Təhsil haqları ən azı 50 faiz azaldılmalıdır - ÇAĞIRIŞ
Sosial
Oxunub: 338
1 mar 2022 | 17:47
Təhsil haqları ən azı 50 faiz azaldılmalıdır - ÇAĞIRIŞ


Ombudsman Azərbaycan Respublikası vətəndaşları üçün təhsil müəssisələrində təhsil haqqının endirilməsini təklif edib.
Bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Məruzədə Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsilə görə müəyyən edilmiş məbləğin mümkün qədər aşağı salınması, dövlət sifarişli yerlərin sayının ödənişli ixtisas yerlərinə nisbətdə artırılması təklif edilir.
Eyni zamanda kənd rayonlarında əhalinin sayı az olan yaşayış məntəqələrində yeni məktəblərin, o cümlədən modul tipli məktəblərin tikilib istifadəyə verilməsi və ya mümkün olmadıqda həmin məntəqələrdə yaşayan məktəbli uşaqların yaxınlıqdakı qəsəbə və kənd məktəblərinə dövlət hesabına daşınmasının təşkili, respublikanın müxtəlif regionlarında, müvafiq ərazilərdə və yaşayış məntəqələrində uşaq sayı və tələbat nəzərə alınmaqla, dövlət məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması tövsiyə edilib. Ombudsmanın təhsil ödənişləri ilə bağlı təklifini “Şərq”ə dəyərləndirən təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, hazırda ali təhsil müəssisələrinin qəbul planı yerinin 50 faizi ödənişsiz ixtisaslardır.
“Ali və orta ixtisas təhsil müəssisələrində ümumilikdə 110 min nəfər ödənişli əsaslarla təhsil alır. Son 5 ildə 7 mindən çox şəxs təhsil haqqını ödəyə bilmədiyinə görə təhsildən imtina edib. Bu, ciddi rəqəmdir. Nəzərə alınmalıdır ki, Azərbaycan əhalisinin cəmi 17 faizi ali təhsillidir. Biz əmək bazarında rəqabət yaratmaq və ixtisaslı kadrların sayını çoxaltmaq üçün savadlı insanların sayını artırmalıyıq. Bütün bunların fonunda bu addıma ehtiyac var.
Azərbaycanda təhsil haqqı kifayət qədər yüksəkdir. Keyfiyyət baxımından yanaşsaq, pulsuz təhsil də bahadır. Bizim ali təhsilimiz o qədər aşağı səviyyəlidir ki, ona pul vermək lazım deyil. Onsuz da orta ixtisas və ya ali təhsili başa vurandan sonra iş tapmaq üçün mütləq əlavə pul verməlidirlər. Bu qədər pula ehtiyac yoxdur. Biz ali təhsil müəssisələrinin təhsil haqlarını ən azı 50 faiz azaltmalıyıq. Bu, ali təhsilin əlçatanlığının, əhatə dairəsinin genişlənməsinə imkan verəcək. Bütün sosial təbəqələrdən olan insanlar bu imkandan faydalana biləcəklər. Əlavə olaraq keyfiyyət də artmalıdır”.
Ekspert əhalinin sayının az olduğu yerlərdə yaşanan məktəb problemindən də danışıb. O bildirib ki, dağlıq və dağətəyi ərazilərdə, Masallıda, Lerikdə, Daşkəsəndə, Qubada və s. məktəblər uzaq məsafədə yerləşir:
“İnsanlar uzaq yol getməli olurlar. Həmin ərazilərdə modul tipli məktəblərin tikilməsi çox yaxşı olardı. Çünki vaxt itkisi və yol təhlükəsi problemləri aradan qalxacaq. Bu səbəbdən, ombudsmanın təklifi kifayət qədər müsbət təklifdir və orta ümumtəhsil məktəblərinin keyfiyyətinin artırılması üçün vacib məqamdır”.
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?