Eldar Mahmudovun dostu keçmiş rəisə qarşı - Məhkəmə çəkişməsi
Sosial
Oxunub: 223
16 mar 2022 | 18:20
Eldar Mahmudovun dostu keçmiş rəisə qarşı - Məhkəmə çəkişməsi


Ləğv prosesində olan "AGBank” ASC "Rövşad” MMC-ni məhkəməyə verib. DİA.AZ qaynarinfo-ya istinadla xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsi hakimi Aytən Əliyevanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Rövşad” MMC 7 sentyabr 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin qanuni təmsilçisi Bağırov Əlimuxtar Balağa oğludur.

"Rövşad” MMC 13 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində məlumatlar məhduddur. Yalnız o məlumdur ki, şirkət çörək istehsalı ilə məşğuldur. Hər halda "Lənkəran” qəzetinin 30 noyabr 2015-ci ildə dərc edilən 41-42-ci sayında qeyd edilib ki, "Rövşad” MMC gündəlik istehsal gücü 10 ton olan çörək zavodu tikir.

MMC-nin qanuni təmsilçisi Əlimuxtar Bağırov isə keçmiş məmurdur. O, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Lənkəran regional bölməsinin rəisi olub.

Əlimuxtar Bağırov 2019-cu ildə AQTA-nın bir neçə vəzifəli şəxsi ilə birgə işdən çıxarılıb. Bu barədə qurumun yaydığı məlumatda həmin şəxslərin, o cümlədən Əlimuxtar Bağırovun səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etmədiyi qeyd edilib.

Əlimuxtar Bağırov həm də "İnter Audit” təşkilatında direktor-auditor vəzifəsində çalışır.

"Rövşad” MMC-ni məhkəməyə verən "AGBank” ASC isə keçmiş deputat Çingiz Əsədullayevin bankı kimi tanınır. Bu da bankda daha çox onun pay sahibi (33.57 faiz) olması ilə əlaqədardır.

Çingiz Əsədullayev həm də keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun dostu kimi yaddaşlarda qalıb. Onun siyasi və biznes karyerasının qürubu da Eldar Mahmudov vəzifəsində çıxarılandan sonra başlayıb.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı