı paytaxtdakı marketlərə baş çəkib, yaranan suallara cavab axtarıb. İstər böyük, istərsə də kiçik, məhəllə dükanlarında "Kinder" məhsulları üçün xüsusi piştaxta ayrıldığının şahidi olduq. Şokoladların ayrı-ayrı marketlərdə fərqli qiymətə satıldığını öyrəndik. İlk girdiyimiz "Grand mart"da "Kinder surprise" yumurtalarının bir ədədi 2 manat 40 qəpiyə təklif edilir. Satıcılar adıçəkilən məhsula əvvəlki ilə eyni dərəcədə marağın olduğunu, eyni sayda sifariş olunduğunu bildirdilər.

Virusa görə yox, bahalığa görə almırlar

Yasamal rayonu ərazisində fəaliyyət göstərən "Araz" supermarket şəbəkəsinə aid olan mağazaların birində alıcıların sürprizli yumurtaları daha ucuz, 2 manat 10 qəpiyə aldıqlarını müşahidə etdik. Satıcılarla söhbətimizdə məlum oldu ki, mağaza işçiləri və rəhbəri sözügedən şokoladla bağlı hansısa yeni məlumata malik deyillər. Satıcılar "Kinder" məhsullarının digər firmaların istehsalı olan şokoladlı yumurtalarla müqayisədə az alındığını bildirdilər. Buna səbəb "Kinder surprise"lərin digərlərinə nisbətən baha olmasıdır. Həmin ərazilərdə yerləşən, əhali arasında daha çox "ucuz market" kimi tanınan "OBA" mağazasında da "Kinder surprise"in qiyməti elə digər mağazadakı qiyamətdən fərqli deyildi. 2 manat 10 qəpiyə satılan "Kinder surprise" şokaladlarının pistaxtada az olduğunu, səbəbinin isə hansısa virusla əlaqəli olmadığı məlumatı aldıq. Məhəllə marketlərində də vəziyyət eynidir. Dükanların ərazisinin imkan verdiyi qədər "Kinder surprise" sərgilənir.

Bir sözlə, marketlərdə satılan şokoladlı yumurtaların "sürpriz"indən hər kəs xəbərsizdir. Deməli, təhlükə var və artır…
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...