“Casus hərbçidirsə, komandiri də məsuliyyət daşıyır, yox, əgər deyilsə...” - HƏQİQƏTƏN DƏ...
Sosial
Oxunub: 237
19 mar 2022 | 17:43
“Casus hərbçidirsə, komandiri də məsuliyyət daşıyır, yox, əgər deyilsə...” - HƏQİQƏTƏN DƏ...


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xəbər verdiyi kimi, Azərbaycanda Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxs həbs edilib. Məlumata görə, Azərbaycanın milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınması istiqamətində DTX tərəfindən kompleks əks-kəşfiyyat tədbirləri davam etdirilir.

"Başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Məmmədov Emil Ramiz oğlu dövlətə xəyanət etməkdə şübhəli bilinib. Aparılmış araşdırmalarla Emil Məmmədovun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması, verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilib", - deyə rəsmi məlumatda vurğulanır.

Emil Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarına əsasən həbs edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

44 günlük Vətən müharibəsindən əvvəl də, müharibə dövründə də düşmənə casusluq edənlər olmuşdu. Qeyri-rəsmi məlumatlara görə, həmin vaxt ermənilərə "işləyən" bir çox azərbaycanlı hüquq-mühafizə orqanları tərəfindən tutulub. Görünür, yenə də ölkənin maraqları əleyhinə düşmənlə işbirliyində olan şəxslər mövcuddur. Ekspertlər isə qeyd edirlər ki, təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində digər ölkələrin kəşfiyyat qurumları tərəfindən ələ alınan, "verbovka" edilən şəxslər olub, var və olacaq. Dia.az-ın məlumatına görə, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov baş verənlərlə bağlı AYNA-ya şərhində deyib ki, DTX-nın gördüyü iş və keçirdiyi peşəkar əməliyyatlar təqdirəlayiqdir: “Düşmənə casusluq edən vicdansız və şərəfsizlər hələ də qalıb və təhlükəsizlik orqanları bunları yaxalayır. Onlar cəmiyyətdən təcrid edilməlidirlər ki, bu proses həyata keçirilməkdədir. Ümumiyyətlə, casusluq hər zaman olub. Xarici xüsusi xidmət orqanları bəzi zəif iradəli, müəyyən maraqlara satıla bilən adamları tapır, öz orbitlərinə ala bilirlər. Bu şəxslər aşkarlandığı şəkildə ən sərt formada cəzalandırılmalıdırlar və cəzalandırılırlar".

"Vətənə xəyanət edənlər unutmamalıdırlar ki, bunun ağır cəzasını çəkəcəklər. Çox istərdim ki, bu cür əməllər cəmiyyətə açıqlanması mümkün olan formada açıqlansın. Maarifləndirmə aparılmalıdır ki, potensial xainlər anlasınlar ki, xəyanətin cəzası ağır olacaq. Kimlərsə fikirləşə bilər ki, müasir texnologiyalardan istifadə edərək belə əməlləri törədəcək və bundan heç kəsin xəbəri olmayacaq - bu, yanlışdır. Hər kəs bilməlidir ki, hüquq-mühafizə orqanlarının casusları tezliklə aşkara çıxarmaq üçün bütün vasitələri var", - deyə polkovnik vurğulayıb.

Cəfərovun sözlərinə görə, Ermənistana, yaxud da digər xarici dairələrin xüsusi xidmət orqanlarına casusluq edənlər vətənə xəyanət etməklə yanaşı, şəhidlərimizin ruhuna hörmətsizlik edirlər: "Cinayət əməli ilə yanaşı, eyni zamanda, xalqa hörmətsizlikdir. Belə yaramazlar ifşa edilməli və cəmiyyətə tanıdılmalıdır. Qoy digərlərinə də görk olmalıdır, ictimai qınağa çəkilməlidir. Xalqın nifrəti üzərlərində olmalıdır ki, potensial xainlər bu yoldan çəkilsinlər".

"Əgər casusluq edən hərbçidirsə, günahın bir qismi də komandirindədir. Ola bilər ki, komandir ya zəif olub, nəzarəti lazımınca edə bilməyib, ya da komandirin özünün də casusluqda iştirakı olub. Nəzarətsizlik olub və hərbçi casusluq edibsə, onun komandirləri məsuliyyətə cəlb edilməlidir. Yox, bu, mülki adamdırsa, sadəcə hərbi ilə bağlı məlumat əldə edib onu düşmənə satıbsa, bunlar araşdırılmalıdır. İnanıram ki, araşdırılır, lazımi qiymət verilir", - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh