Pullulara daha bir ev, evsizlərə isə kirayə: Mənzil siyasəti niyə özünü doğrulmur? - AKTUAL
Sosial
Oxunub: 368
1 apr 2022 | 19:49
Pullulara daha bir ev, evsizlərə isə kirayə: Mənzil siyasəti niyə özünü doğrulmur? - AKTUAL


Mənzil İnşaatı Agentliyi (MİDA) son mənzil satışı ilə bağlı statistikanı açıqlayıb.

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzil ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satılıb. Mənzilin seçimində 8938 nəfər iştirak etməklə satış prosesi və mənzillərin seçimi qısa müddətdə başa çatıb. Xatırladaq ki, satış sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub və istifadəçilər prosesin cəmi bir neşə saniyədə başa çatdığını bildiriblər. Ölkədə evi olmayan və məcburən kirayədə yaşayan insanların problemləri uzun illərdir ki, öz həllini tapmır. Həmin vətəndaşlarda dövlətin bu istiqamətdə irəli sürdüyü layihələrdən yararlanacağı ilə bağlı bir ümid hissi yaransa da, nəticədə istənilən səviyyədə əlçatanlığın olmaması ümidləri puç edir.

Artıq bir neçə ildir bu sahədə müxtəlif layihələr reallaşsa da, həmin layihələr demək olar ki, evsiz insanların sayının azalmasında böyük rol oynamadı. Bu gün hələ də paytaxtda kirayədə yaşayan minlərlə ailə var. Bakıda çox sayda yeni binalar inşa edilsə də, həmin evlərin əksəriyyəti yenə də evi, maddi imkanı olan vətəndaşlar tərəfindən alınır. Yəni evi olan yenə ev alır, evsiz olan yenə evsiz qalır. Ötən müddətdə Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən güzəştli ipoteka, sosial mənzillər, kirayə yolu ilə mənzil satışı kimi layihələr həyata keçirilsə də, bu sahədə problemlər hələ də həllini tapmayıb. Evi olmayan vətəndaşların qarşısında duran əsas problemlər sırasında rəsmi gəlirin olmaması, əmək haqqının ipotekanı ödəyəcək məbləği təmin etməməsi, yaxud mənzillərin əvvəlcədən “tutulması” kimi amillər yer alır.

Sosial şəbəkələrdə də vətəndaşlar şikayətlənirlər ki, maddi imkanı olan şəxslər əvvəlcədən həmin evləri “bron” etməklə ucuz qiymətə mənzil sahibi olurlar. Göründüyü kimi, əgər bu gün günəmuzd çalışan bir vətəndaşın rəsmi gəliri, yaxud rəsmi iş yeri olan şəxsin ilkin ödəniş üçün 20-30 min manatı, İKT “bacarığı” yoxdursa, demək Azərbaycanda mənzil sahibi ola bilməyəcək. Məhz bu baxımdan ölkədə əhalinin mənzil təminatı ilə bağlı reallaşdırılan layihələri heç də uğurlu hesab etmək olmaz. Dia.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Cebhe.info-ya bildirib ki, Azərbaycanda ipoteka sisteminin işləmədiyini deyə bilmərik:

“İpoteka və Kredit Zəmant Fondu tərəfindən 2006-cı ildən bu yana ümumilikdə 38 min 144 mənzil verilib ki, ümumi məbləğ isə 2 milyard 100 milyondir. Biz ilkin illərlə müqayisədə hər il ipoteka kreditləşməsində artım müşahidə edəcəyik. Eyni zamanda, Fondun əsas məhsullarından biri satmaq öhdəliyi ilə mənzillərin kirayə verilməsidir ki, bu günə olan statsitikaya görə, 1450-dən çox mənzil kirayə yolu ilə vətəndaşlara satılıb. Dünənki mövzuya gəldikdə isə Prezident tərəfindən 2016-cı ilin aprel ayında “Elektron ipoteka sistemi” ilə bağlı fərman imzalanıb. Həmin fərman əsasında bütün müraciətlər elektron formada qəbul olunur. Vətəndaşların məlumatlarına elektron hökumət portalı çərçivəsində baxılır, qiymətləndirmə aparılır, bundan sonra onun ödəniş qabiliyyəti müəyyən olunur və ona cavab verilir. Ancaq bu, başqa bir söhbətin mövzusudur ki, indiki halda hansısa bir layihədə əlçatanlıq aşağıdır. Burada müəyyən kateqoriyalar var və mənzillər həmin kateqoriyadan olan vətəndaşlara verilir”.

Ekspertin fikrincə, burada əsas problemlərdən biri rəsmi iş yeri tələbinin olması riskləri qarşılamaq üçündür:

“Məsələn, satmaq öhdəlikləri ilə mənzillərin kirayə verilməsində rəsmi iş yeri yox, rəsmi gəlir qeyd olunur. Rəsmi iş yeri ilə rəsmi gəlirin fərqi ondadır ki, vətəndaşın başqa mənbələrdən gəliri var və həmin gəliri göstərir, bunun müqabilində mənzil sahibi ola bilir”.

Ekspertin MİDA-nın dünən elan etdiyi və nəticələrini açıqladığı siyahı üzrə razılaşmadığı iki əsas vacib məsələ var:

“Birincisi, nağd formada satışlar var. Yəni satışa çıxarılan 440-dan artıq məzilin 10-15 faizi nağd yolla satılır. Əgər vətəndaşın şəxsi resursu varsa, elə kənar yollarla da mənzil sahibi ola bilər. Mütləq deyil ki, güzəştli mənzil alışında iştirak etsin. İkinci məqam isə mənzil almaq istəyən insanların mütləq İKT biliklərinin ən yüksək standartalara cavab verməsi ilə bağlıdır. Hesab edirəm ki, bu, doğru yanaşma deyil. Burada növbəlilik gözlənilməlidir. Vətəndaş müraciət edir, kateqoriyaya uyğundursa, vəkil bank onun ödəniş qabiliyyətini qiymətləndirir. Onun müraciətindən asılı olaraq əgər ödəniş imkanları güzəştli mənzildən yararlanmağa cavab verirsə, müraciət tarixindən asılı olaraq vətəndaşlar evlə təmin olunmalıdır. Məsələn, bir vətəndaş 2017-ci ildə müraciət edib, ancaq 5 ildir hələ də ev ala bilmir, başqa bir şəxs isə bir həftədir “Asan imza” açıb müraciət edir və mənzil sahibi olur. Bu, belə olmamalıdır və diskriminsiyadır. Bunun aradan qaldırılması güzəştli mənzil sisiteminin özünə olan etimadın bərpası üçün vacib məqamlardan biridir”.

Rəsmi əmək haqqı almayan bir vətəndaşın mənzil alması qeyri-mümkündür?

Ekspert deyir ki, vətəndaşın rəsmi əmək haqqı onun ipoteka krediti götürməsinə imkan verirsə, o halda onun aldığı mənzil girov kimi çıxış edir:

“Aldığı mənzilin bir hissəsini, 10-15 faizini ilkin ödəniş kimi ödəyir, ilkin ödəniş tələbdən asılı olaraq yerdə qalan məbləği İpoteka Kredit Zəmanət Fondu müvəkkil bank vasitəsilə vətəndaşa ayırır və vətəndaş o mənzili alır. Yəni burada əlavə girov qoymasına zərurət də yoxdur. Rəsmi əmək haqqı almayan bir vətəndaşın mənzil almasına gəldikdə, bu, artıq həmin istiqamətdə siyasəti həyata keçirən, bu sahədə fəaliyyət göstərən müvafiq icra hakimiyyətləri orqanlarına verilməli olan bir sualdır. Hesab edirəm ki, əlçatanlığın təmin olunması üçün şərtlərin yumşaldılmasına ehtiyac var. Ancaq hesab etmirik ki, rəsmi gəlir və əmək haqqı olmasın. Bunun olması vacibdir. Çünki bəzi hallarda Azərbaycanın bank kredit sistemində müəyyən problemlərin yarandığının şahidi olmuşuq. Həmin halların təkrarlanma ehtimalı yenə də var. Bu halda ipoteka kreditləri üzrə problemli kreditlərin faizinin artımı gələcəkdə fondun özünün fəaliyyəti üçün çox ciddi problem ola bilər. Ona görə də rəsmi gəlirin olması vacib məqamlardan biridir”.

Ekspertin fikrincə, əslində bu cür layihələrin əsas mahiyyətindən biri həm də gəlirlərin rəsmiləşdirilməsinin təşviqidir: “Bu yollarla təşviq olunur ki, vətəndaşlar öz gəlirlərini rəsmiləşdirsinlər. Məsələn, bir vətəndaş bazarda gündəlik tələbat malları, kənd təsərrüfatı məhsulları satışı həyata keçirir və kifayət qədər normal gəlirləri var. Ancaq o, çox cüzi vergidən yayınmaq üçün gəlirlərini bəyan etmir. Vətəndaş ay ərzində 100-200 manat məbləğində vergidən yayınmanı daha üstün tutur, nəinki bu cür layihələrdə iştirak etmək üçün gəlirlərinin bəyan edilməsini. Hesab edirəm ki, bu, bir təşviq metodur və vətəndaşlar bu metoddan yararlanmalıdırlar”.
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV