Nazirlik "balıqçı gəmisini" ildə niyə üç dəfə "əsaslı təmir" edib? - FOTOFAKT
Sosial
Oxunub: 559
15 mar 2022 | 09:48
Nazirlik "balıqçı gəmisini" ildə niyə üç dəfə "əsaslı təmir" edib? - FOTOFAKT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus olan “YUQ” adlı (rusca "Cənub") gəminin təmiri ilə bağlı son bir ildə 3 dəfə tender elan olunub.

Bunu ekspert Rəşad Əliyev öz sosial media hesabında yazıb. Belə ki, Nazirliyin tərkibində Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi mövcuddur. Bu idarə Nazirliyin nəqliyyat parkını idarə edir və bura nazirliyin istifadə etdiyi bütün növ nəqliyyat vasitələrinin, o cümlədən avtomobil və gəmilərin alınması, saxlanması, təmiri və s. daxildir. Mətbuatda dərc olunan yazılara əsasən, bu idarəni 2018-də Muxtar Babayev yeni nazir təyin olunandan sonra özü yaradıb. Yenə mətbuatda gedən çoxsaylı yazılara görə, yeni nazir təyin olunanda bu idarəyə rəis kimi öz qohumu Fizuli Babayevi (Socar-ın Nəqliyyat İdarəsinin keçmiş rəisi) təyin edib. Həm bu idarənin, həm də ümumiyyətlə Ekologiya Nazirliyinin keçirdiyi tenderlərlə bağlı çoxlu şübhəli məqamlar var, o cümlədən müxtəlif vaxtlarda keçirilmiş onlarla tenderlərin 3-4 şirkətə verilməsi isə maraq doğurur.

Bugünlərdə nazirliyə məxsus olan “YUQ” adlı (rusca "Cənub") gəminin təmiri ilə bağlı keçirilən tender diqqət çəkib. Dövlət Gəmi Reyestrinə əsasən bu gəmi xüsusi təyinatlı gəmidir amma nazirlik isə nədənsə tender sənədlərində bu gəmini balıqçı gəmisi adlandırır.

Maraqlıdır ki, yuxarıda adını çəkdiyimiz İdarə 1 dekabr 2020-ci ildə "Saqa Gəmi Təmiri" adlı bir MMC ilə 224.385 manatlıq bir müqavilə bağlayıb və gəmi əsaslı təmir olunub.

Cəmi beş ay sonra (19 aprel 2021) eyni gəmi, yenidən eyni şirkətlə ("Saqa Gəmi Təmiri") imzalanan 224.063 manatlıq müqavilə ilə əsaslı təmir olunub.

Gəminin sonuncu (ikinci) əsaslı təmirindən 11 ay keçib və Ekologiya Nazirliyi yenidən bu gəmini eyni şirkətdə ("Saqa Gəmi Təmiri"), yenidən əsaslı təmirə göndərir.

Maraqlıdır ki, bu cür gəmilərin cari təmirindən fərqli olaraq, əsaslı təmiri orta hesabla 2,5-3 ildən bir keçirilir. Yəni, “YUQ” gəmisinin nisbətən tez-tez əsaslı təmirə göndərilməsi çox şübhəli görünür.Avtosfer.az


Nazirlik "balıqçı gəmisini" ildə niyə üç dəfə "əsaslı təmir" edib? - FOTOFAKT
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı