“Sədərək”in sahibinə qarşı böyük məbləğdə ittiham - QALMAQAL
Sosial
Oxunub: 254
23 fev 2022 | 21:47
“Sədərək”in sahibinə qarşı böyük məbləğdə ittiham - QALMAQAL



“Azərbaycanda uzun illərdir “kölgə” iqtisadiyyatı altında bir sıra iqtisadi sahədə cinayətkarlığın yuvasına çevrilmiş “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyi ölkəmizdə sahibkarlığın inkişafı və iqtisadi duruma öz oğru fəaliyyəti ilə ciddi zərbə vurur”. Teref.az xəbər verir ki, bu sözləri Həsənov Əkrəm Hüseyn oğlu Bizimyol.info-ya ünvanladığı müraciətdə qeyd edib. Onun sözlərinə görə, Y.Qədimbəyli tərəfindən mülkiyyət hüquqları kobud şəkildə pozulur.

“2010-cu il tarixdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün Sədərək Ticarət Mərkəzi ərazisində "xalça bazarı" hissəsində ümumi sahəsi 240 kv.m olan 2 ədəd satış dükanı almışam. Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə müqavilə bağlanan gün 240 000 (iki yüz qırx min manat) AZN məbləğində pul vəsaitini nağd şəkildə vermişəm və bununla bağlı müqavilə imzalanıb, dükanlara dair zəruri sənədlər mənə təhvil verilmişdir. 2010-2018-ci illərdə dükanlar fəaliyyət göstərmişdir. 2018-ci ilin əvvəlində mənə bildirilmişdir ki, Ticarət Mərkəzinin satışa çıxarılması ilə əlaqədar dükanlarım geri qaytarılmalıdır.

Y.Qədimbəyli tərəfindən mülkiyyət hüquqlarım kobud şəkildə pozularaq qeyd olunan dükanlar üçün heç bir təzminat ödənişi və ya qanunla müəyyən edilmiş qaydaya uyğun olaraq etdiyim ödəniş geri ödənilmədən əlimdən alınmışdır. Pozulmuş hüquqlarım və ailəmin maddi ehtiyacları, eləcə də dəymiş ağır maddi ziyanla əlaqədar məcburiyyət qarşısında Azərbaycanı müvəqqəti tərk edərək Ukraynaya fərdi əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər etmişəm.

Qeyri-qanuni əməllərinə görə “Sədərək” Ticarət Mərkəzinə qarşı 2020-ci ilin əvvəlində Qaradağ rayon məhkəməsində iddia qaldırılmışdır. Qaradağ Rayon məhkəməsi tərəfindən işə baxılarkən pozulmuş hüquqlarımın bərpası əvəzinə "Sədərək Ticarət Mərkəzi”nin rəhbərliyinin xeyrinə və mənafeyinə uyğun şəkildə süründürməçiliklə müşayiət edilən (saxta sənədlərin məhkəməyə təqdimi və qarşı tərəfin maraqlarının ön plana çəkilməsi) arzuedilməz qərar qəbul edilmişdir.

"Sədərək Ticarət Mərkəzi” tərəfindən yalan surətdə iddia edilmişdir ki, 01 dekabr 2011-ci il tarixdə mənə guya həmin firma tərəfindən müqavilənin ləğv edilməsinə dair məktub göndərilmişdir. Əslində isə ekspertiza sübut etmişdir ki, dövlət orqanlarına məxsus saxta sənədlər hazırlanıb, lakin məhkəmə saxtakarlıq əməlinə göz yummuşdur. Ekspertiza Rəyi daxil olmağına baxmayaraq məhkəmə təqdim etdiyimiz dəlilləri və sübutları iddianın təmin edilməsi üçün bilərəkdən tutarlı hesab etməmiş və prosesdə haqlı mövqeyimdən hər mənada məni məhrum etmişdir”.

Şikayətçinin sözlərinə görə, Appelyasiya şikayəti üzrə “Sədərək” Firmasında 2010-cu il üzrə müqavilələrin qeydiyyat kitabı və bu kimi sənədlər “Sədərək” Ticarət Mərkəzindən tələb olunsa da, həmin sənədlərin təqdim olunması mümkün olmamışdır. Əvəzində isə məhkəməyə çox gülməli və yalan bir açıqlama verilərək sənədlərin tamamı ilə yandığını bildirmişdir.

“Apelyasiya Məhkəməsi qeyri-qanuni olaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı