Budurmu sizin İŞIQ SÜRƏTİNİZ? - «Metronet»dən NARAZILIQ
Sosial
Oxunub: 207
4 apr 2022 | 23:39
Budurmu sizin İŞIQ SÜRƏTİNİZ? - «Metronet»dən NARAZILIQ


İnternetin həyatımızın bir hissəsinə çevrilməsi ilə bağlı dünənki yazımızda qısaca da olsa bəhs etmişdik.
Yəni bunu hətta hər gün internet vasitəsilə “iqra” oynayan uşaqlar da dərk edir. Amma…
Əmması odur ki, hazırda dünyanı bürüyən koronavirus pandemiyası interneti həyatımıza, üzr istəyirəm elə pərçim elədi ki…
Artıq ənənəvi müəllim-şagird, müəllim-tələbə, həkim-xəstə, satıcı-alıcı, vəkil-müvəkkil və s münasibətləri canlı formadan online formasına keçdi.
Yəqin ki, hələ uzun illər ONLİNE forması davam edəcək, bəlkə də sonadək.
Sözümüzün canı odur ki, artıq bağça uşaqları, orta məktəb şagirdləri dərslərini online qaydada keçirlər.
Bizim ölkəmizdə isə internetin sürəti, ruslar demişkən, hamilə tısbağa ( beremennaya çerepaxa ) sürətindədir.
Yazıq şagird, yaxud müəllim, belə internetlə necə dərs keçə bilər..?
Belə məqamda Metronet şirkəti öz saytında və facebook səhifəsində şagirdlərə müraciət edir:
Dərslərinizə Metronet ilə qatılın, mövzulardan kənar qalmayın!
Ayda sadəcə 15 AZN ödəməklə Fiber Optik internet xidmətimizdən yararlanın.
Zəif internetdən uzaq olun...dərslərinizə mane olmasın...
Vallah, sadəcə, ayıbdır ee…
Yaxşı, şagirdin ailəsi indiki çətin durumda ayda 15 AZN tapıb sənə ödədi.
Bəs, sən onu normal internetlə təmin edə biləcəksənmi..?
Deyirsiniz, zəif internetdən uzaq olun…
Guya sizin şirkətin verdiyi internet sürətlidirmi..?
Yeri gəlmişkən, şirkətlə bağlı qısa bir məlumat verək.
«Metronet» şirkəti ən yaxşı FTTH (evədək fiber optik), FTTP (tikiliyə qədər fiber optik), FTTC (paylaşdırıcı qutuyadək) tipli qərarlar təqdim edir. Bunlar şirkətlər və fərdi istifadəçilər üçün tammiqyaslı, kompleks, standartlara əsaslanan qərarlardır. İstifadəçilərə saniyədə 20 Mbitdən 100 Mbitədək sürətli qoşulma imkanı təqdim olunur.
Siz Metronetlə bir xəttlə həm televiziya, həm də telefon xidmətlərindən istifadə edə bilərsiniz.
Metronet həm də online ödənişlər üçün optimaldır.
ADSL (Asymmetric Digital Subscriber Line – “assimmetrik rəqəmli abunəçi xətti”) texnologiyası bazasında İnternetə giriş xidməti məlumat ötürülməsinin sürətinə və keyfiyyətinə yüksək tələblər qoyan həm xüsusi müştərilər, həm də fiziki şəxslər üçün ən optimal qərardır.
Oxudunuzmu, guya ən OPTİMAL qərardır.
Bütün bunlar şirkətin metronet.az saytında yazılan bər-bəzəkli sözlərdir.
Amma dünən Gündəlik-Bakıya zəng edən Xətai sakini deyir ki, Avropanı qarış-qarış dolaşıb Bakıya gəlmişəm.
Xətai rayonundakı evimdə həmişə Xətai rayon telefon qovşağının internetindən istifadə etmişəm. Heç vaxt da narazı qalmamışam.
Sadəcə, yeni televizor aldığım üçün yeni internet xəttinin çəkilməsinə görə, Metronet şirkətinə müraciət etdim.
Mən deyilən qaydada pulunu ödədim…Şirkrətin dediyi aparatları aldım…
Şirkətin işçiləri səhər saat 9-dan axşam saat 6-ya qədər əlləşərək guya evimə televizor üçün internet xətti çəkdilər.
Amma axşam mənə bəlli oldu ki, evimdə internet yoxdur.
Mənim evimdə internet quraşdıran Natiq və Bəhram adlı şəxslərin mobil telefonuna nə qədər zəng etsəm də telefonu açmadılar.
Mən məcbur olub binanın komendantından xahiş etdim ki, həmin şəxslərə zəng eləsin.
Nəhayət həmin şəxslər telefonu açdılar və mən onlara başa saldım ki, evimdə internet yoxdur, gəlin, problemi həll edin…
Şikayətçi deyir ki, nəhayət şirkət bir nəfər cavan oğlanı göndərdi.
Amma yenə də mənim evimin internet problemi həll olunmaz qalıb.
Şikayətçinin dediklərindən bəlli olur ki, Metronetin işçiləri bazarda kartof, soğan satanlardan heç cürə fərqlənmir.
Bunlar fiber optik internet ustalarından çox bazarda araba basanlara oxşayırlar.
Sözün qısası, Azərbaycanda müxtəlif şəxslər provayder sahibi olaraq milyonlar qazanır, amma internetimiz yuxarıda dediyimiz kimi hamilə tısbağa sürətilə irəliləyir.
Görəsən, bütün bunlara cavabdeh olan, nəzərət etməli olan qurumlar nə fikirləşir..?
Ümumiyyətlə, uzun bir adı olan “Rabitə” nazirliyinin rəhbərliyi bu rəzaləti görmür..?
Əgər görürsə, niyə tədbir görmür…?
Yazı konkret şikayətçinin dedikləri əsasında hazırlanıb.(N.R)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib