Yüksəlişin yolu korrupsiyadan keçir? - Adı korrupsiyada hallanan həkimə yeni vəzifə verildi - VIDEO
Sosial / Video
Oxunub: 389
2 apr 2022 | 17:45
Yüksəlişin yolu korrupsiyadan keçir? - Adı korrupsiyada hallanan həkimə yeni vəzifə verildi - VIDEO


Emin Hüseynli!
Bu ad çoxlarına (yerli media, hüquq-mühafizə orqanları, və s) taa onun Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi olduğu dövrdən tanışdır.
Hansı ki, o dövrlərdə, onun haqqında tez-tez sosial medialarda tənqidi yazılar dərc edilir, vətəndaş şikayətləri yayımlanırdı. Beləliklə, haqqında saysız-hesabsız şikayətlər olan baş həkim haqqında nəhayət ki, layiqli qərar verildi və o tutduğu vəzifədən azad edildi. Lakin, nə hikmətsə, çox keçmədən o, Qobustan rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi.

Emin Hüseynli öyrəşdiyi "iş prinsipləri"ni burda da davam etdirməkdən çəkinmədi. Çox keçmədən xəstəxanada müalicə alan xəstələr və xəstə yaxınları ondan şikayətlər etməyə başladılar. Ardından, özü azmış kimi, deyilənə görə özü ilə Astara rayon xəstəxanasından gətirdiyi xanım "köməkçisi" ilə birlikdə başladılar xəstəxanada çalışan texniki işçiləri, təmizlikçiləri və həkimləri incitməyə. Hətta, xəstəxanada 28 il həkim -terapevt olaraq çalışan və Emin Hüseynlinin işdən çıxardığı Bəylər həkimin adına bankdan kredit götürüb və ödəmədiyi iddiası da "DogruXeber.az" informasiya portalında yayımlandı.



Bundan əlavə, yerli sakinlər tərəfindən Emin Hüseynlinin rüşvətlə topladığı iddia olunan əmlaklarının bir hissəsi də lentə alınıb, yayımlandı.
Amma, nafilə...
Bir neçə ay əvvəl Qobustan rayon, Poladlı kənd sakini Rəhimov Seymur Ocaqverdi oğlu tərəfindən "Dogruxeber.az" redaksiyasına daha bir giley dolu müraciət daxil oldu.

İşçilərinə meydan oxuyan baş həkim jurnalisti də təhdid edir... - VİDEO FAKT

Redaksiyamıza daxil olan müraciətlə bağlı qarşı tərəf olaraq, Emin Hüseynli ilə telefon əlaqəsi saxladıqda isə, Emin Hüseynli deyilənləri təkzib etməklə "ürəyi soyumadı", üstəlik "güvəndiyi dağlar"ın verdiyi cəsarətlə bizi - "Elə etməyin qapınızı başqaları döysün" - deyə, təhdid etdi.
Biz bu təhdidlə bağlı Azərbaycan respublikası Baş Prokurorluğuna müraciət etdik və şəxsin təhdid etməsi ilə bağlı səs yazısını belə Prokurorluğa təqdim etdik. Baş Prokurorluq məsələni Qobustan rayon Prokurorluğuna yönləndirdi. Qobustan rayon Prokurorluğu isə adəti üzrə şikayəti rədd etdi.

Baş həkimin "qoruyucu mələkləri" bu dəfə də onu prokurorluqda müdafiə etdi - VİDEO

Qeyd edək ki, aldığımız məlumatlara görə Emin Hüseynli barəsində Qobustan rayon Prokurorluğuna dəfələrlə vətəndaşlar tərəfindən şikayətlər edilib və hamısı da hansısa "naməlum" səbəblərdən rədd edilib.

Burda şübhələr meydana çıxır, Emin Hüseynlini himayə edən prokurorluq özüdür, yoxsa onların belə sözünü yerə sala bilməyəcəyi başqa bir "hörmətli şəxs"dir?

Nə yazıq ki, Emin Hüseynli barəsindəki məlumatlar bununla bitmir.

31.02.2022-ci ildə yerli mediada yayımlanan rəsmi xəbərlərə görə Emin Hüseynli Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanov əmrinə əsasən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına Baş direktor təyin edilib.

Təsəvvür edirsiniz?
Bu qədər şikayətlərə rəğmən, kiçik rayondan alınıb, daha böyük bir rayon Mərkəzi Xəstəxanasına Baş direktor təyin olunmaq.

Görünür, Emin Hüseynli bizlərə naməlum "qoruyucu mələkləri" usanmadan, "böyük həvəslə" ona "itaət etməkdə", onu qorumaqda davam edir.

Bu gedişlə növbəti təyinatın daha böyük vəzifəyə olacağına şübhə qalmır.

Allah şair Qabilə rəhmət eləsin.

Deyir: "Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz.
Səhv düşəndə yerimiz."

Azərbaycan təhsilinin və Azərbaycan səhiyyəsinin 21-ci əsrdə inkişaf etmək yerinə, hər gün geri getməsinin səbəbi, məhz hər iki vacib sahədəki səlahiyyət sahiblərinin yerlərinin səhv düşməsidir.
Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest