Süleymanov Fərrux Abdulrahman oğlu tərəfindən Prezidenti cənab İlham Əliyevə ŞİKAYƏT
Sosial
Oxunub: 315
10 mar 2022 | 02:12
Süleymanov Fərrux Abdulrahman oğlu tərəfindən Prezidenti cənab İlham Əliyevə ŞİKAYƏT



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Şəki şəhər Göybulaq kənd sakini 1-ci Qarabağ müharibəsi Şəhidi Süleymanov Valeh Abdulrahman oğunun qardaşı Süleymanov Fərrux Abdulrahman oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Çox hörmətli cənab Prezident! Yazaraq Sizə bildirmək istəyirəm ki, yaşadığımız Şəki şəhər Göybulaq kəndində naxır növbələmə əsasında həyata keçirilməkdədir. 19 noyabr 2020-ci tarixdə kənd məktəbinin direktoru Məhəmməd Əyyubov öz naxır növbəsini kənd sakini Qeybullayev Təmraz Kamal oğluna həvalə edir. Təmraz isə uşaqlıqdan atasız böyümüş, eyni zamanda əqli və dil qüsuru vardır. Məhz ona görə də Təmrazın xahişi ilə həmin gün günortadan sonra mən tam təmənnasız olaraq ona köməklik göstərməyə getdim. Lakin, naxıra cavabdeh şəxs Təmraz idi. Naxır əsnasında heyvanlardan biri ölür, digərini isə avtomobil vurur.
Bundan sonra Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2 (075)-685/2021 saylı qətnaməsinə əsasən cavabdeh Əyyubov Məhəmməd İslamoviçdən dəymiş maddi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul alınaraq iddiaçı Musayev Elburus Əjdər oğluna, həmçinin Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2 (075)-669/2021 saylı qətnaməsinə əsasən cavabdeh Əyyubov Məhəmməd İslamoviçdən dəymiş maddi zərərin əvəzi olaraq 1300 manatın alınaraq iddiaçı Çərkəzov Namiq Nadir oğluna verilməsi barədə qərar qəbul edilir.
Əyyubov Məhəmməd İslamoviç isə bu dəfə Şəki Rayon Məhkəməsinə müraciət edərək daha öncə cavabdeh şəxs kimi iddiaçılara və dövlət büdcəsinə ödəmiş olduğu, ümumilikdə 2360 (iki min üç yüz altmış) manat məbləğində pulu məndən tələb etdi. Şəki Rayon Məhkəməsinin hakimi Cahid İmanovun sədrliyi ilə keçirilən məhkəmənin 2(075)-2408/2021 nömrəli, 10.12.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Əyyubov Məhəmməd İslamoviçin şikayəti təmin edildi. Əslində isə Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinə əsasən "qanunla müəyyən edilmiş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir" Lakin, mən məhkəmə zalında hüquqlarımı müdafiə edəcək vəkildən məhrum edildim. Hakim Cahid İmanov məndən yüksək nüfuza malik olan Məhəmməd Əyyubova xüsusi münasibət bəsləyərək, təqsirli olduğumu sübuta yetirən faktlar olmadan məni təqsirli hesab etdi. Bu isə Azərbaycan Respublikasının 25-ci maddəsində "bərabərlik hüququ" vardır və bu bərabərlik huqüqunu sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə həmin şəxs təqsirsiz sayılır. Heç şübhəsiz ki, hakim Cahid İmanovun verdiyi qərar dəyişən səbəblərə görə qərəzlidir və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsində qeyd edilmiş "vəzifə səlahiyyətlərindən sui-istifadə" hallarına yol vermişdir.
Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, həmin gün naxıra cavabdehliyi mən deyil, Qeyrullayev Təmraz Kamal oğlu götürmüş, sadəcə olaraq o, əqli qüsurlu olduğu üçün direktor Məhəmməd Əyyubov məkirli plan əsasında məni məhkəməyə verdi. Əslində isə o, mənimlə daha öncədən şəxsi ədavət aparırdı. Belə ki, mən Əyyubov Məhəmməd İslamoviçin rəhbərlik etdiyi Göybulaq kənd orta məktəbində gecə gözətçisi (mühafizəçi) işləyirəm. İş növbəm gecə saatları boyu olmasına baxmayaraq direktor Əyyubov Məhəmməd İslamoviç məni gündüzlər də işləməyə məcbur edir. O, məni gündüz növbəsində adı gedib, özü isə işə gəlməyən şəxsin yerinə işlədir. "Mən öz növbəmdən əlavə işə gəlməyəcəm, bu qanunsuzluqdur" dediyim zaman isə mənə qapını göstərərək "xoşun gəlmirsə qapı açıqdır, çıx işdən" deyir və aldığım maaşımdan kəsir. Eyni zamanda həmin məktəbdə fəaliyyət göstərən həyat yoldaşımın da bir neçə ay maaşından kəsmişdir.
İndi də əmək müqaviləsi bağlamadan naxıra göndərdiyi əqli qüsurlu şəxsdən heçnə mənfəət əldə edə bilməyəcəyini çox yaxşı dərk edərək, mənə qarşı növbəti haqsızlıq edərək məni ittiham etməkdədir.
Bildiyiniz kimi Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən "heç kəs zorla işlədilə bilməz". Əqli zəifliyi olan kimsə isə öz hal və hərəkətlərinə cavabdeh deyildir. Bu isə o deməkdir ki, Məhəmməd Əyyubov davranışını idarə etməkdə çətinlik çəkən şəxsi zorla işlədmiş hesab olunur.
Hətta Təmraz əqli normal şəxs olsaydı belə, Azərbaycan Respublikasının Əmək Məsəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən "müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır".
Çox hörmətli cənab Prezident! Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsini rəhbər tutaraq Sizə müraciət edirəm! Sizdən çox xahiş edirəm, Göybulaq kənd məktəbinin direktoru Məhəmməd Əyyubovun qanunsuz yollarla əqli qüsurlu Qeyrullayev Təmraz Kamal oğlunu əmək müqaviləsi bağlamadan işə cəlb edilməsinə görə Dövlət Əmək Müfəttişliyi Agentliyi tərəfindən barəsində araşdırma aparılsın və tədbir görülsün. Eyni zamanda Sizdən xahiş edirəm, hüquq və bərabərliyi pozaraq tərəflərdən birinə sosial mənsubiyyətinə görə hörmət qoyaraq onun xeyrinə qərəzli qərar qəbul edən hakim Cahid İmanov barəsində Məhkəmə-Hüquq Şurası tərəfindən şiddətli cəza tətbiq olunsun. Sonunda isə təqsirsiz olduğum halda Şəki Rayon Məhkəməsi tərəfindən dəymiş zərər kimi ödəməyi üzərimə öhdəlik kimi qəbul edilən qərəzli qərarın 23 fevral 2022-ci tarixdə keçiriləcək Şəki Apellyasiya Məhkəməsində ləğv olunması üçün köməklik göstərəsiniz

İMZA:F. Süleymanov
Tel:0702438527
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik