Zaur Əliyevin də VAXTI YETİŞİB... - milyonlar hara gedir...
Sosial
Oxunub: 223
29 mar 2022 | 18:20
Zaur Əliyevin də VAXTI YETİŞİB... - milyonlar hara gedir...



İcbari Tibbi Sığorta Sistemi ilə bağlı uzun-uzadı yazmadan qısaca bunun mahiyyətini izah edək.
Məlumdur ki, bu gün dünyada çox bahalı tibbi əməliyyatlar, müalicə metodları var ki, adi vətəndaş üçün əlçatan deyil.
Tutaq ki, 200, yaxud 300 manat təqaüd alan yaşlı insan ürək əməliyyatı üçün 7-8 min manatı haradan tapa bilər?
Lap fərz edək ki, 500 manat maaş alan müəllim zərurət olanda tibbi müalicə üçün lazım olan böyük məbləği necə əldə edə bilər ?
Bütün bunları nəzərə alan Azərbaycan dövləti “Dövlət vətəndaşın yanındadır” prinsipinə riayət edərək hələ, illər öncə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaratmışdır. Və bu agentliyə kifayət qədər dövlət vəsaiti ayrılmışdı.
Təəssüf ki, bu agentlik öz işini qura bilmədi və dövlət vəsaitlərinin hara xərcləndiyi də bəlli olmadı.
Ona görə də cənab Prezident İlham Əliyev 2017-ci ildə bu agentliyin tam sərbəst fəaliyyətini təmin etmək üçün ayrıca, yəni müstəqil olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaratdı
Məlumat üçün bildirək ki, agentliyin rəsmi saytında ( https://its.gov.az ) qeyd edilir ki, agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Yəni bu qurumun artıq Nazirlər Kabinetindən asılılığı yoxdur.
Dövlət ilkin olaraq Agentliyin nizamnamə fonduna 4 milyon ( 4 000 000 ) manat pul köçürüb.
Və cənab Prezident Zaur Rafik oğlu Əliyevi Agentliyin İdarə Heyətinin sədri təyin edib.
Bir daha qeyd edirik ki, məqsəd hər kəsə tibb sahəsində bərabər imkanların yaradılmasıdır. Ki, vətəndaşlarımız sağlamlıqları ilə bağlı maddi çətinliklə üzləşəndə, hansısa problemlərinin həllində yardıma ehtiyac duyanda dövlətin köməyini hiss etsinlər.
Yenə təəssüf edirik ki, hətta Nazirlər Kabinetinin tabeliyindən çıxıb müstəqil qurum olandan da sonra Agentliyin faəliyyətində ciddi irəliləyiş-filan yoxdur.
Təsəvvür edirsiniz ki, ömürlük xəstələr var ki, qanunla dövlət onları vacib dərmanlarla fasiləsiz təmin etməlidir. Ancaq həmin xəstələr günlərlər, bəzən aylarla Agentliyin telefonlarına zəng etsələr də heç bir nəticə olmur.
Dərmanı verməli olan xəstəxanalar həmin dərmanları apteklərdə satdırır və xəstələri Agentliyə göndərirlər. Agentlik isə deyir ki, xəstəxanalar vaxtında dərman sifarişini verməyib.
Beləcə, dövlətin ayırdığı vəsaitin hesabına kimlərsə milyonlar qazanır, ömürlük xəstələr isə həyatlarını itirməli olurlar.
Belə olanda isə vətəndaş deyir ki, bəs dövlət nə vaxt yanımızda olacaq ?
Agentliyin Nizamnaməsində qeyd edilib ki, İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 5 ( beş ) ildir.
Deməli, artıq bir neçə aydan sonra sədr Zaur Əliyevin və onun müavinlərinin səlahiyyət müddəti başa çatır.
İcazə verin, soruşaq ki, cənab Zaur Əliyev sən və müavinlərin bu 5 ildə nə iş görə bildiniz ?
Əslində İcbari Tibbi Sığorta Agentliyi Nazirlər Kabinetinin yanında 2007-ci ildə yaranıb.
Görəsən, bu qurum ötən 15 ildə vətəndaşlar üçün hansısa müsbət bir addım ata bilibmi..?
Zaur Əliyevdən soruşmaq lazımdır ki, elə xəstələr var ki, 15 il yox ee, heç 15 gün də gözləyə bilməz.
Bəli, ilk növbədə doğuş, təxirəsalınmaz yardım, ana-uşaq müdafiəsi, onkoloji, virus hepatitlər xəstəliklər artıq çoxdan tibbi sığorta ilə təmin edilməli idi. Amma ortada heç nə yoxdur.
Hələ Allah qoymasa, bir neçə il əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, yəni TƏBİB yaradıldı.
Və Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verildi.
Yəni TƏBİB artıq özü səhiyyə sahəsində bir böyük nazirlikdir.
Gündəlik-Bakı olaraq dəfələrlə yazmışıq ki, idarəetmədə paralellik olmaz, bu “şapdadır, şupdadır” məsələsinə çevriləcək. Və bu gün artıq çevrilb də.
Bəli, cənab Zaur Əliyev bir neçə il əvvəl TƏBİB-ə də bir “müdir” təyin elədi. Sonra TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən istefa verdi.
Və Zaur Əliyev dostu Vüqar Qurbanovu TƏBİB-ə müvəqqəti rəhbər təyin etdi. Nə dəyişdi ?
Təkcə bir faktı qeyd edək ki, koronavirus pandemiyası dövründə TƏBİB-ə 100 milyona yaxın pul ayrılıb.
TƏBİB isə koronavirusla mübarizə aparan həkimlərə vəd etdiyi pulları vermir. Axı, bu həkimlər öz həyatlarını risk altında qoyaraq vətəndaşlara xidmət ediblər. İndi nə üçün onların haqqı pozulmalıdır ?
Hələ üstəlik, soruşan yoxdur ki, icbari tibbi sığorta haqqı kimi yığılan milyonlar hara gedir ?
Sözün qısası, başınızın hayına qalın, çalışın, xəstələnməyin, TƏBİB-dən sizə təbib olmaz.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı