Adı qalmaqallarda hallanan Vahidə Əzizova MTK-dan 30 minlik zirzəminin əvəzinə qat-qat artıq mülk tələb edir
Sosial
Oxunub: 230
22 fev 2022 | 19:49
Adı qalmaqallarda hallanan Vahidə Əzizova MTK-dan 30 minlik zirzəminin əvəzinə qat-qat artıq mülk tələb edir


Vahidə Seyfəddin qızı Əzizova illərdir ki, Bakıda və Azərbaycanın müxtəlif rayonlarında harada qalmaqallı torpaq sahəsi varsa, orada peyda olur.

Təsadüfdürmü? Bəlkə də!

Hər belə təsadüfdən sonra Vahidə Əzizova dövlət qurumlarına, mətbuata üz tutub qışqır-bağır salır ki, bəs qoymayın, torpağım əlimdən alınır, əmlakım oğurlandı. Artıq bu işlənmiş üsulla indiədək dəfələrlə məhkəmə çəkişmələrində iştirak edib. Görəsən nə üçün bu işlərin hamısı Vahidə əzizovanın başına gəlir?

İllər öncə, Vahidə Əzizova internet televiziyaların “parlayan ulduzuna” çevrilməzdən əvvəl, Qəbələ və Oğuz rayonlarında da adı torpaq qalmaqalına qarışıb!

Son 3 il yaxındır ki, Vahidə Əzizovanın adı mətbuatın gündəmindən düşmür.

2019-cu ilin may ayında rublika.az, yeniavaz.com, müxalifet.az və digər saytlarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup müəlliminin ölkə Prezidenti İlham Əliyevə müraciəti verilmişdi. Müraciəti imzalayan müəllimlər bildirirdilər ki, 1987-ci ildə Nazirlər Kabinetinin 20/396-cı qərarı ilə Universitetin 61 əməkdaşına Pirallahı rayonu Dübəndi bağ massivində hər nəfərə 6 sot olmaqla torpaq sahəsi ayrılıb. Lakin həmin müəllimlər onlara ayrılan torpaq sahəsini ala bilməyiblər. Müəllimlərin müraciətində İsmayılov Şöhrət Əhməd oğlu və Əzizova Vahidə Seyfəddin qızının adları çəkilib və həmin torpaqların mənimsənilməsində iştirakçı olduqları vurğulanıb.

Universitetin müəllimlərinin torpağı özlərinə qaytarılandan sonra V.Əzizova onlardan qisas almağa, əslində isə əlinə düşən imkandan istifadə edib pul qazanmaq məqsədilə görkəmli incəsənət xadimlərini məhkəməyə verərək onlardan, guya ona vurulan maddi və mənəvi ziyanın qarşılığında 75 min manat pul tələb edib. İşi araşdıran hakimlər iddianı rədd edərək məhkəmə üçün ödənilən dövlət rüsumunu da iddiaçıdan tutulması haqqında qərar çıxarır.

Bu qalmaqal qurtarmamış Vahidə Əzizovanın adı buna oxşar digər qalmaqalda hallanmağa başladı.

Bu dəfə Vahidə Əzizova Bakı şəhəri Nərimanov rayonunda, Qarabağ küçəsində yerləşən binaların zirzəmisi ilə bağlı dava açıb.

Həmin küçədəki binanın zirzəmisinin sənədini əlinə alaraq ərazidə tikinti-abadlaşdırma işləri aparan “EAST Residence” MTK-nı “dünyanı dağıtmaqda” ittiham etməyə başlayıb.

Zirzəminin sənədində 2014-cü ildən Vahidə Əzizovaya məxsus olduğu qeyd edilib. O, şirkətlə müqavilə bağlayanda əlində olan sənəddə 111.9 m2 zirzəmi sahəsinin olduğu yazılıb.

Özünü də təsdiq etdiyi kimi, Vahidə Əzizova olduqca bərbad durumda olan, atılmış, xarabazara çevirilmiş zirzəmini alandan sonra orada heç bir təmizlik, təmir-bərpa işləri aparmayıb. Əraziyə gələn tikinti şirkəti nümayəndələrinin onunla sövdələşməyə gələcəyi günü gözləyib. Çünki ona əvvəlcədən verilən məlumata görə, ərazi tezliklə sökülərək yerində tikinti və abadlıq işləri aparılacaq. Vahidə xanım da bu neçə illər həmin fürsəti gözləyib.

Nəhayətdə “zirzəmilər kraliçası”nın arzusu çin olub. Onunla danışıq aparılıb, bərbad, hündürlüyü boynu bükük gəzməyi diqtə edən zirzəmilərinin sökülüb əvəzində hündürlüyü qamətini əymədən gəzməyə, içində nəmişlik olmayan, əsaslı şəkildə tikilmiş, işıqlı zirzəmilərin verilməsi təlkif edilib. Üstəlik zirzəminin ölçülməsi zamanı Vahidə Əzizovanın istifadəsində olan əlavə sahənin də hesablanaraq ona verilməsi nəzərdə tutulub.

Vahidə Əzizovanın şirkət əməkdaşları ilə danışıqlarından sonra “EAST Residence” MTK-nı təklif etdiyi müqavilə onu qane etmədiyiniə görə, arayış yazmağı tələb edir. Arayışda Vahidə Əzizovanın mövcud sənədinə uyğun olaraq şirkət 111.9 m2 əvəzinə 124 m2 sahəsi olmaqla yeni tikiləcək binada zirzəmi ilə əvəz edilməsini öhdəsinə götürür. Eyni zamanda zirzəmidəki əşyalarının köçürülməsi, dəymiş ziyanın ödənilməsi və icarə haqqı olaraq 1500 manat pul verilir. Yalnız bundan sonra zirzəmilər sökülür. Zirzəmi həngaməsi də elə bundan sonra başlayıb.

Vahidə Əzizovanın itthamları, tələbləri getdikcə absurd şəkil almağa başlayıb.

Müxtəlif KİV-lərə açıqlamalarında MTK-nın onun zirzəmidəki gözəllik salonunu dağıtmaqda ittiham edir.

Hər dəfə də zirzəmilərin sayı, oradakı əşyalarının dəyəri haqda qərəzli fikirlər səsləndirir.

Deyir ki, bəs zirzəmidə gözəllik salonuna aid avadanlıqlar vardı, dəyəri də 35 min manat idi. Bir müddət keçdikdən sonra verdiyi açıqlamasında isə avadanlıqların 50-60-70 min manat, daha sonra 100 min manat dəyərində olduğunu iddia edir.

Mülkiyyətində olan zirzəmilərin ümumi sahəsi haqda isə danışanda onun sahəsini dəfələrlə artıq olduğunu söyləyir. Halbuki şirkətə təqdim etdiyi sənədlərdə cəmi 111.9 m2 sahəsi olduğu göstərilir.

Onu da qeyd edək ki, 2021-ci ildə həmin zirzəmilər sökülərkən olduqca acınacaqlı vəziyyətdə olub. Hətta zirzəminin içərisinə girib ölçü aparan şirkət əməkdaşları zibillikdən ora yaxın gedə bilməyiblər. Fəhlələr yalnız zirzəminin girişini və içərisindəki zibilləri təmizlədikdən sonra mülkiyyətçinin iştirakı ilə ona məxsus ərazi ölçülüb.

Bunu Vahidə Əzizova da çox yaxşı bilir. Həmin yararsız zirzəmilərə görə də ona eyni ölçüdə, lakin yeni tikilmiş, işıqlı, havalandırma sistemi ilə təchiz edilmiş, hündürlüyü, sahəsi daha artıq zirzəmi təklif olunub.

Vahidə Əzizova təklifi qəbul edib və ilkin olaraq ona müvafiq xərclərə görə 1500 manat kompensasiya ödəndiyini də inkar edir. Halbuki şirkətin ofisində pul ona şahidlərin iştirakı ilə verilib.

Vahidə Əzizovanın kompensasiyanı almasını təsdiq edən video və fotolar, şahidlər də var.

Bundan sonra nə baş verir?

İndi Vahidə Əzizova daş atıb, başını tutur. İki ayağnı bir başmağa dirəyir ki, zirzəmisinin əvəzinə daha çox, hətta dəfələrlə çox ərazi tələb edir. Şərti bununla da bitmir. Veriləcək zirzəmini yarım zirzəmi ilə əvəz etməyi tələb edir. Halbuki şirkətin tikdiyi binaların layihələrində yarım zirzəmi nəzərdə tutlmayıb. İstədiyim obyekti almayana qədər sizdən əl çəkən deyiləm deyir. Dolayısı ilə maksimum 30 min manat dəyəri olan zirzəmiyə görə MTK-dan dəfələrlə artıq sahəsi olan zirzəmi tələb edir! Beləliklə özünü əzilən vətəndaş kimi ictimaiyyət təqdim edir!

Vahidə Əzizovanın çıxışlarına gen-bol yer verən KİV nümayəndələri 2-3 sadə sualla məsələnin mahiyyətindən tam hali ola bilərlər.

Məsələn, Vahidə Əzizovadan xəbər ala bilərlər ki, zirzəmidəki gözəllik salonu nə vaxtdan fəaliyyətdə olub? Zirzəmidəki gözəllik salonuna görə nə qədər vergi ödəyib?

Və ya zirzəmilərə görə MTK sizə hər hansı bir ödəniş edibmi?- sualı da Vahidə Əzizovanın ittihamlarının nə dərəcədə həqiqət olmasını ortaya qoymaq gücündədir.

Vahidə Əzizova, eləcə də ona dəstək verənlər düşünürlər ki, əsassız iddialar, tələblər irəli sürməklə 30 min manatlıq zirzəmi əvəzinə dəflərlə artıq obyekt ala biləcəklər.

Halbuki, bu cür əzsassız iddia və tələblər heç bir halda təmin edilməyəcək! Bunu Vahidə Əzizova da, ona məsləhət verənlər də, vay-şüvənində alətə çevirilən KİV-lər də bilsinlər. Çünki qara-qışqırıqla, haray-həşir salmaqla sənə məxsus olmayan bir şeyə nail olmaq mümkün deyil.

Şirkətdən bildirdilər ki, Vahidə Əzizova şirkətin işguzar nüfuzuna xələl gətirən çıxışıları, şirkət rəhbərliyini və əməkdaşlarını təhqir edən söyüş və əxlaqsız ifadələri ilə heç nəyə nail ola bilməyəcəkdir. Hazırda Vahidə Əzizovaya havadarlıq edənlərin kimliyi, eləcə də onun digər məhkəmə çəkişmələrində iştirakının olub-olmaması araşdırılır. Bu barədə növbəti materiallarda ətraflı məlumat veriləcək.

Biz hüquqi dövlətdə yaşayırıq. Bütün instansiyalarda boş sözə, yalançı vədə deyil əldə olunan qanuni sənədə istinad edərək müvafiq qərarlar qəbul edilir. Şirkətin rəhbərliyi də hər zaman şikayətçini yenidən dinləyib onun əlində olan müvafiq sənədlərə uyğun qərar qəbul etmək üçün hər zaman hazırdır.
jamaz.info
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib