Azərbaycan silahı əsasən İsraildən alır - HESABAT
Sosial
Oxunub: 216
14 mar 2022 | 18:20
Azərbaycan silahı əsasən İsraildən alır - HESABAT


Azərbaycan 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub və silahı əsasən İsraildən (61%), Rusiyadan (22%) və Belarusdan (6,6%) alıb. DİA.AZ xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) martın 14-də beynəlxalq silah transferləri haqda hesabatını açıqlayıb.

Hesabata görə, 2012-2016-cı və 2017-2021-ci illərdə beynəlxalq silah ticarətində cüzi azalma (-4.6 faiz) qeydə alınıb.

Amma Birləşmiş Ştatlar və Fransanın silah ixracı, Avropa (+19 faiz), Şərqi Asiya (+20 faiz) və Okeaniyanın (+59 faiz) idxalı isə ciddi şəkildə artıb. Yaxın Şərqə transferlərin həcmi yüksək olaraq qalır. Afrika və Amerikaya transfer isə azalıb.

Birləşmiş Ştatların silah ixracı 14 faiz artaraq bu ölkənin 2017-21-ci illərdə qlobal payını 39 faizə çatdırıb. 2012-2016-cı illərdə həmin göstərici 32 faiz idi. Həmin dövrdə ABŞ-dan silah ixracı Rusiyadan 108 faiz çox olub.

ABŞ-dan silah transferinin 43 faizi Yaxın Şərqə gedir. Səudiyyə Ərəbistanına böyük silahların çatdırılması 106 faiz artıb.

2017-21-ci illərdə silah ixracının 19 faizi Rusiyaya məxsusdur. Amma bu ölkənin silah ixracı 2012-16-cı illərlə müqayisədə 2017-21-ci illərdə 26 faiz azalıb. Bu, əsasən iki ölkəyə – Hindistan və Vyetnama silah göndərişinin azalması ilə əlaqədardır. Amma növbəti illərdə Rusiyadan Hindistana böyük silah göndərişləri gözlənir.

Fransa 11 faizlə dünyada silah ixracında görə üçüncü yerdədir. 2012-16 və 2017-21-ci illər arası Fransa silah ixracını 59 faiz artırıb.

Çin silah ixracına görə dördüncü, Almaniya isə beşinci yerdədir. Çindən silah ixracı 31, Almaniyadan isə 19 faiz azalıb.

2012-16 və 2017-21-ci illərdə üç regionda silah idxalında ümumi azalma qeydə alınıb: Amerikalar (-36 faiz), Afrika (-34 faiz), Asiya və Okeaniya (-4.7 faiz).

İsrailin silah idxalı 2012-16 və 2017-21-ci illər ərzində 19 faiz artıb.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı