Viləşçay Su Anbarının mühafizə zolağı satılıb – FHN əməkdaşı ittiham olunur
Sosial
Oxunub: 329
14 mar 2022 | 23:39
Viləşçay Su Anbarının mühafizə zolağı satılıb – FHN əməkdaşı ittiham olunur


Viləşçay Su Anbarının mühafizə zolağının ərazisi ayrı-ayrı şəxslərə satılıb.

Teref.az yazır ki, rayon sakinlərindən AzToday.az-a daxil olan şikayətə görə, su anbarının mühafizə zolağının İsi kəndinə yaxın ərazisi qanunsuz olaraq zəbt olunub. Mühafizə zolağının satılmasında Viləşçay Su Anbarı İstismarı İdarəsinin hansısa rolunun olub-olmadığını dəqiq demək olmur. Amma idarənin çay üzərində tikiləcək yeni su tutarının ərazisinin satılmasına niyə səssiz qaldığı ilginc məqamlardan xəbər verir.

Məlumata görə, su anbarının mühafizə zolağının satılmasında fəal iştirak edənlərdən biri də Fövqəladə Hallar Nazirliyinin Cənub Regional İdarəsinin əməkdaşı Mirxezer Hüseynov olub. Sakinlər bildirir ki, mühafizə zolağında torpaq alanlar sonradan aldadıldığını və dələduzluqla üzləşdiyinin fərqinə varıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı ASC əməkdaşlarının yoxlamaları nəticəsində su anbarının mühafizə zolağının ayrı-ayrı şəxslər tərəfindən istismar olunduğu üzə çıxıb. Dövlət qurumlarının hansı cəza tədbirləri gördüyü hələlik məlum deyil…

Qeyd edək ki, Masallı rayonunda mövcud olan 24 min 964 hektar əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay su anbarı əvəzsiz rol oynayır.

Rəsmi məlumata görə, hazırda Viləşçay Su Anbarı İstismarı İdarəsinin balansında əlavə olaraq 2 ədəd kiçik su tutarı, uzunluğu 498 kilkometr olan açıq torpaq suvarma kanalları, 72 müxtəlif növ hidrotexniki qurğular, 40 kilometr uzunluqda magistral yeraltı təzyiqli su kəmərləri, 5360 hektar ərazidə isə uzunluğu 917 kilometr olan müxtəlif diametrli qapalı boru kəmərləri mövcuddur.

Hazırlanan yeni layihəyə görə, Viləşçay su hövzəsinin həcminin 132 milyon kubmetrə çatdırılması nəzərdə tutulub. Amma su hövzəsinin genişləndirilməsi işlərinin görülməsi üçün ciddi maneələr var. Ümid edirik ki, aidiyyati qurumlar qurumlar su anbarının ərazisinin mənimsənilməsi istiqamətində ciddi tədbirlər görəcəklər…

Mövzunu araşdırmaqda davam edirik, rəsmi qurumların da mövqeyini öyrənməyə çalışacağıq.

Orxan Məmmədli
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU