Məcburi köçkünləri yenidən didərgin salan "SAS 2015" MTK nə istəyir?
Sosial
Oxunub: 375
25 fev 2022 | 22:50
Məcburi köçkünləri yenidən didərgin salan "SAS 2015" MTK nə istəyir?


1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra məcburi köçkün düşən Mübariz Yaqubov problemlə üzləşib. Teref.az xəbər verir ki, o, bu barədə "Unikal"a şikayət ünvanlayıb. M.Yaqubov şikayətində bildirib ki, rayonun işğalından sonra Abşeron rayonu, Xırdalan qəsəbəsində köhnə statistika deyilən ərazidə məskunlaşdıqları binadan çıxmaları tələb olunur:

"Bizdən başqa bu binada 23-ə yaxın ailə yaşayırdı. Bir neçə il əvvəl ailələrdən bəziləri "Stansiya Sumqayıt" ərazisində məcburi köçkünlər üçün tikilən evlərə köçürüldülər. Biz bir neçə ailə isə müəyyən səbəblərdən köçmədik. Belə ki, ailə sayı çox idi, kiçik mənzil verilirdi, bu səbəbdən qaldıq. Neçə illərdir hazırda yaşadığımız yerdə özümüzə həyat qurmuşuq. Özümüzün, övladlarımızın iş yeri, nəvələrimizin təhsil aldığı yerlər buradadır".

Onun sözlərinə görə, yaşadıqları yeri "SAS 2015” MTK şirkəti alıb və orada məskunlaşan ailələrdən həmin yeri tərk etməyi tələb edir:

"Mübariz Yaqubov onu da bildirdik ki, "bizi Xırdalan ərazisində evlə təmin etsinlər. Digər şirkətlər belə tikinti aparanda ailələri evlə təmin edir. Torpaqlarımız işğal edildikdən sonra bu yerə pənah gətirmişik və bu illər ərzində həyatımızı burada qurmuşuq. Onların diqqətinə çatdırdıq ki, əgər bizi yerləşdirmirsizsə, gözləyin, işğaldan azad olunmuş ərazilərdəki evlərimiz tikilsin, oraya qayıdacağıq. Şirkət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə danışıb. Komitə isə bizə uzaq ərazilərdə evlər təklif edir. Məsələn, Qobuda ev təklif edilir. Bu isə bizə uyğun deyil. O baxımdan ki, bütün ailə üzvlərimiz bu ərazidə işləyir, nəvələrimiz bağçaya, məktəbə gedir. Gərək aldığımız əmək haqqını da ancaq yol puluna verək. Bizim tələbimiz odur ki, həmin ərazidə evlə təmin olunaq. Əgər etmirlərsə, gözləsinlər, işğaldan azad olunan ərazilərdə evlərimiz tikildikdən sonra oraya köçərik. 30 ildə yaşadığımız yerdə bütün həyat şəraitini özümüz qurmuşuq. Bütün kommunal xətləri özümüz çəkdirmişik. Hazırda yaşadığımız binada olan ailələrin hamısı da bunu deyir. Ailələr işğaldan azad edilmiş müxtəlif rayonlardandır. Hər bir ailə həmin ərazilərdə evləri bərpa edildikdən sonra qayıdacaq".

Şikayətçi qeyd edib ki, Əmlak Məsələləri Dövlət Xidməti həmin yeri satışa çıxaranda onların məlumatı olmayıb:

"Bizim də həmin yerin satışa çıxarılması barədə məlumatımız olmalı idi. Çünki biz həmin yerdə məskunlaşmışıq. Adıçəkilən şirkət bizi məhkəməyə verib. Məhkəmədə də xidmətin sənədinə uyğun olaraq onların xeyrinə qərar çıxarılıb. Apelyasiya şikayəti verdik. Orada da əvvəlki qərar qüvvədə saxlanıldı. İndi də Ali Məhkəməyə müraciət edəcəyik. Həmçinin, şirkət bizi Zəngilan Rayon Məhkəməsinə də verib. Şirkət tələb edir ki, məcburi köçkünlər onlara təzminat ödəsin. Sabah həmin məhkəmə prosesi keçiriləcək".

M.Yaqubov onu da vurğulayıb ki, o yenidən köçkünlük həyatı yaşamaq istəmir: "Belə ki, bir də indi yaşadığımız yerdən başqa əraziyə köçmək istəmirik. Rayonumuz işğaldan azad olunub. Evlər hazır olduqdan sonra köçüb orada yaşayacağıq. Ona görə də şirkətin yaşadığımız ərazidə bizi evlə təmin etməsini istəyirik".
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı