Azərbaycanda belə bir deputat da var: Kamran Bayramov... - BİLİRDİNİZ?..
Sosial
Oxunub: 287
28 mar 2022 | 21:43
Azərbaycanda belə bir deputat da var: Kamran Bayramov... - BİLİRDİNİZ?..


Deputatlarımızın bir çoxunun müsahibəsini oxuyanda adam dəhşətə gəlir. Və adam düşünür ki, bunlar necə deputat olublar.
Müdriklər əbəs yerə demir ki, insan dilin altında gizlənib...danışan kimi, kimin kim olduğu bilinir.
Sözün qısası, Milli Məclis seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş Kamran Bayramovun uzun-uzadı müsahibəsini oxuyanda məəttəl qaldıq.
Qısa məlumat üçün bildirək ki, Kamran Bayramov 1979-cu ildə Bakı şəhərində anadan olub.
1995-ci ildə Bakı şəhəri, Yasamal rayonunun 20 nömrəli orta məktəbi və 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib.
1999-cu ilin sentyabr ayında təyinatla Ədliyyə Nazirliyinə işə qəbul olunaraq nazirliyin mərkəzi aparatının Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor vəzifəsinə təyin edilmiş;
1999–2006-cı illər ərzində Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor, məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmış;
2006-cı ilin sentyabr ayında İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuş;
2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş;
2007–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində çalışaraq baş məsləhətçi vəzifəsinə qədər yüksəlmiş;
2013-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuş;
2015-ci ilin noyabr ayının 1-də keçirilmiş Milli Məclis seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Belarus, Fransa, Xorvatiya, İspaniya, Kanada, Koreya, Kuba, Qətər, Litva, Polşa, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Birinci ondan başlayaq ki, bu adamın ömür boyu Şəmkir-Daşkəsən bölgəsinə ayağı dəyməyib, heç kəsi tanımır.
Görəsən, bu adam həmin bölgədən necə deputat olub..?
Kamran Bayramov öz müsahibəsində deyir seçki vaxtı seçicilərlə görüşündən danışır və s.
Bir soruşan yoxdur ki, Şəmkirin, eləcə də Daşkəsənin kifayət qədər nüfuzlu insanları olduğu halda, sən Kamran Bayramov necə deputat ola bilərdin..?
Müxbirin məhz bu yöndə sualına Kamran Bayramov nə cavab versə yaxşıdır ?
Cavabları olduğu kimi dərc edirik:
Partiya məsləhət bildi, mən də deputat oldum...
Deputat maaşım məni tam qane edir, şikayətçi deyiləm...
Avtobus və metrodan istifadə edirəm...və s.
Fikir verdinizmi, bu adam deyir ki, partiya məsləhət bildi və mən də deputat oldum.
Bu adamdan soruşan lazımdır ki, deməli sənin öz şəxsi təşəbbüsün olmayıb.
Bu adam deyir ki, deputat maaşı məni qane edir və artığına ehtiyacım yoxdur.
Onda bu adamdan soruşan lazımdır ki, bəs onda niyə kimlərinsə tapşırığı ilə nəsə alırsan, nəsə verirsən...bəs bunlar nədir..?
Yaxşı, bütün bunları bir kənara qoyaq.

Bəs adını çəkmək istəmədiyimiz yüksək vəzifəli məmurların ( düzdür o münasibətlər artıq zədələnib ) münasibətlərindən istifadə etməyini hara yazaq..?
Elə bilirsən, sənin deputat olmağının “mənbəyi” bəlli deyil..?
Adam necə durduğu yerdə deputat ola bilər..?
Cənab deputat, deyirsən ki, metroya, avtobusa minirəm-filan...
Amma qəbul etdiyiniz qanunların qüvvəyə minə bilməsindən, kağız üzərində qalmasından heç danışmırsan..?
Sənin nəyə minib-minməməyin seçicilər üçün maraqlı deyil, əsas olan qanunların qüvvəyə minməsidir.
Sözün qısası cənab deputat Kamran Bayramovun müsahibəsi onun mahiyyətini açıb ortaya qoyur.
Və düşünürük ki, növbəti seçkidə Kamran Bayramovun Şəmkir-Daşkəsən sakinlərinin səsini qazanması mümkün deyil.
Yekə müsahibəsinin sonunda Kamran Bayramov Milli Məclisdəki keçmiş parta yoldaşı olan Rüstəm Xəlilovdan danışır. Və onunla bir partada oturmağından qürur duyduğunu qeyd edir.
Sözün düzü, deputatın belə duyğusal cavabından sonra yazmağa bir söz tapmadıq.
Həm də mövzumuz Rüstəm Xəlilovla birbaşa bağlı olmadığı üçün çox dərinlərə getmədik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından da istifadə olunmuşdur.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR