“Meydan Ramiz Mehdiyev meydanı deyil” - Ekspert danışır
Sosial
Oxunub: 212
8 apr 2022 | 17:47
“Meydan Ramiz Mehdiyev meydanı deyil” - Ekspert danışır



Sabiq dövlət müşaviri Qabil Hüseynli “Sherg.az” a danışıb
Müsahibəni təqdim edirik.

-Dünən Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tutdu. İddialar da var ki, Rusiyasız yekun sülh mümkün olmayacaq. Siz necə düşünürsünüz?

-Zənnimcə, son hadisələr bu məsələdə Rusiyanın rolunu heçə endirməsə də, çox aşağı səviyyəyə salır. Çünki Qərb də artıq Rusiyanı bütün proseslərdən uzaqlaşdırır. Üstəlik, məncə, Rusiyanın bu proseslərdən uzaqda dayanması və prosesləri postsovet məkanındakı öz məntiqinə uyğun sürətdə tənzimləməyə çalışması ən azından Azərbaycanın xeyrinə olmayacaq. Mən Qərbin, Avropa Birliyinin rolunu şişirtmək istəmirəm. Amma hər halda Avropa birliyi ilə daha səmimi müzakirələr aparmaq mümkündür. Rusiya ilə müqayisədə daha ciddi nəticələrə nail olmaq olar.

- Fərrux yüksəkliyinin azad edilməsindən sonra rus sülhməramlılarının Azərbaycandan çıxarılmasına dair müəyyən fikirlər ortaya atıldı. Artıq sülhməramlılar təxribatların qarşısını almır, əksinə özü təxribatlar törədir və ya buna şərait yaradır. Necə düşünürsünüz, rus sülhməramlıları vaxtından əvvəl çıxara bilərikmi ? Biləriksə, bu, Rusiya – Azərbaycan münasibətlərinə təsiri necə olar?

-Burada Ermənistanın rolu da əhəmiyyətlidir və bu prosesə Ermənistanın da qatılması vacibdir. Amma çox ağlagəlməz proseslər gedir.

-Məsələn?

-Ukraynanın Rusiyanı bütün istiqamətlər üzrə sıxışdırması, Qərbin bu sıxışdırma kampaniyasına təsir göstərməsi və Qərbin özünün də Rusiyanı tam təcridetmə kampaniyasına girişməsidir. İndi bu şəraitdə, zənnimcə, bölgədəki rus sülhməramlı qüvvələrin nə edəcəyi məsələsini də gündəmə gətirmək olar. Rusiya dünən əzəmətli, qorxunc, postsovet məkanında hegemon görünürdü. Rusiya haqqında dünən söylədiklərimizi bu gün təsəvvür edə bilmərik. Sabah isə heç təsəvvür edə bilməyəcəyik. Proseslər elə bir səviyyəyə çatacaq ki, Rusiyada gedən prosesləri dünyada yeni nizamın qurulması və bütövlükdə çoxqütblü dünyanın tələblərinin dəyişməsi və.s bucaqlar altında izləməli olacağıq. Ona görə də güman etmirəm ki, rusiyanın Cənubi Qafqazda rolu yenə də həmişəki kimi ötkəm olacaq. Bu mümkünsüzdür. Fikrimcə, Rusiyanın Cənubi Qafqazadakı mövqeyini qardaş ölkə Türkiyə çox asanlıqla doldura biləcək.

-Birinci və İkinci Qarabağ münaqişəsi dönəmində Fransa və bir sıra Avropa ölkəsi Ermənistanı dəstəkləyib. İndi Rusiya – Ukrayna müharibəsində Ermənistan ictimaiyyəti və Paşinyan hökümətinin özü Rusiyanın Avropa Şurasından çıxarılması prosesində rəsmi Moskvanın lehinə səs verdi. Eyni zamanda, Ermənistandakı daxili aksiyalarda Rusiyaya dəstək ifadə olunur. Yəni rəsmi İrəvan işğalçının yanında yer alıb. Amma Qərb buna süst yanaşır...

-Ermənistanın əl altından gördüyü işlərin hamısı artıq üzə çıxıb. 4 “SU-30” təyyarəsini göndərib. Suriyadan könüllü dəstələri qəbul edib, Ukraynaya qarşı döyüşə göndərib. Üstəlik, Ermənistan Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda qətiyyən iştirak etməyib. Bunların hər biri faktdır. Güman edirəm ki, bunların üstü açılıb və Qərb artıq bunu bilir. Bununla bağlı Qərbin müəyyən münasibət bildirməməsini xristianlığın vədi və ikili standartların təzahürü kimi də yozmaq olar. Amma qənaətimcə, bunun üstünü həmişə ört-basdır etmək mümkün olmayacaq. Ən azından Azərbaycan bunu Ermənistanın və onun dəstəkçi qəyyumlarının üzünə çırpacaq və bu Ermənistan hakimiyyət orqanlarına qarşı mübarizə vasitəsi kimi istifadə ediləcək. Hər halda, hesab edirəm ki, ABŞ-ın Ermənistana humanitar, maliyyə yardımının azaldılması bunun göstəricisidir. Gələcəkdə oxşar hadisələr gündəmə gələ bilər.

-İddialar var ki, Rusiya-Ukrayn müharibəsi 3-cü dünya müharibəsinə səbəb ola bilər. Hətta fikirlər var ki, Rusiya-Əfqanıstan müharibəsi SSRİ-ni çökdürdü, Rusiya-Ukrayna müharibəsi də müasir Rusiyanı çökdürəcək. Siz necə düşünürsünüz, bu müharibədə kim uduzacaq, kim udacaq?

-Ukrayna bu məsələdə qalib olacaq. Rusiya isə məğlub duruma düşəcək. Bu artıq bir sıra ələmətlərdən görünür. Üstəlik, Qərb də bu proseslərdə qalib olacağı düşüncəsi var. Amma Rusiyanın 3-cü Dünya müharibəsinə səbəb olacağı haqqında olan fikirləri düşünməkdə çətinlik çəkirəm. Çünki birincisi, nüvə silahlarına görə, Qərb Rusiyanı çox qabaqlayıb. İstənilən halda, dünya müharibəsi variantını sırf əzələ nümayişi və şantaj vasitəsi kimi görürəm. Hesab etmirəm ki, bu baş verəcək.

-Azərbaycan və Böyük Britaniya münasibətləri inkişaf edir. Bundan başqa, Azərbaycan İtaliya birgə universiteti açılır. İtaliyada Azərbaycanın Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır. Bir digər tərəfdən İsrail Azərbaycan münasibətləri inkişaf edir. Bilirik ki, Amerika İsrail münasibətləri çox istidir. Artıq Azərbaycanın üzünü Qərbə tərəf çevirdiyi aydın görünür. Bu əməkdaşlıqların inkişafı Azərbaycana nə vəd edəcək?

- Azərbaycan Qərbə inteqrasiya siyasətini davam etdirir. Bu sahədə də böyük uğurlara imza atıb. Zənnimcə, Britaniya, İsrail, eləcə də İtaliya ilə münasibətlər strateji önəm kəsb edir. Bu münasibətlərin inkişafı Azərbaycanın özünün də dəyişməsinə gətirib çıxarılmalıdır. Hesab edirəm ki, Azərbaycan özünün konstitusiyasında da yazıldığı kimi dünyəvi, demokratik dövlət qurmaq yolunda islahatlarını davam etdirir. Bu islahatlar artıq özünün yeni fazasına daxil olacaq. O faza ki, orada yeni parlament seçkiləri, qanunverici və icraedici hakimiyyətlər arasındakı fərqlərin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminin tamamilə reforma edilib, yenidən qurulması və.s Güman edirəm ki, bu proseslər hakimiyyətin diqqət mərkəzindədir.

- Ölkəmizdə “5-ci kolon”un olmasına dair iddialar var. Necə düşünürsünüz, həmin qüvvələr Azərbaycandakı uğurlu prosesləri sabotaj edə bilərlərmi?

-“Beşinci kolon” həqiqi mənada özünün son dövrlərini yaşayır. Çünki Rusiyanın dünyadakı təsiri zəifləməklə onların postsovet məkanındakı təsir dairələri də zəifləyir. Azərbaycanda isə bu təsir dairəsini zəiflədən çox amillər var. Onlar imkan olduqca yığışdırılacaq və yaxud onların da haqqında tədbirlər görülməyə başlanılacaq. Ümumilli reform proseslərində bir ovuc “Beşinci kolon” nümayəndələrinin nəsə edəcəyini düşünmək çox çətindir. Hətta mən deyərdim ki, ölkənin müəyyən əlaltı funksiyasını yerinə yetirən qüvvələrdən arınması prosesi daha sürətlə gedəcək.

-Bu bir ovuc adamı yığışdırmaq elə çətindirmi? Yoxsa bu proses başlanılsa, ölkəmizə xarici təzyiqlər ola bilər?

- Heç də çətinliyi yoxdur. Hesab edirəm ki, onlara qarşı mübarizədə yetəri qədər siyasi iradə nümayiş etdirilmir. Ramiz Mehdiyev kimdir ki, onun nazı ilə oynasınlar? Meydan Ramiz Mehdiyev meydanı deyil. Bu cür adamların yeganə dayağı oturduğu kreslodur. Vəzifədən azad olunduqdan sonra bütün təsir imkanlarını itirdi. Ona görə zənnimcə, mənfur qüvvələrdən arınmaq üçün lazımı tədbirlər görüləcək. Azərbaycan dövlətçiliyi qüvvətlidir, qüdrətlidir, bölgənin super gücüdür. Bu missiyanı yerinə yetirmək üçün də əl-qola dolaşan müəyyən adamlardan çəkinmədən xilas olmaq lazımdır.

-“Şuşa Bəyannaməsi” “Moskva Bəyannaməsi”ndən nəyi ilə güclüdür və nəyi ilə zəifdir?

- “Şuşa bəyannaməsi”ni mən Moskva bəyannaməsi ilə müqayisə etməkdə çətinlik çəkirəm. “Şuşa Bəyannaməsi” sözün həqiqi mənasında iki qardaş ölkənin bağldığı strateji müttəfiqlik sənədidir. Onun bütün müddəalarından səmimiyyət, məhəbbət və böyük hörmət hissi yağır. Rusiyada bağlanmış müqavilə siyasi gediş kimi də qəbul edilə bilər. Amma Azərbaycan öz qonşuları ilə münasibətləri qaydasında saxlamaq istəyir, bu təbiidir. Moskva ilə imzalanmış həmin sənəddə ən azından Rusiya ilə münasibətləri yaxın qonşuluq münasibətləri səviyyəsində təqdim etməyi hədəfləyir. Bu məsələlərin dərinliyinə baş vurmadan deyə bilərəm ki, inkişafımızın əsasını “Şuşa Bəyənnaməsi” müəyyənləşdirəcək. Biz həmin bəyannamənin ruhuna uyğun da hərəkət edəcəyik.

-Kürəkəniniz, şəhid pilotumuz Rəşad Atakişiyevin faciəvi ölümü ilə bağlı detallar açıqlandımı? Sizə son olaraq nə deyildi?

- Bu məsələnin təfərrüatları tam açılmayıb. Bəlkə də, “yuxarı”lara bu hadısənin səb ələri bəllidir. Mənim araşdırılmalarıma baxmayaraq, mənə və ailəsinə yarım-qaranlıq formasında məlumat alırıq. Ona görə də hələ də şübhələr, iddialar var. Amma birmənalı sürətdə açıq faktlar yoxdur. Bu səbədən də hələ ki, prosesi zamanın öhdəsinə buraxırıq.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı