Qarabağ savaşı qazisi Daxili İşlər Nazirinə müraciət etdi: " Daxili işlər nazirinə publik müraciət"
Sosial
Oxunub: 293
12 mar 2022 | 23:39
Qarabağ savaşı qazisi Daxili İşlər Nazirinə müraciət etdi: " Daxili işlər nazirinə publik müraciət"


Son iki ildə covid -19 pandemiyası nədəni ilə hər ay onlayn rejimdə qəbul olunmağımı diləsəm də, heç bir cavab verilməyib. Müraciətimin kökündə son xidmət yerim olan DİN Daxili Qoşunlarının (DQ) və Maliyyə Plan İdarəsinin (MPİ) hərbi qanunvericiliyin tələbinə zidd olaraq Qarabağ savaşında 1-ci dərəcəli qazi adını qazanan, 1978-ci ildən zabit rütbəsi daşıyan şəxsə işdənçıxarma, ezamiyyət – məzuniyyət pulunun, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, sanatoriya yollayışı və əvəzində kompensasiyanın, mənzil təminatı və digər güzəştlərin , əlilliyə görə pensiyaya əlavələrin verilməsindən imtina etməsi, SSRİ dönəmində - 1986-cı ildə verilən baş leytenant rütbəsinin dəyişməzliyi, xidmət illərini düzgün hesablanmaması, desant-hücum taburunun komandiri olduğum halda olmayan kimya müdafiə bölüyünün komandir müavini vəzifəsi yazılaraq aldığım pensiyanın tabeliyimdə olanlardan 2-3 dəfə az olması, məhkəmə təminatı hüququma qadağa qoyulması, özbaşınalıqdan Prezidentə və baş prokurora müraciət etdiyimə görə məndən 30 milyon manat tələb edilməsi dayanır. Onlarla illərdir ali dövlət hakimiyyəti orqanlarından baş prokurorluğa, oradan da hərbi prokurorluğa göndərilən şikayətlərim araşdırılmadan DQ-nin saxtalığı, yalanları Konstitusiya aktı kimi qəbul edilir. Hərbi prokurorluğun və Daxili Qoşunların hansı qanunvericiliyin tələblərinə əsaslandığı qaranlıq olsa da, mənim tələblərimin hamısı hərbi qanunvericiliyin tələblərinə uyğundur.

“Hərbi xidmətkeçmə haqqında” 03.10.1997-ci il tarixli Əsasnamənin 180-ci maddəsinə əsasən, yüksək hazırlıqlı və hərbi xidmətdə tətbiq edilən ixtisaslar üzrə böyük təcrübəsi olan ayrı-ayrı ehtiyatda olan zabitlərə, onlar həqiqi hərbi xidmətə təyin edildikdə (çağırıldıqda) , yaxud MÜHARİBƏ DÖVRÜNDƏ qabaqcadan vəzifəyə təyin edildikdə , İSTİSNA QAYDASINDA, XİDMƏT İLİNDƏN ASILI OLMAYARAQ, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun hərbi rütbəsindən bir -üç pillə yuxarı hərbi rütbə verilə bilər. Bəs niyə mənim hərbi rütbəm dəyişməz qalıb? Oysa xidmətdə olmayanların ehtiyatda rütbələri polkovnikə kimi yüksəlib.

NK-nın 23.11.1992 tarixli 631 saylı “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında “ qərarının 10-cu bəndinə əsasən, SSRİ dövründəki xidmətim xidmət ilinə əlavə olunmayıb ; 1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə və ya daxili işlər orqanlarının tərkibində qalmaqla mülki nazirlikdə - AMEA-da -işləmək dövrü xidmət ilimə hesablanmalıdır. Bəs niyə hesablanmayıb?

“Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” NK -nın 19.10.1992-ci il tarixli 562 saylı Əsasnaməsinə əsasən , Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikası və keçmiş SSRİ Daxili işlər nazirliklərinin qoşunları və orqanlarında zabit heyətinin vəzifələrində XİDMƏT MÜDDƏTİ İLK ZABİT RÜTBƏSİNİN VERİLMƏSİ HAQQINDA ƏMRİN İMZALANDIĞI GÜNDƏN hesablanır. DİN DQ və MPİ bunu çoxsaylı məktublarla doğrulasalar da, gerçəkləşdirməkdən imtina ediblər ki, 1978-ci ildən zabit rütbəsi daşıyan şəxsin 13 il sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olması barədə məlumat yoxdur! (?)

NK-nın 23.11.1992 -ci il tarixli 631 saylı qərarının 3-cü bəndinə əsasən, SƏHHƏTİNƏ GÖRƏ TƏRXİS OLUNMUŞ ZABİTLƏRƏ BEŞ AYLIQ AXIRINCI ŞTAT VƏZİFƏSİ, HƏRBİ VƏ YA XÜSUSİ RÜTBƏ ÜZRƏ MAAŞLARDAN hesablanmaqla, İŞDƏNÇIXARMA MÜAVİNƏTİ ÖDƏNİLMƏLİDİR. Niyə ödənməyib və indi də hərbi prokurorluqla birlikdə müdafiə nazirinin NK qərarını ləğv etdiyini bildirib ödəməkdən imtina edilir? Sözügedən qərarın 5-ci bəndinə əsasən, müharibə əlillərinə sanatoriya yollayışı əvəzinə iki ildə bir dəfə minimum pensiyanın 3-5 misli miqdarında müavinət də verilməyib.

“Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” NK -nın 20.04.2020 tarixli 73 saylı qərarının (NK-nın 04.12.2001 tarixli 190 saylı qərarı ilə daxili işlər orqanlarının digər əməkdaşlarına da şamil edilir ) 2-ci maddəsinə əsasən, POLİS-DAXİLİ QOŞUN ƏMƏKDAŞI XİDMƏTİ DAVAM ETDİRMƏYƏN DƏRƏCƏDƏ XƏSARƏT (YARALANMA, TRAVMA, KONTUZİYA ) ALDIQDA , ONA ƏRZAQ PAYI ƏVƏZİNƏ PUL KOMPENSASİYASI İSTİSNA OLMAQLA, onun aylıq təminat xərcliyinin ƏLLİ MİSLİ MİQDARINDA BİRDƏFƏLİK KOMPENSASİYA ÖDƏNİLİR. Bəs niyə DQ tabeliyində olduğu DİN-ə aid qərarı yox, müdafiə nazirinin Qarabağ qazisinə aidliyi olmayan əmrini (?) Konstitusiya aktı kimi hərbi prokurorluğa sırıyır? Ərzaq payından söz düşmüşkən, NK-nın 08.01.2013 tarixli 2 saylı qərarı ilə ikiqat artaraq 128 manat olan əlavə də 10-cu ildir hesablanmır. Niyə?

Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29.04.1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 15v və 23b maddələrinə əsasən, uyğun olaraq yaşa görə minimum pensiyanın 300 və 100 faizi miqdarında əlavə də hesablanmayıb və indi də hesablanmır.

“Hərbi qulluqçuların statusu haqqında” 25.12.1991-ci il tarixli 36 saylı Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi mənzil təminatı hüququnu doğrulayır. 13.6 maddəsinə əsasən, müharibə əlillərinin hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. DİN-in hospitalı tibbi təminatımızı gerçəkləşdirsə də, sanatoriya -kurort təminatı hələ də gerçəkləşmir , DİN-in “Xəzri” istirahət mərkəzi istirahət hüququna qadağa qoyub. Qanunun 11-ci maddəsinə əsasən, hərbi qulluqçu təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Bəs niyə mənə ödənilməyib və indi də ödənilmir ?

Fikir verirsinizsə, mənim tələblərim Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi qanunvericiliyin tələblərinə uyğundur. DİN DQ və MPİ isə nə qanunvericiliyin tələblərinə əməl edir, nə də məhkəməyə müraciətimə imkan verir. Hətta Prezidentə müraciət etdiyimə görə məndən 30 milyon “şərəf haqqı” tələb edilir. Biz görməsək də , eşitmişik ki, qazilərə xidmətdə olduğu hərbi dövlət orqanları hüquq yardımı etməlidir. DİN-in qurumları isə Vəkillər Kollegiyasını 1-ci dərəcəli Qarabağ qazisinə qarşı səfərbər edib.

Müraciətimin amacı qəbul edilməyim və məhkəmə təminatı hüququma qadağanın aradan qaldırılmasıdır.

Məğrur Bədəlsoy

P.S. 14.06.2014-cü ildə qəbulunda olanda, nazir, özüqarışıq istənilən şəxsi məhkəməyə verə biləcəyimi deyib, DQ-nin və MPİ-nin rəsmilərinə 1-ci dərəcəli Qarabağ qazisinə hüquqi yardım edilməsini tapşırdı. O vaxtdan məhkəmə təminatı hüququma və qəbul olunmağıma qadağa qoyulub...

P.P.S . 12 mart 1992-ci il -Azərbaycan Respublikası Daxili Qoşunlarının yaranması günüdür. Gerçək döyüşçüləçrin 30 yaşı qutlu olsun!
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı