Qəzalı təhsil müəssisələri KİMİN AYAĞINDADIR? - "Öz mənafelərini insanların həyatından daha üstün tuturlar"
Sosial
Oxunub: 295
5 apr 2022 | 20:24
Qəzalı təhsil müəssisələri KİMİN AYAĞINDADIR? - "Öz mənafelərini insanların həyatından daha üstün tuturlar"


“Təəssüf ki, bəzi şəxslər öz mənafelərini insanların həyatından daha üstün tuturlar”. Bu sözləri əksər təhsil ocaqlarının qəzalı vəziyyətdə olmasına və baş verən bədbəxt hadisələrə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, təhsil ocaqlarında xoşagəlməz halların yaşanmasına birbaşa Təhsil Nazirliyi cavabdehdir:

“Orta məktəb binalarının uçması faciəvi haldır. Bu vəziyyətin məsuliyyətini daşıyan aidiyyatı qurumlar Təhsil Nazirliyi və eyni zamanda, nazirliyin tabeliyində təmir-tikinti işləri üzrə qurumlardır. Naxçıvanda isə aiddiyyatı qurum bu hadisədə məsuliyyət daşıyır. Ümumilikdə, uçqunlar təmirdə istifadə olunan materialların keyfiyyətsizliyindən baş verə bilər. Görünən odur ki, təhsil ocaqlarının uçması müəyyən şəxslərin məsuliyyətsiz davranaraq tikinti materiallarının daha ucuz olmasına çalışmasıdır. Bu gün ölkədə 4440 məktəb var. Bakıda təmirə ehtiyacı olan məktəblərin sayı az olsa da, regionlarda say daha çoxdur. Bölgələrdə istifadəyə yararsız məktəblər həddindən artıq çoxdur. Belə ki, təxminən 500-ə yaxın məktəbin əsaslı təmirə ehtiyacı var.

Prezidentin fərmanına əsasən, son dövrlər modul tipli məktəblərin tikintisinə start verilib. Ən azından, yararsız məktəblərdə bu tip təhsil ocaqları tikmək olar. Əslində, hər bir qurum işinə daha məsuliyyətlə yanaşarsa, faciəvi hallar müşahidə olunmaz. Təəssüf ki, bəzi şəxslər öz mənafelərini insanların həyatından daha üstün tuturlar”.

Qeyd edək ki, bir neçə gün Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbdə aparılan inşaat əsnasında təhsil ocağına məxsus bina çöküb. Hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Digər məlumata görə, Cəlilabad rayonunda orta məktəb binasında uçqun baş verib. Hadisə rayonun Musalı kənd məktəbində qeydə alınıb. Uçqun səbəbindən orta məktəbdə tədris tamamilə dayandırılıb. Şagirdlərin qonşu kənddə yerləşən Zəhmətabad kənd orta məktəbində tədrisə cəlb olunması təmin olunub.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib