Rəfael Mirzəyev də FHN şefi kimi MÜFLİSLƏŞİR... - İLGİNC GƏLİŞMƏ
Sosial
Oxunub: 324
22 fev 2022 | 18:20
Rəfael Mirzəyev də FHN şefi kimi MÜFLİSLƏŞİR... - İLGİNC GƏLİŞMƏ



Bir birinin ardından Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova məxsus olan şirkətlərin ya bağlanması, ya da əl dəyişdirməsi ilə bağlı informasiyalr son zamanlar ontensiv xarakter alıb. FHN şefi ilə yanaşı sözügedən nazirliyin daha bir ünlü fiquru - Fövqəladə Hallar nazirinin birinci müavini, general-leytenant Rəfael Mirzəyev də eyni qaydada "itkilərə" məruza qalmaqdadır.

Son xəbərə görə, Bakıda fəaliyyət göstərən “ATL Rent-A-Cars” MMC ləğv olunur. Şirkətin 18.02.2022 tarixində keçirilən ümumi yığıncağında hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edilib.

Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1126, Bakı şəhəri Xətai rayonu, Gəncə pr., ev.77, m.69 ünvana bildirə bilərlər.

Qeyd edək ki, “ATL Rent-A-Cars” MMC 28.08.2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi İsmayilov Rauf Ramiz oğludur.

Yerli mətbuatda “ATL Rent-A-Cars” MMC-nin Fövqəladə Hallar nazirinin birinci müavini, general-leytenant Rəfael Mirzəyevin oğlu Rəşad Mirzəyevə məxsus olduğu yazılır.

Xatırladaq ki, ötən günlərdə R. Mirzəyevə məxsus olduğu deyilən daha bir şirkət ləğv olunduğunu elan etmişdi.

Həmin məlumatlarda deyilirdi ki, Bakıda fəaliyyət göstərən “Flexy” MMC ləğv olundu. Şirkətin Ümumi Yığıncağı 14.02.2022 tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edilib.

Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1100, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə, ev.82, m.18 ünvana bildirə bilərlər.

Qeyd edək ki, “Flexy” MMC 25.12.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Valeh Maksumov Ağa Hüseyn oğludur.

Yerli mətbuatda “Flexy” MMC-nin də Fövqəladə Hallar nazirinin birinci müavini, general-leytenant Rəfael Mirzəyevin oğlu Rəşad Mirzəyevə məxsus olduğu yazılır.

Görünəni odur ki, Kəmaləddin Heydərovun ardından onun müavini də biznes sahəsindən geri çəkilmək zorunda qalıb... və yaxud da buraxılıb.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib