"Rusiyadakı azərbaycanlılar geri qayıtmaq barədə düşünürlər" - BİZİ NƏ GÖZLƏYİR?
Sosial
Oxunub: 266
9 mar 2022 | 18:20
"Rusiyadakı azərbaycanlılar geri qayıtmaq barədə düşünürlər" - BİZİ NƏ GÖZLƏYİR?


Fevralın sonunda başlayan Rusiya Ukrayna müharibəsi fonunda Rusiyaya tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatı sürətlə çökdürür. Rusiyada olan xarici şirkətlərin ölkədən çıxması, Rusiya ilə iqtisadi əlaqələrin məhdudlaşdırılması, hava məkanının bağlanılması Rusiyada yaşayan azərbaycanlıların da iqtisadi vəziyyətini ağırlaşdırır. Bu hal uzun müddət - bir neçə ay davam edərsə, orada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlılar geri qayıda bilər. DİA.AZ xəbər verir ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”nın rəhbəri Azər Allahverənov Bizimyol.info saytına açıqlamasında bildirib ki, Rusiyada yaşayan miqrantlar tətbiq edilən sanksiyalara görə, çox çətin vəziyyətə düşəcəklər. İş yerlərinin bağlanması, məşhur brendlərin Rusiya bazarından çıxması, bir çox xarici sərmayə hesabın ahəyata keçirilən layihələrin dayandırılması, çox saylı sənaye müəssisələrinin faəliyyətində olan məhduduiyyətlər kütləvi şəkildə iş yerlərinin itirilməsinə gətirib çıxarır. Bu isə, Rusiyada yaşayan təkcə miqrantların deyil, hamının maddi vəziyyətinə, gəlirlərinə təsir edən bir haldır. Rusiyada miqrantlar müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olurlar.

Qeyd edək ki, Rusiyada əmək fəaliyyəti ilə məşğul olan 200 minə yaxın azərbaycanlı miqrant var. 400 min həmvətənimiz isə, müxtəlif səbəblərdən Rusiya ərazisində yaşayır.

“Son günlər onlarla əlaqələrimiz zamanı məlum olur ki, artıq onların gəlirləri azalmaqdadır və iş yerlərini itirmək üzrədirlər. Nəzərə alsaq ki, orada yaşayan həmvətənlərimiz qazanclarının 70-80 faizini Rusiya iqtisadiyyatına icarə haqqı, vergilər və digər məsələlərə görə qaytarmaq məcburiyyətində olurlar. Hazırda onlar üçün çox çətin olacaq. Çünki həmin vəsaitləri qazana bilməyəcəklər. İş yerlərinin itirilməsi, ilk ay hiss olunmasa da, sonrakı aylarda bu insanların gəlirlərində, güzəranlarında özünü göstərəcək. Artıq orada olan insanların bir qismi Azərbaycana köçmək barədə düşünürlər. Hətta orada olan həmvətənlərimizin bəzisi orada müəyyən mülkiyyət sahibidirlər. Öz mülklərini satıb Azərbaycana gəlmək istəyən insanlar da var. Onların qənaətinə görə, iqtisadi sanksiyalar bir neçə ay davam edərsə, bu Rusiya ioqtisadiyyatına çox mənfi təsir göstərə bilər. Və bunun nəticəsi olaraq, yaxın 5-10 il ərzində Rusiya iqtisadiyyatının dirçəlməsi çox çətin olacaq” ,- deyə Allahverənov bildirib.

Onun sözlərinə görə, həmvətənlərimizin çox hissəsi Rusiyada ticarət sahəsində çalışırlar. Qida məhsullarının, yüngül sənaye məhsullarının satışı ilə məşğul olurlar. İnsanların gündəlik təlabatını ödəyən qida məhsullarının satışı ilə məşğul olan həmyerlilərimiz baş verən proseslərə uymağa çalışacaqlar.Amma digər sahələrdə qeyri-qida məhsulları satışı sahəsində çalışanlar artıq gəlirlərinin azaldığını bildirirlər. Bu gün Rusiyada diqqət gündəlik qida məhsullarına yönəlib. Bu isə digər sahələrdə çalışan həmvətənlərimizin fəaliyyətinin dayandırlmasına gətirib çıxarır. Buna görə də həmin insanaların böyük bir qismi Azərbaycana qayıtmağı düşünürlər.

Ekspertin fikrincə, bu köç müvəqqəti xarakter daşıyır. Yəni həmvətənlərimiz düşünür ki, bir müddətdən sonra bu sanksiyalar götürüldüyü təqdirdə, Rusiya bazarında canlanma olacaq. Həmin insanlar oraya qayıtmaq istəyəcəklər: “İqtisadi sanksiyalar davam edir. Rusiyadan bir sıra şirkətlərin çıxması və ya çıxarılması irəliləyən zamanlarda iqtisadiyyata öz təsirini göstərəcək”.

Ekspert qeyd edir ki, Rusiyadan Azərbaycana qayıdan həmvətənlərimizin bir hissəsi ola bilər ki, müəyyən bir kapitalla geri qayıtsın. Məsələn, orada olan evini satıb, burada kiçik bir iş qurmağı düşünə bilərlər. Və yaxud əlində kiçik bir vəsaitlə qayıdıb, bir müddət Azərbaycanda yaşayar, vəziyyət dəyişdikdən sonra qayıda bilərlər. Amma bəzi insanlar var ki, ümumiyyətlə, Rusiyadan qayıtmaq barədə düşünürlər. Təbii ki, bu həmvətənlərimizlə bağlı məsələdir: “Soydaşlarımıza gəldikdə isə, onlarla da bağlı vəziyyət eynidir. Soydaşlarımız dedikdə Rusiya Federasiyasının vətəndaşları olan etnik azərbaycanlılar nəzərə tutulur. Onlar iş yerlərini itirdikləri zaman ya yeni iş axtarır, ya da başqa ölkələrə, o cümlədən Azərbaycana üz tuturlar. Artıq belə faktlar var”.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik