AHİK-də Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilib
Sosial
Oxunub: 283
24 fev 2022 | 09:00
AHİK-də Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib. Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətindən danışıb.

Onun sözlərinə görə, ermənilərin millətçi-şovinist siyasətinin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur: “Azərbaycan toponimlərini dəyişmək, münbit əraziləri ələ keçirmək, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmaq şovinist erməni xislətinin əsas əlamətləridir. Onlar əsasən keçid dövrlərini, siyasi kataklizmləri özləri üçün əlverişli hesab etmiş və müəyyən təxribatlar, ağır cinayətlər törətmişlər”.

AHİK sədri qeyd edib ki, ermənilər sovet hakimiyyəti dövründə - 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilməsinə məkrli planları ilə nail olmuşlar.

O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edərkən ermənilərin Qarabağa olan iddialarının qarşısını qətiyyətlə alırdı: “Müdrik siyasəti, qabaqlayıcı tədbirləri, Qarabağda gördüyü abadlıq-quruculuq işləri və mədəni tədbirləri ilə ermənilərin qərəzli planlarını alt-üst edirdi. Nə qədər cidd-cəhd etsələr də, öz çirkin istəklərinə nail ola bilmirdilər. Ulu öndər Möskvada sovet rəhbərliyində təmsil olunan zamanlarda da ermənilərin əsasız iddialarının qarşısında sipər çəkmişdi, onlar səslərini belə çıxara bilmirdilər. Təəssüflər olsun ki, Heydər Əliyev böyük siyasətdən xəyanətkarcasına uzaqlaşdırıldıqdan cəmi 25 gün sonra Qarabağ məsələsi yenidən ortaya atıldı və alovlanmağa başladı”.
“Xocalı faciəsi yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət idi. Ermənilər tərəfindən məqsədli şəkildə törədilmiş bu qanlı cinayət hadisəsi Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi çox ağır və dəhşətlidir. Faciənin nəticələrindən belə qənaətə gəlmək olur ki, burada ermənilərin əsas məqsədi Xocalını yer üzündən silmək olub. Bu vəhşi əməliyyatda ermənilərlə yanaşı, Xankəndindəki 366-cı alayın 3 batalyonu, habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar da yaxından iştirak etmişdilər. Hadisənin təşkilatçıları və ümumiyyətlə, birbaşa Xocalı soyqırımını törədənlər Robert Koçaryan, Serj Sarkisyan və digərləri olmuşlar. Hansı ki, bu cinayətkarlar, əlləri minlərlə dinc azərbaycanlının qanına bulaşmış qatillər uzun illər Ermənistana rəhbərlik etmişlər”, - S.Möhbalıyev bildirib.
Xocalı faciəsinə ilk siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini xatırladan Milli Məclisin deputatı bildirib ki, məhz onun 1994-cü ildə imzaladığı fərmanla 26 fevral - Xocalı Soyqırımı və Milli Matəm Günü elan olunmuşdur.

“2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası uğurla davam etdirilir. Kampaniya Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu qanlı faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında əhəmiyyətli rol oynayır, artıq bir sıra ölkələrdə bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir”, - S.Möhbalıyev deyb.
Bu vaxtadək Xocalı soyqırımı ilə bağlı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələrinin qəbul edildiyini qeyd edən Konfederasiya sədri faciənin ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanındığını əlavə edib: “Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin, habelə Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir”.
“Azərbaycan həmkarlar ittifaqları da Xocalı soyqırımı ilə bağlı keçirilən kampaniyalarda, tədbirlərdə yaxından iştirak edir, öz dəstəyini göstərir. Həmçinin müxtəlif vaxtlarda Xocalıdan olan məcburi köçkünlərə maliyyə dəstəyi də göstərmişik”, - AHİK sədri vurğulayıb.
“Bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Çünki uğrunda can verdikləri Vətən torpağı bu gün azaddır. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il Ermənistanın işğalı altında olan torpaqlarımızı cəmi 44 gündə azad etdi. Babalarımızdan bizə miras qalan “Güc birlikdədir”, “Birlik olmayan yerdə dirilik də olmaz” kəlamlarını əsas tutaraq Ali Baş Komandanın ətrafında dəmir yumruğa dönən xalqımız qələbəmizin əsas təminatçısı oldu. İnanırıq ki, Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi möhkəm birlik əbədi olacaq, bizi növbəti, daha böyük qələbələrə sövq edəcək”, - S.Möhbalıyev fikrini belə tamamlayıb.

AHİK-də Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilibAHİK-də Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilibAHİK-də Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilibAHİK-də Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilib
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı