Arteziandan çəkilən bir udum suya da pul almaq istəyirlər: - "Bu, vətəndaşdan pul qoparmaqdır"
Sosial
Oxunub: 221
1 apr 2022 | 17:46
Arteziandan çəkilən bir udum suya da pul almaq istəyirlər: - "Bu, vətəndaşdan pul qoparmaqdır"


Azərbaycanda texniki vasitələrdən istifadə etməklə su əldə edən vətəndaşlar pul ödəməli olacaqlar. Bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan ödənişli istifadə qaydaları” haqqında qərarda qeyd edilib. Bu münasibətlə də Tarif Şurasına sudan istifadə haqqını, yəni tarifləri müəyyən etməsi barədə tapşırıq verilib. Bu barədə Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə mətbuata bildirib.
Müşavirin sözlərinə görə, bu addımın atılmasındakı əsas səbəb qlobal iqlim dəyişikliyi imiş: “Ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsini olduqca əhəmiyyətli edir”.

Müşavir Rasim Səttarzadə həmçinin onu da bildirib ki, su resursları bol olan ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir: “Sudan ödənişli istifadə üzrə tariflərin tətbiq edilməsi su istifadəçilərinin bu sahədə hüquqi-iqtisadi öhdəliklərlə bağlı münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq təcrübədə, o cümlədən, su resursları bol olan ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir”.

Şirin su qaynaqlarını, içməli su resurslarını qorumaq, onları mühafizə edib, dünyanın su müharibələrinə açıq bir meydan olmasını əngəlləmək ağlabatan davranışdır. Hər bir şüurlu insan bunu fərqində olmalıdır. Bu barədə inkişaf etmiş ölkələrlə müqayisə aparmaq, onların bu sahədə atdıqları perspektivli addımları, prosesləri öz ölkəmizdə də tətbiq etmək, heç də tənqid ediləsi məsələ deyil. Amma və lakin…

Müşavirin su resursları bol olan ölkələrdə təbii su mənbələrindən ödənişli istifadəni xatırlatması, məsələn, Xəzər dənizi kənarında sahili o başdan bu başa qədər hasarlayan, bu yetməzmiş kimi, dəniz kənarında ucaltdığı imarətində içməli su ilə özünə hovuz tikdirən bəzi məmurların heç vecinə də deyil axı. Sudan təkcə içmək üçün yox, onunla həm də yuyunmaq, sərinləmək, üzmək üçün də istifadə edilir. Şirin suyu artezan vasitəsilə çəkib, bir çaynik çay dəmləyən kəndli bu dəniz oğrularından daha çoxmu ziyan verir “qlobal” dünyaya?... Bir insanın şirin, içməli suya nə qədər ehtiyacı varsa, bir o qədər də dəniz suyuna ehtiyacı var. Hər yay Bakı və dənizkənarı rayonların sakinləri istidən şabalıd kimi qovrulur, amma bu hasarların ucbatından gedib dənizdə üzə, istirahətini edə bilmir. Ekologiya Nazirliyi kilometrlərlə uzunluqda o hasarları görə bilmədi, amma artezandan çəkilən bir vedrə suyu görə bildi?...

Nəticə etibarilə, şirin su hövzələrinin qorunması, təqdirəlayiq davranışdır. Amma bu davranışı kənar ölkələrlə müqayisə edərkən, gərək yaxşı tərəfimizlə birgə, həm də mənfi tərəflərimizi də qeyd etməyi bacaraq. Məsələn, həmin o bəh-bəhlə alqışladığımız ölkələrin qorxmaz hüseynovları da bizdəki kimi dəniz oğrusudur? Hələ büdcə oğrularını qeyd etmirəm, söhbət sudan, dənizdən, çaydan gedir. Mənə elə gəlir ki, yox. Ona görə də, müşavirə xatırlatmaq lazımdır ki, ölkələri müqayisə edəndə, hər bir detalı incəliyinə kimi nəzərə almaq lazımdır.

Bəs görəsən, bu qərar haqqında ekspertlər nə deyir? Dia.az xəbər verir ki, mvzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov öz fikirlərini Bizimyol.info ilə bölüşüb: “Bu, vətəndaşdan pul qoparmaqdır. Vətəndaşların sosial vəziyyəti nəzərə alınmadan atılan bu addım onlardan pul qoparmaq kimi relslər meydana çıxarır. Düşünürəm ki, bu hal vətəndaşların gəlirlərinə uyğun deyil. Bəli, hər şeyi dövlətdən tələb eləmək də düzgün yanaşma hesab oluna bilməz. Ancaq içməli su resurslarından vətəndaşlar da gərək səmərəli istifadə etsinlər. Məsələn, buna dənizlərin hasarlarla zəbt olunmasını misal çəkə bilərəm. Bu, adi bir şeydir. Dəniz zəbt olunub, insanlar nəinki ondan istifadə edir, heç ona baxa da bilmirlər. Gərək bu kimi problemlər də öz həllini tapsın. Dəniz özü də təbii resursdur, amma insanlarımız ondan rahat istifadə edə bilmirlər”,- deyə, Eyyub Hüseynov bildirib.
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib