Hökumət 10-cu ildir ikiqat artırdığı hərbi quluqçuların ərzaq payını yeyir - 64 manatdan 128 manata qaldırılan norma heyvanlara verilir, insanlara yox
Sosial
Oxunub: 277
22 fev 2022 | 23:39
Hökumət 10-cu ildir ikiqat artırdığı hərbi quluqçuların ərzaq payını yeyir - 64 manatdan 128 manata qaldırılan norma heyvanlara verilir, insanlara yox


Azərbaycan Respublikasının 119-cu ( “Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri”) maddəsində NK-nın büdcə layihəsini hazırlayıb Prezidentə təqdim etməsi; dövlət büdcəsinin icrasını təmin etməsi; maliyyə - kredit və pul siyasətinin, dövlət iqtisadi proqramlarının , dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin etməsi ; nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik etməsi, onların qərarlarını ləğv etməsi ; Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələri həll etməsi görəvləri doğrulanıb. Baş nazir Prezidentiin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri çözmək amacı ilə 08.01.2013 tarixli 2 saylı qərarla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarını və xidməti heyvanlarının yemləmə normalarını İKİQAT ARTIMLA doğrulayıb. Ana Qanunun 120- ci maddəsinin II hissəsinə əsasən, NK-nın 01.01.2013-cü ildən qüvvəyə minən və 149-cu konstitusiya maddəsinin V hissəsinə əsasən icrası və tətbiqinin mərkəzi və yerli icra hakimiyyətlərinə məcburi olan qərarının icrasından və tətbiqindən artıq 10-cu ildir imtina edilir . Daha doğrusu , hərbi xidmət QULLUQÇULARINA ərzaq payı norması tətbiq edilmir, amma hərbi xidmət HEYVANLARINA tətbiq edilir . Beləcə 10 ildir 64 manatdan 128 manata qaldırılan və hazırda 198 manat olan əlavə hərbi qulluqçuların təminat xərcliyinə hesablanmır.

Bəs niyə NK, qərarının icrasını təmin etməkdən imtina edən nazirliklərə rəhbərliyi həyata keçirərək, icranın tətbiqinə göstəriş vermir? Axı dövlətə , Konstitusiyaya bu yekəlikdə hörmətsizlik olmaz; qanunların, prezident fərmanlarının, NK qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur axı! Məsuliyyəti bir yana qoyaq , məsuliyyətə cəlb etməyə borclu olanların özlərinin də ərzaq payı norması artırılmayıb , bəs prokurorluq orqanları qanunların icrasına və tətbiqinə nəzarətdən niyə imtina edir? Bəs məhkəmələrə nə gəlib, niyə Prezident fərmanını ciblərinə sərf edəndə NK qərarından aşağıda tuturlar, amma 10 ildir NK qərarı ilə nazirliklərin, mərkəzi icra hakimiyyəti orqanlarının üzərinə qoyulan öhdəliyin icra edilməməsinə hüquq qiyməti verilməsini təmin etmirlər? Özbaşınalığa baxın, Azərbaycan Respublikası Prezidentinin 26. 12.2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanı ilə Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlilliyi müəyyən edilmiş şəxslərə və digərlərinə aylıq 130 min manat (Prezidentin 05.01.2021 tarixli aktı ilə denominasiyaya uyğun 26 manat ) aylıq müavinətin verilməsindən hələ də imtina edilir ki, NK fərmanın tətbiqinə qadağa qoyub! Belə hüquq özbaşınalığı harada görünüb? İstənilən halda NK qərarı Prezident fərmanından necə üstün ola bilər? Məhkəmələr bunu bilmirsə yaxud bilərəkdən cibini Konstitusiyadan üstün tutursa , vay dövlətin, vətəndaşın, qazinin, şəhidin, veteranın halına! Prezidentin 29.12.2000 tarixli 597 saylı “Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamının icrasını da NK təmin etmir. Sözügedən sərəncamın birinci hissəsində Qarabağ qazilərinə və 20 Yanvar əlillərinə l, ll və lll dərəcəyə uyğun olaraq 70 min, 60 min və 50 min manat məbləğində aylıq müavinətlərin verilməsi doğrulanıb Heç bu sərəncamı prezidentin yadına salmırlar ki, denominasiyaya uyğun məbləğlərlə -14, 12, 10 manat- əvəz edilsin. Yəqin məbləğin çüziliyindən “utanıb” , “utancaqlıla” özləri yeyirlər .

Bəs Hesablama Palatası hara baxır? Niyə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsinə hüquqi qiymət verilməsi təmin olunmur? Yeri gəlmişkən, hərbi qurumların maliyyə xidmətlərinin məsul şəxslərinin mənimsədikləri iddia olunan milyonların içində ərzaq payının da payı olmamış olmaz. Ortalıq yüz min şəxsi heyət sayı ilə ayda 64 manatdan ilə 76 milyon, 9 ilə 700 milyon manat edir! Amma bu yeyinti mütəşəkkil qaydada “həzmi-rabe” edilir : NK-nın, maliyyə, sosial-iqtisadi

, güc nazirliklərinin bir -birini və nəzarətedici orqanları görüm-baxım etmələri yeyintini görməyə imkan verməyib. Bəs prezident, parlament nəzarəti, niyə hərbi qulluqçuların, şəhid, qazi, veteran ailələrinin paylarının yeyilməsinə hüquq qiyməti verilmir? Suallar, suallar. .. Cavab isə on illərdir tapılmır. Məhkəmə hakimiyyətinin icra hakimiyyətinin əlavəsinə çevrildiyi ölkədə, əlbəttə, vətəndaşın payı yeyilər, hətta əlavə üstündən su da içilər. Haram olsun, heç nuş olmasın, boğazlarında qalsın! (Qarğışları əlavə etmək redaktorun öhdəsinə düşür).

Məğrur Bədəlsoy
Teref.az
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib