1,4 milyon borcu olan qalmaqallı şirkət Azərbaycandan nə qədər valyuta çıxarıb? - SENSASİYA
Sosial
Oxunub: 324
8 apr 2022 | 21:47
1,4 milyon borcu olan qalmaqallı şirkət Azərbaycandan nə qədər valyuta çıxarıb? - SENSASİYA


1 milyon 400 min manatdan çox vergi borcu olan "Enerji Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ölkədən mal idxal etmək adı ilə külli miqdarda valyuta çıxarıb. Amma heç bir mal idxal edilməyib.

Teref.az musavat.com-a istinadən xəbər verir ki, Azərbaycanda təmir-tikinti sahəsində fəaliyyət göstərdiyi deyilən MMC uzun müddətdir ki, vergiyə yaranmış borcunu ödəmir. Amma buna baxmayaraq, tenderlərdə qalib gəlməyi də bacarır. Son olaraq Azərbaycan Dəmir Yollarının tenderlərindən birini qazanıb. Gəncə Dəmir Yolu Xəstəxanası MMC-nin Terapiya profilli gündüz stasionar bölməsində və laboratoriyada təmir işlərinin görülməsi üçün MMC-yə 191 min manat pul ayrılıb.

Təmir-tikinti sahəsindəki fəaliyyəti ilə bağlı internet resurslarında heç bir məlumat olmayan bu MMC-nin hüquqi ünvanı Səbail Rayonu, Qəzənfər Əlizadə, ev 4, mənzil 3-dür. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Nicat Abdulovdur. Maraqlıdır ki, 2018-ci ildə yaradılan bu MMC qısa müddətdə dövlət büdcəsindən maliyyələşən qurumların tenderlərində qalib olmağı bacarıb. Elə bu qısa zaman ərzində də vergiyə 1 milyon 400 min manatdan artıq borcu yaranıb.

Xatırladaq ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci tələbinə əsasən vergi borcu olan şirkətlərin tenderdə iştirakı mümkün deyil.

Son olaraq isə MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsini pozub.

Buna görə vəzifəli şəxslər ölkədən çıxarılan valyuta vəsaiti məbləğinin 10-20 faizinədək, hüquqi şəxslər isə 20-30 faizinədək məbləğdə cərimə edilir.
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib