Mövlam Şıxəliyev istintaqdan yayınmaq üçün 30 milyon veribmiş - İLGİNC İDDİA
Sosial
Oxunub: 320
25 fev 2022 | 19:49
Mövlam Şıxəliyev istintaqdan yayınmaq üçün 30 milyon veribmiş - İLGİNC İDDİA


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. O, iş üzrə zərərçəkən Hüseyn Səfərovdan şikayət edib. DİA.AZ xəbər verir ki, bu haqda “Yeni Müsavat”a Hüseyn Səfərov özü məlumat verib.

Deyib ki, Mövlam Şıxəliyevin vəkili və yaxın qohumu onu şərləyir: “Arzu Cavadov məhkəmədəki çıxışlarımızın qarşısını almaq üçün mənə şər atır, şantaj edir. Bundan əvvəl bizə yalvarırdı. İstəyirdi ki, Mövlam Şıxəliyevin cinayətləri barədə məhkəmə zalında fikirlərimizi deməyək. Arzu Cavadov mənə deyib ki, Mövlam Şıxəliyev 30 milyon pul vermişdi ki, istintaqa cəlb olunmasın. Sizə vurulan zərəri də ödəyəcək, narahat olmayın. Mənə Mövlam Şıxəliyevin arvadı Aybənizin adına olan mülk də təklif etdi. Dedi ki, mülkü verək, zərərçəkən Akif Qurbanovla öz aranızda bölün, şikayətinizi də geri götürün. Mən də ona dedim ki, ”bizə vurulan zərəri dövlət ödətdirəcək. Sən arada pul qazanmaq istəyirsən, ona görə də ortaya düşmüsən". Bundan sonra başladı məhkəmə zalında ağzına gələni danışmağa, biz zərərçəkənləri təhqir etməyə, aşağılamağa. Bununla bağlı vəkilim Osman Kazımov vəsatət verdi, zərərçəkənlərin təhqir olunmasının qarşısının alınmasını istədi.

Hakim də bu vəsatətlə əlaqəli Arzu Cavadova xəbərdarlıq da etdi. İndi də ara qatır. İstəyir ki, işin mahiyyəti kənarda qalsın, qohumu Mövlam Şıxəliyev də yüngül cəza ilə canını qurtarsın. Mövlam Şıxəliyev vəzifədə olanda dövlətin gücündən bizlərə qarşı istifadə edib və bu çoxsaylı istintaq materialları, sənəd-sübutlar, şahid ifadələri, telefon danışıqlarından çıxarışlarla təsbit olunur. Bu gün də Arzu Cavadovun ağzı ilə bizi şərləyirlər, ondan alət kimi istifadə edirlər. İstəyirlər ki, yenə də dövlətin gücündən bizə qarşı istifadə etsinlər. Polisə də ona görə şikayət edirlər. Öz cinayətlərini ört-basdır etmək üçün polisdən vasitə kimi yararlanmağa çalışırlar. Mən hörmətli daxili işlər naziri Vilayət Eyvazova məktub yazmışam, Mövlam Şıxəliyevin bizi şərləməsinə polisi qatmağa cəhd etdiyini bildirmişəm".

Hüseyn Səfərov deyir ki, Arzu Cavadov hər prosesdə Mövlam Şıxəliyevin vəziyyətini ağırlaşdıran, onu ifşa edən ifadələr verildikcə, aranı qatır: “Bu adam vəkillik eləmir. Onun işinin adı başqadır. Mən də bilirəm ki, vəkil ən qatı cinayətkarın hüquqlarını müdafiə etməlidir. Burada hüquq müdafiə etməkdən söhbət getmir. Bizi aşağılayan sözlər işlədir, barəmizdə təhqiramiz fikirlər səsləndirir. Belə davranışına son qoymasını istəyirik, bundan da şou düzəldir, eyni zamanda polisin qismində bir daha dövlətin gücündən bizə qarşı istifadə etməyə çalışır. Unudur ki, daha Mövlam Şıxəliyevin zamanı ötüb, ona olan etibar itib və tam qanuni olaraq cinayətlərinə görə məhkəmə qarşısına çıxarılıb”.
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar