Cənab Təhməzli yəqin ki, bununla maraqlanar... - Qida təhlükəsizliyimiz TƏHLÜKƏDƏ...
Sosial
Oxunub: 219
31 mar 2022 | 22:22
Cənab Təhməzli yəqin ki, bununla maraqlanar... - Qida təhlükəsizliyimiz TƏHLÜKƏDƏ...


Bu şirkət, yəni “Vəkiloğlu” MMC haqqında 2 il öncə eşitmişdik.
Belə ki, rəsmi məlumatlardan bəlli olurdu ki, xüsusi karantin rejiminin tətbiq olunması səbəbindən fəaliyyət göstərən iki stasionar postda yol hərəkəti qaydalarını kobud şəkildə pozan və xidməti vəzifəsini həyata keçirən zaman polis əməkdaşını avtomobillə vurub ona bədən xəsarəti yetirən sürücü qaçıb aradan çıxıb.
Təsəvvür edirsiniz, karantin rejimi dövründə iki polisi vurub qaçan şəxs hamıya meydan oxuyur. Nazirliyin rəhbərliyini söyür, ağzına gələni danışır və ona bir söz deyən olmur.
Söhbət Tərtər rayonunun Xorzlu kəndində fəaliyyət göstərən “Vəkiloğlu” MMC-nin ( Patron tumlar ) direktor müavini Elşad Məmmədovdan gedir.
Bu adam şirkətin direktoru Rəşad Məmmədovun qardaşıdır.
Aydınlıq üçün qeyd edək ki, Elşad Məmmədov idarə etdiyi “Mercedes” markalı, 10-00-018 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun 60,5-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş stasionar postda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının “saxla” əmrinə tabe olmadan öz hərəkətini davam etdirib, bundan əlavə, həmin magistralın 113-cü kilometrliyindəki stasionar postda xidmət aparan digər polis əməkdaşlarının da “saxla” əmrinə məhəl qoymayıb və posta daxil olaraq xidməti vəzifəsini yerinə yetirən Şirvan rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Mirzəli Mirzə Nofil oğlunu vurub ağır bədən xəsarətləri yetirib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdı.
Və Elşad Məmmədov azadlıqda gəzərək özü üçün kef edir.
Bəs görəsən bu boyda cinayəti törədən adam necə azadlıqda qala bilərdi..?
Bu suala birazdan qayıdacağıq…
İndi isə “Vəkiloğlu”nun tumlarından bəhs edək.
Deməli, bir neçə ildir ki, bu şirkətin Patron tumları haqqında ölkə mediası nələr yazmır.
20 qəpiyə satılan “Sərfəli” günəbaxan tumundan qurd çıxmasıyla bağlı vətəndaşlar az qala haray salırlar.
Hətta vətəndaşlar yazır ki, həmin tumların istehsal edildiyi yerdə antisanitar və gigiyenik qaydalara əməl olunmur.
Onda ortaya sual çıxır ki, bəs görəsən Ataş Təhməzlinin rəhbər olduğu QİDA agentliyi hara baxır ?
Hələ bu harasıdır ?
Vətəndaşlar yazır ki, günəbaxan paketinin içindən tullantı çıxıb və vətəndaş bununla bağlı istehsalçı şirkətin nömrəsinə zəng edərək haqlı iradını bildirib. İstehsalçı şirkətdən isə bildiriblər ki, hazırda həmin günəbaxan tumlarının istehsal olunduğu sexdə təmir işləri gedir və buna görə paketin içindən tullantı çıxması normal haldır. Daha sonra şirkətin xanım təmsilçisi öz arqumentini daha da gücləndirmək üçün əlavə edib ki, indiki iş şəraitində onlara məxsus günəbaxan paketinin içindən nə desən çıxa bilər.
İndi gördünüzmü, şirkətin işçisi üzr istəmək-filan əvəzinə deyir belə hal normaldır.
Bax, belə şirkətin direktor müavini də polisi vurub qaça bilər. Buna da adi hal kimi baxmaq lazımdır.
Hələ bu harasıdır ee…
İndi görün nə baş verib..?
Bəli, vətəndaş yazır ki, aldığım tumların içindən QOYUN NƏCİSİ çıxdı…
Bu artıq sözün bitdiyi yerdir.
Ona görə mövzunun istiqamətini dəyişirik.
Deməli, şirkıtin rəhbərliyi dönə-dönə qeyd edir ki, şəhid ailələrinə xeyli ianə etmişik.
Əgər sənin istehsal etdiyin məhsulun içində qoyun nəcisi çıxırsa, sənin ianən ….dəysin. Kimə lazımdır belə ianə..?
Hələ bu harasıdır..?
İndi görüm tumların içindən daha nə çıxacaq…?
Tərtərdən olan millət vəkili Sahib Alıyev deyib ki, lazım gəldiyi vaxt yardımsevərlik, xeyriyyəçilik edən imkanlılar, sahibkarlar da var....
“Tərtərin Xoruzlu kəndində “Patron” tumlarını istehsal edən “Vəkiloğlu” MMC-nin təsisçiləri Rəşad və Elşad Məmmədov qardaşları məhz birincilərdəndirlər. Onlar bu günlərdə Yeni Azərbaycan Partiyasının könüllüləriylə birgə 200-dən artıq ehtiyacı olan ailəyə baş çəkərək yardım ediblər. Bu gün Elşadla danışdım, daha 100 ailəyə yardım hazırlıqları gördüklərini bildirdi. Xahişim bu oldu ki, mümkünsə, yardımı bir neçə yox, sağlamlığı testlə təsdiqlənmiş bir adam çatdırsın.
Son olaraq onu qeyd edək ki, polisi vurub qaçan Elşadın qardaşı Rəşad Məmmədov jurnalistə deyib ki, “Bura Azərbaycandır, puluna minnət, siz də gedin neçə istəyirsiniz yazın”....
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
Xatırladaq ki, yazıda müxtəlif saytların yazılarından istifadə edilmişdir. //gundelik-baku.com//
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR