Qocalar Evində QOÇU PEYDA OLUB... - İDDİA
Sosial
Oxunub: 385
1 mar 2022 | 22:22
Qocalar Evində QOÇU PEYDA OLUB... - İDDİA


“Dəryaz” qəzetinin sadiq oxucuları bəlkə də artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan, el içində “Qocalar Evi” kimi tanınan Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda baş verən cinayətə bərabər neqativ hallar barədə qələmə aldığımız tənqidi məqalələrdən yorulublar. Anlayırıq, onlar pansion direktoru Samirə Mehdiyevanın və korrupsiya ortaqlarının qanunsuz əməllərinə aidiyyəti qurumların adekvat reaksiya verməməsinə görə bizdən və haqsızlıqlara məruz qalan pansion sakinlərindən daha çox məyusdurlar. Odur ki, Samirə Mehdiyevanın hökuməti narahat etməyən köhnə cinayətlərini bir daha sadalamaq fikrindən uzağıq. Bu dəfə redaksiyamıza daxil olmuş və bilavasitə dövlətimizin başçısına aidiyyatı olan bir məlumatı paylaşmaq niyyətindəyik.

Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, Samirə Mehdiyeva onun rəvac verdiyi qanunsuzluqlara görə irad tutan şəxslərə qardaşının möhtərəm Prezident İlham Əliyevlə birgə şəklini göstərərək, sinəsinə döyür, arxası-dayağı olduğunu bildirərək ondan şikayət etmək istəyən şəxsləri hədələyir. İddialara görə o, ətrafına deyirmiş ki, Sahil Babayev məni işdən çıxarda bilməz. Mənim arxamda qardaşım dayanıb. O, da Cənab Prezidentlə dostdur. O, da bildirilir ki, pansionda vərəm xəstəliyi yayılsa da, rəhbərlik 60-a yaxın vərəmli xəstənin aqibəti ilə bağlı tədbir görmür. Taleyin ümidinə buraxılan ahıl sakinlər sırasından xeyli sayda koronavirusa yoluxanlar vardır ki, onlar da ən yaxşı halda Məhəmmədi kəndindəki xəstəxanaya göndərilirlər.

Başqa bir məlumatda bildirilir ki, pansion sakinlərindən lal-kar kişi qaçıb, axtarıb-tapmaq istəyən yoxdur. Zavallını başa düşmək olar: Nitqi, eşitmə qabiliyyəti olanlar Samirə Mehdiyeva ilə dil tapa bilmirlər, onda qalmış ki, lal ola.

Həmçinin qeyd olunur ki, sakinlərdən dəli kimi qələmə verdikləri bir ahıl qadın xəstəliyindən şikayətləndiyi vaxt dayə itələyib yerə yıxıb, yazığın qolu qırılıb. Biçarə üç sutka nəzarətsiz, qızdırma içində, xörək verilmədən qalandan sonra zarıltısını eşidən digər sakinlərin müdaxiləsindən sonra nəhayət ki, pansion rəhbərliyi onu həkimə aparmağa qərar verib.

Məlumatda vurğulanır ki, direktor vəzifəsinə təyin olunandan sonra müəssisənin kollektivini demək olar tamamailə dəyişərək öz adamlarını vəzifələrə yerləşdirib. “Köhnə komandadan” işdə qalan 3 nəfər işçiyə də hey barmaq silkələyir, tezliklə onları da yola salacağını deyir.

Öyrənmişik ki, Samirə Mehdiyevanın güvəndiyi qardaşı 52 yaşlı Oktay Mehdiyev ixtisasca cərrahdır, Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyə kafedrasının asistentidir. O, həmçinin Kikboksinq Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakimdir. Görünür, Oktay Mehdiyev çoxlarının çənəsini vurub əzib, sonra da özü cərrahiyyə əməliyyatı ilə bərpa edib.

Deryaz.az
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı