"Faktor Lizinq" əlil ailəsinə QARŞI - GİLEY
Sosial
Oxunub: 289
25 mar 2022 | 21:38
"Faktor Lizinq" əlil ailəsinə QARŞI - GİLEY


"Mən 2016-cı ildə mūalicəm ūçūn kredit götūrmək istədim və bütün banklara baş çəkdim. Heç bir bank manatla kredit vermədi. Dolların kursu 1.50 idi. Getdim "Faktor Lizinq"ə. Oranin təmsilçisi Ruslan Alıyevlə anlaşdıq. Dedi Bakıda evin varsa, sənədini gətir, biz dollarla kredit veririk. Dedim, men Qazaxda yaşayiram. Bakıda evim yoxdur". Bu barədə şikayətində Qazax sakini Sevda Xanməmməd qızı İsgəndərova yazır.

Özü 3-cü qrup gözdən əlil olan şikyətçinin həyat yoldaşı da 1-ci Qarabağ Müharibəsinin Qazisidir.

Narazı vətəndaş daha sonra dia.az-a yazır: "Dedi, yaxınlarınızın evi varsa, o da olar. Mənim qızım Bakıda yaşadiģi ūçūn onun evinin sənədini apardım. Mənə 30 min dollara göre qrafik yazdılar. Ayda 1115 dollar ödəmək şərti ilə. 24 aylıq 20 faizlə. Dedim bəs 24 ay 1115 dollar ödəməklə bu pul bitmir, artıq summa qalır yerde. Ehtiram dedi ki 2 ildən sonra yerdə qalan pulu yeniden bir il artırıb aylara böləcəm. Ev qızımın yoldaşının adına olduğu üçün o qardaşına etibarnamə verdi ki onun əvəzindən iştirak etsin. Nərimanovda 9 saylı notariusda Rəşadətin yanına getdik. O bizə dedi ki gedin bir az gəzin, sonra gələrsiz. Ona kimi sənədlər hazır olsun...

Nə isə, gəldik dedikleri vaxtda. Mənə 30 min dollarin yerinə 45 min manat pul verməli idilər. Ancaq būtūn sənədlərə qızımın qaynı Aqil də, mən də qol çəkdik. Ruslan dedi gedek lizinqə Ehtiramin yanına. Notariusdan çölə çıxdıq. Ruslan mūdiri Ehtirama zəng etdi. O da buna nə dedisə, mənə 35 min manat verdi.

Dedim, bəs 10 min manatı hanı... Dedi, onu lizinq xərclərinə çıxmışıq. Pulu götūrūb gəldim evə. Yoldaşım dedi ki, sabah get Ruslana denən aydın yazsın, görək "lizinq xərci" hansılardı... Sabahı günü getdim Ruslanın yanına, dedim, evdə kişi məni danladı. Sən bir kaģıza qeydiyyat yaz, aparım verim yoldaşıma. Ruslanın dayısı da mənim yoldaşımla bir yerdə işləyirdi, isti mūnasibətlərimiz varıydı ailələr arasında...

Ruslan gūlə-gūlə yazdı verdi. 5800 manat lizinq xərci, 2800 manat vergi... 400 manat notarius, yerdə qalanı da "şapka"...

Mən 35 mindən bir il 6 ay pul ödədim. Cəmi 22 min pul ödədim, dollar 1.50-dən 192-yə qədər qalxdıqca mən kreditimi hər ay ödədim. Pul çatmayanda evimin soyuducusunu, paltaryuyanımı satdım ödədim. Onkoloji xəstə olduğum ūçūn 2019-cu ildə Moskvaya mualicəyə getdim. Sonra pandemiya oldu, ailəliklə hamımız korona olduq. Mən Zığda Modul tipli xəstəxanada yatdım... çox ağır formada...

İndi bu Ehtiram və Ruslan mənim axırıma çıxıblar. Mən ölsəm, səbəbkarı o ikisidir. Būtūn məhkəmələri tapşırıqla uddular".

Dia.az bildirir ki, şikayətçi müraciətinin sonunda "Faktor Lizinq" tərəfindən ondan qanunsuz olaraq 115 min manat pulun tələb olunduğunu bildirir. İş hazırda məhkəmə instansiyalarındadır...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"