Vahidə Əzizovanın danışdığı yalanlara özündən başqa kimsə inanır?!
Sosial
Oxunub: 336
12 mar 2022 | 22:50
Vahidə Əzizovanın danışdığı yalanlara özündən başqa kimsə inanır?!


Teref.az-ın poçtuna “EAST Residence” MTK-nın cavab yazısı daxil olub. Sözümüzə əməl edərək qarşı tərəfin mövqeyini təqdim edirik:
Vahidə Əzizova neçə müddətdir saytlarda, internet televiziyalarda gündəmdən düşmür. Nə sirrdirsə bu xanımın adı həmişə də qalmaqallı hadisələrdə hallanır. Özünü zərərçəkmiş kimi göstərməyə çalışır. İllər öncə, Vahidə Əzizovanın adı Qəbələ və Oğuz rayonlarında da torpaq qalmaqalına qarışıb!
Son 3 ilə yaxındır ki, Vahidə Əzizova məhkəmələrə ayaq döyməkdən yorulmur.
2019-cu ilin may ayında rublika.az, yeniavaz.com, müxalifet.az və digər saytlarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup müəlliminin ölkə Prezidentinə müraciəti verilmişdi. Müraciəti imzalayan müəllimlər bildirirdilər ki, 1987-ci ildə Nazirlər Kabinetinin 20/396-cı qərarı ilə Universitetin 61 əməkdaşına Pirallahı rayonu Dübəndi bağ massivində hər nəfərə 6 sot olmaqla torpaq sahəsi ayrılıb. Lakin həmin müəllimlər onlara ayrılan torpaq sahəsini ala bilməyiblər. Müəllimlərin müraciətində Əzizova Vahidə Seyfəddin qızının da adı çəkilib və həmin torpaqların mənimsənilməsində iştirakçı olduğu vurğulanıb. Bundan sonra özünü Vahidə Əzizova hamını məşhər ayağına çəkməklə, hər kəsdən qisas alacağı ilə hədələyir. Lakin maraqlı olan məqam bundan ibarətdir ki, nə üçün bütün olaylar özünü zərərəçəkmiş kimi təqdim etməyə çalışan V.Əzizovanın başına gəlir?
Digər tərəfdən, istintaq hərəkətləri sona çatmamış indi də internet TV-lərdə, saytlarda “EAST Residence” MTK-nın ünvanına şər və böhtan dolu materiallarla çıxış etməkdə, müxtəlif dövlət orqanlarına şikayət göndərməkdə davam edir. Özünü hüquqşünas adlandıran Vahidə Əzizova haray-həşir salaraq mülkünün sənəddə zirzəmi yazılmasına baxmayaraq, yarım zirzəmi olduğunu dönə-dönə israr edir. Mülkiyyətçinin iddiasına inansaq, sənədi verən dövlət qurumu, guya zirzəmi ilə yarım zirzəmini düzgün ayırd edə bilməyib. İndi də Vahidə Əzizova öz problemini sənədi verən dövlət qurumu ilə deyil, tikinti şirkətinin rəhbərliyi ilə həll etməyə çalışır: “Mənim zirzəmim sənəddə zirzəmi yazılsa da, əslində yarım zirzəmi idi.”
Vahidə Əzizova öz iddiasını həyata keçirmək üçün şirkətlə imzaladığı sənəddən də imtina edir. Sonra da başlayır ki, mən heç bir sənəd imzalamamışam, sənədi imzalayanda özümdə olmamışam, heç kim mənə kompensasiya, köçürmə pulu verməyib. Sənədlər və şəkillər isə başqa mənzərə ortaya qoyur.

Vahidə Əzizovanın danışdığı yalanlara özündən başqa kimsə inanır?!


Vahidə Əzizova özünün heç vaxt mətbuatda, saytlarda, internet televiziyalarda görünmədiyini deyir: “Məni heç vaxt, heç kim nə mətbuatda, nə də internet tevelərdə görüb”. Aşağıdakı linklər isə onun dediklərinin əksini deyir: https://www.youtube.com/watch?v=kaarBECas9k, https://www.youtube.com/watch?v=6vJuibQ0js0, https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/emlaklarimi-sokub-100-min-manatliq-avadanligimi-ogurlayiblar/,
https://muxalifet.az/bir-qrup-professor-v-dosent-prezident-muracit-etdi-mlak-komitsinin-bzi-mkdaslari.html, https://www.yeniavaz.com/az/newscontent/znewscontent/107268/bu-universitetin-muellimleri-prezidentden-komek-istediler, https://rublika.az/index.php?newsid=50133, https://modern.az/az/news/216434/universitetin-bir-qrup-muellimi-mene-bohtan-atib-vetendas-vahide-ezizovadan-muraciet, https://www.kriminalqafqaz.az/news/detail/east-park-gozellik-salonunu-qanunsuz-sokub-sahibkardan-iddia-826.
Əlbəttə, bunlar Vahidə Əzizovanın internet resurslarından əldə etdiyimiz məlumatların hamısı deyil. Yuxarıda qeyd edilən sayt və youtube səhifələrindəki çıxışlarını izləmək kifayət edir ki, onun sözlərinin qeyri-səmimiliyinə qiymət verəsiniz.
Bu çıxışlardan sonra V.Əzizova yazır: “Hörmətli oxucular, görəsən, öz problemini ictimailəşdirən kiminsə problemi həllini tapıb? Mən ömrüm boyu mətbuata üz tutmamışam.”

Vahidə Əzizovanın danışdığı yalanlara özündən başqa kimsə inanır?!


İndi gəl, Vahidə Əzizovanın sözlərindən baş çıxar. Görək onun düz sözü hansıdır, yalan sözü hansı? Öz sözlərini tez-tez təkzib edən, ziddiyyəli fikirlər səsləndirən V.Əzizova şirkətdən nə istəyir?
Məsələn, Vahidə Əzizova 8 oktyabr 2021-ci ildə kriminalqafqaz.az az saytında zirzəmisindən 35 min 180 manat dəyərində gözəllik salonunun əşyalarının oğurlandığını bildirib. Meydan TV-nin 16 fevral 2022-ci il tarixli yayımında isə həmin gözəllik salonunun əşyalarının dəyərinin 100 min manat olduğunu iddia edir. Axı 3-4 ayın içərisində köhnə gözəllik salonunun əşyaları necə olur ki, 3 dəfəyə yaxın dəyər qazanır?
Ümumiyyətlə, normal qaydada insan bir sözü deyəndə arxasında durmalı və sonadək onu müdafiə etməlidir. Bu gün hər hansı sənədə imza atıb razılaşandan iki gün sonra mən bunu inkar edirəm deməsi heç bir məntiqə sığmır. Buradan açıq görünən odur ki, Vahidə Əzizova hər şeyi qabaqcadan planlaşdıraraq şirkətdən daha çox qazanc əldə etmək istəyir.
Hüquqşünas xanım “EAST Residence” MTK adından intenet saytlarında yalandan reklam, mənzil satışı ilə bağlı elan yerləşdirildiyini deyir. ( MTK bizim əmlakımızın üstündə inşa etmək istədiyi binada mənzilləri internetdə 2000 min manatdan təklif edir). Görəsən, bugünkü şəraitdə 2000 min manat rəqəmi necə başa düşülməlidir? Əslində o, bu rəqəmi bilərəkdən dolaşıq göstərərək vətəndaşları şirkətdən uzaq salmağa çalışır. Hətta onlara “Bumeranq media ” saytında 18 fevral 2021-ci il tarixdə yerləşdirilən “DİQQƏT !!! BU ŞİRKƏTLƏRDƏN EV ALMAYIN...” başlıqlı yazını oxumadan ev almayın”– deyə tövsiyə də verir. Əlbəttə, bu yazının “EAST Residence” MTK ilə heç bir əlaqəsi yoxdur. Sadəcə Vahidə Əzizova yeri gəldi-gəlmədi MTK-nı nüfuzdan salmaq, ona qara yaxmaq üçün bütün vasitələrdən istifadə edir. Düşünür ki, adıçəkilən yazını oxumağa həvəsi olmayanlar da başlıqdakı fikirlərdən sonra şirkətdən mənzil almaqdan vaz keçəcəklər.
Bildiririk ki, “EAST Residence” MTK şirkəti bu günədək heç bir internet resurslarında, televiziya kanalı və radioda mənzil satışı ilə bağlı reklam, elan yerləşdirməyib. Çünki hələ binanın tikintisinə hazırlıq dövrüdür. Yeni tikiləcək binalarda əvvəlcə ərazidə mənzilini təhvil verən sakinlər yerləşdiriləcək, şirkət yalnız bundan sonra qalan mənzillərin satışı ilə məşğul olacaq.
Vahidə Əzizova şirkət əməkdaşları ilə danışıqlarından sonra “EAST Residence” MTK-nın hazırladığı arayışa imza atır və düşünülmüş şəkildə bundan sonra öz oyununa başlayır. Arayışda MTK Vahidə Əzizovanın mövcud sənədinə uyğun olaraq 111.9 m2 əvəzinə 124 m2 sahəsi olmaqla yeni tikiləcək binada zirzəmi ilə əvəz edilməsini öhdəsinə götürür. Eyni zamanda zirzəmidəki əşyalarının köçürülməsi, dəymiş ziyanın ödənilməsi və icarə haqqı olaraq ona 1500 manat pul verilir. Yalnız bundan sonra zirzəmi sökülür. Söküntüdən sonra V.Əzizova arayışda yazılan zirzəmi əvəzinə zirzəmi təklifini qəbul etmir. İddia edir ki, onun zirzəmisi yarım zirzəmi olub. ƏMDK-nin mülkiyyətçiyə verdiyi çıxarışda isə 111.9 kvadratmetr zirzəmi göstərilib.
Vahidə Əzizovanın itthamları, tələbləri yuxarıda qeyd olunanlarla bitmir, getdikcə absurd şəkil almağa başlayıb. Hüquqşünas xanım sənədsiz, sübutsuz şirkəti hətta oğurluqda da ittiham edir. Polisə oğurluqla bağlı etdiyi müraciəti tam araşdırılmadan, oğruların tapılıb cəzalandırılmasını gözləmədən, məhkəmə qətnaməsi olmadan özünü hüquqşünas adlandıran V.Əzizova necə və hansı haqla şirkəti törətmədiyi cinayətdə suçlayır?
V.Əzizova hər yola əl ataraq şirkətin işguzar nüfuzuna xələl gətirmək üçün var gücü ilə çalışır. Halbuki o, bu hərəkəti ilə yeni tikiləcək binada mənzil gözləyən yüzlərlə sakinin narahatlığına səbəb olur. O qeyd edir ki, “EAST Residence” MTK-nın nəinki mənim, ümümiyyətlə ərazidə hər hansı iş aparmağa icazəverici sənədi yoxdur.” Halbuki onun nümayiş etdirdiyi FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən aldığı cavab məktubunda “tikinti quraşdırma işlərinə icazə verilmədiyi” bildirilir. Şirkət isə hazırda köhnə mənzilləri söküb onların yerində yeni binanın inşaasına başlamaq üçün hazırlıq işləri görür.Yəni V.Əzizovanın “ərazidə hər hansı iş aparmağa icazəverici sənədi yoxdur”– deməsi onun faktı bilərəkdən şirkətin əleyhinə istifadə etmək istəyinin açıq sübutudur.
O ki qaldı Vahidə Əzizovanın hər yerdə– KİV-də, internet TV-lərdə, şirkətin tikinti apardığı əraziyə gələrək onun işgüzar nüfuzuna xələl gətirən fikirlər səsləndirməsi, işçilərin təhqir etməsi cavabsız qalmayacaq. Qanun qarşısında hamı bərabərdir, adi vətəndaş da, hüquqşünas da, digər peşə sahibləri də. Heç kəsə haqq verilməyib ki, günahı məhkəmə qərarı ilə təsdiq edilmədən onu ictimai yerlərdə, KİV-də “cinayətkar”, “şantajçı”, “oğru” və sair təhqiramiz ifadələrlə alçatsın. Vahidə Əzizova da öz hərəkətləri və ifadələrinə görə məsuliyyət daşıyır.
“Qanunun aliliyinə inanıram və hüquqlarımın bərpasına çalışmışam və həmişə də çalışacağam.”– deyən V.Əzizovaya mətbuat və TV-lər vasitəsilə şirkətə və hüquq mühafizə orqanlarına təzyiq etmək əvəzinə hüquqi çərçivədə probleminin həllinə nail olmağ tövsiyə edirk. Biz hüquqi dövlətdə yaşayırıq. Unutmayaq ki, bütün instansiyalarda boş sözə, yalançı vədə deyil əldə olan qanuni sənədə istinad edərək müvafiq qərarlar qəbul edilir. Şirkətin rəhbərliyi də şikayətçini yenidən dinləyib onun müvafiq sənədinə uyğun qərar qəbul etmək üçün hər zaman hazırdır.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU