Nazirliklər Prezidentin fərmanını , NK-nın qərarını dəyişə bilər? - MM-də hesabat verən baş nazirə sual
Sosial
Oxunub: 223
17 mar 2022 | 22:50
Nazirliklər Prezidentin fərmanını , NK-nın qərarını dəyişə bilər? - MM-də hesabat verən baş nazirə sual


Heç demə, bu gün -15 martda baş nazir Əli Əsədov Milli Məclisdə dövlət büdcəsinin durumu haqqında hesabat verib. Bir günün içində başa çatan hesabat vaxtı deputatlar baş nazirin diqqətini bir sıra tədbirlər görülməsinə, nazirlərin deputat zənglərinə və sorğularına cavab verməmələrinə və s. yönəldiblər . Baş nazirdən günün başlıca sualını soruşan isə, yəqin olmayıb. Odur ki, soruşuruq, nazirliklərin Prezident fərmanını, NK qərarını dəyişdirmək, icra etməmək hüququ var?

Prezidentin 26.12.2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanı ilə Qarabağ qazilərinə, 20 Yanvar hadisələri zamanı əlil olanlara və digərlərinə aylıq 26 manatlıq müavinətin verilməsi nə vaxt həyata keçiriləcək? Bəs Prezidentin 29.12.2000 tarixli 597 saylı “Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamı ilə 1-ci , 2-ci, 3-cü dərəcəli Qarabağ savaşı əlillərinə uyğun olaraq 14, 12 və 10 manatlıq aylıq müavinət necə? Bəri başdan deyək, əlillərin istənilən halda, ya əmək pensiyaçısı, ya da sosial müavinətçi (pensiyaçı) olması nədənindən onlara bu müavinətin verilməsindən pensiya növü bəhanəsilə imtina edilməsi yolverilməzdir.

Uzağa getməyək, Prezidentin 23.12.2021 tarixli fərmanı ilə hərbi qulluqçuların aylıq vəzifə maaşlarına 20 faizlik əlavə müəyyən olunub. Yəni hərbi pensiyaçıların əvvəllər tutduqları vəzifələr üzrə təminat xərcliyi 20 faiz artıb. “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə görə isə, BU QANUNUN 20-Cİ MADDƏSİNDƏ NƏZƏRDƏ TUTULMUŞ ŞƏXSLƏRİN yəni QULLUQ STAJINA GÖRƏ ƏMƏK PENSİYALARINA ƏLAVƏ HÜQUQU OLAN ŞƏXSLƏRİN , TUTDUQLARI VƏZİFƏLƏR ÜZRƏ AYLIQ ƏMƏKHAQQI (ƏMƏKHAQQI, DÖVLƏT MƏVACİBİ, TƏMİNAT XƏRCLİYİ) SONRADAN ARTIRILDIQDA, BU ARTIMLAR NƏZƏRƏ ALINMAQLA, QULLUQ STAJINA GÖRƏ ƏMƏK PENSİYALARINA ƏLAVƏLƏR YENİDƏN HESABLANIR. Bəs niyə hesablanmır? ƏƏSMN -in bir yetkilisi iddia edir ki, təminat xərcliyinə ƏLAVƏ OLUNMASI pensiyaların artımını şərtləndirmir, o biri deyir ki, hesablama 20 faizlik əlavənin orta hesabla 9,2 faiz artıma nədən olduğunu ortaya qoyub, Prezidentin 10 faizlik sosial yardımı isə bütün pensiya məbləğinə aiddir. Soruşun görək , bəyəm pensiya təminatında ƏƏSMN diskresion (seçim) səlahiyyətlərindən yararlanır? Prezident 10 faizlik yardım ayırıbsa, pensiyaçı hərbçilər 20 faizlik əlavəyə görə artırılan təminatdan məhrum olmalıdırlar? Bu hansı qanunda yazılıb? Hələ ki, Milli Məclis “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsini ləğv etməyə macal tapmayıb.

Baş nazirin Milli Məclisdəki hesabatı qazi və şəhid ailələrinə ayrılan vəsaitin verilməməsinə də aydınlıq gətirməlidi. Sorğu – sual edən olsaydı. ..

Məğrur Bədəlsoy
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı