Milyonların “əridilidiyi” BNA – 2 milyonluq “məsləhət” alan qurum zərərlə işləyir
Sosial
Oxunub: 279
11 mar 2022 | 20:44
Milyonların “əridilidiyi” BNA – 2 milyonluq “məsləhət” alan qurum zərərlə işləyir


Bakı Nəqliyyat Agentliyi (BNA) dövlət büdcəsindən ən çox vəsait qurumlardan biri olsa da, ziyanla işləyir. Teref.az xəbər verir ki, Reprotyor.info qurumun hesabatına əsasən xəbər verir ki, 2021-ci il yanvarın 1-nə Bakı Şəhər İcra Hakimiyyəti yanında BNA vergi öhdəlikləri 2,008 milyon manat təşkil edib.
Qurum 2018, 2019 və 2020-ci illəri də zərərlə başa vurub. BNA-nın 2019-cu il yanvarın 1-nə aktivləri 139,699 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur. Hesabat dövründə Agentliyin 83 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 2,5 dəfə artaraq 139,616 milyon manata çatıb, o cümlədən 49,068 milyon manatlıq nizamnamə kapitalı formalaşıb, ona dövlət xətti ilə qoyulmuş investisiyalar isə təxminən 2 dəfə artaraq 134,73 milyon manat olub.
BNA 2018-ci ili isə 32,156 milyon manat zərərlə başa vurub. Bununla da, Agentliyin yığılmış zərəri 3,7 dəfə artaraq 44,182 milyon manata çatıb.
Sənədə əsasən, həmin il BNA cəmi 68 min manat əməliyyat gəliri əldə edib. Agentliyin xərcləri isə 32,224 milyon manat, o cümlədən əmək haqqı və işçilərlə bağlı digər xərcləri 1,659 milyon manat, amortizasiya xərcləri 8,132 milyon manat, əməliyyat xərcləri 16,416 milyon manat, digər xərcləri isə 6,019 milyon manat təşkil edib.
Araşdırmalarımız zamanı bəlli olub ki, BNA təkcə 2021-2022-ci illərdə satınalımalara 14 960 810 manat xərcləyib.
Mediada BNA-nın keçirdiyi tenderlər barədə neqativ tonlu materiallar kifayət qədərdir. Təkcə bi satınalma müqaviləsini nümunə göstərmək kifayət edir ki, qurumun fəaliyyəti barədə təsəvvür yaransın.
Məsələn, 2020-ci ildə BNA “Alpina Parking Consulting” MMC şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin maliyyə dəyəri 2 milyon 100 AZN-dir. Müqavilənin şərtlərindən aydın olur ki, şirkət quruma parkinq məsələsini həll etmək üçün məsləhət verib.
Qurumun bu addımı o zaman ictimai müzakirərlərə səbəb olmuşdu. Bu məsələni isə ilk olaraq isqtisadçı ekspert Natiq Cəfərli gündəmə gətirmişdi. “Bu il Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tender keçirilib, müsabiqənin qalibi “Alpina Parking Consulting” MMC şirkəti olub. Bilirsiz, bu şirkət BNA üçün nə edəcək?! Yox-yox, nə yol rəngləyəcək, nə avtobus yuyub-dezinfeksiya edəcək, nə də avtobusların təkərinə hava vuracaq – Şirkət BNA-ya məsləhət verəcək ki, şəhərdə parking məsələsini necə həll etsin.
Deyəsən, çox ağır məsləhətlər olacaq. Elmlərdə 20 ildi “parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələnin kökünü, problemlərin həll yolunu BNA-ya 35 dəqiqəyə (daha tez edərdi e, sadəcə BNA tez anlamaz) izah edər”, – deyə ekspert bildirmişdi.
Biz hələ BNA-nın müqavilə imzaladığı şirkətin yeni yaranmasını qeyd etmirik. Həmin vaxt “Alpina Parking Consulting” MMC 4 ay idi ki, yaranmışdı.
Beləliklə, BNA büdcə pullarını bu sayaq göyə sovurur və hər ili zərərlə başa vurur. O zaman qurumda nədən maliyyə yoxlamaları aparılmır? Bu sualın cavabı isə açıq qalır.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı