Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının İcraiyyə Komitəsi adından Fransa Respublikasının Prezidenti Emmanuel Makrona MÜRACİƏT
Sosial
Oxunub: 386
18 yan 2022 | 00:22
Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının İcraiyyə Komitəsi adından Fransa Respublikasının Prezidenti Emmanuel Makrona MÜRACİƏT




Cənab Prezident!

Ölkənizin Respublikaçılar partiyasının prezident seçkilərində namizədliyini irəlisürmüş Valeri Pekres 2021-ci il dekabrın 22-də müşavirləri ilə birlikdə Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərini qeyri-qanuni yolla keçərək Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər etmişdir. Bu beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir.

Xanım Pekres və onun müşavirləri, həmçinin erməni diasporunun nümayəndələri kütləvi informasiya vasitələrində münaqişəyə dini don geyindirməklə, insanların dini hissiyatlarına toxunur və Azərbaycan dövlətinə, xalqına qarşı çirkin fikirlər söyləməkdən çəkinmirlər.
Ölkənizin prezidentlyinə namizədi öz ölkəsi ərazisində seçki kampaniyasını aparmaqda sərbəstdir. Lakin onun Azərbaycana gəlməsi respublikamızın müvafiq qurumlarına etdiyi müraciətə icazə verildiyi təqdirdə baş tutabilər. Təəssüf ki, xanım Pekres beynəlxalq qanunları tapdalayaraq gizli şəkildə Qarabağa səfər etmiş, orada görüş keçirmişdir.

Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İvLö Drian tərəfindən yanvarın 18-də ölkənizin Milli Assambleyasında diplomata yaraşmayan tərzdə açıqlama verərək təxribatçı məqsədlərlə Azərbaycan Respublikasının Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar Partiyasından olan üzvü Erik Siottiyə cavab verməli və ona həddini bildirməli idi. Nazir Lo Drian Azərbaycan Respublikası Prezidentinin Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarı ilə qəbuledilməz olduğunu” bildirib. Heyf ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır. Xatırladırıq ki, xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz səfər etdikdə onlara münasibət də ya inzibati, ya da ölkənin cinayət məcəlləsinə uyğun olaraq müvafi qölçü götürülür. Fransa qanunlarını pozaraq Azərbaycan Respublikası vətəndaşı Fransa ərazisinə daxil olsaydı, yəqin ki, ona qarşı müvafiq tədbirlər görülərdi.

Bütün bunları biz Avropanın aparıcı dövlətlərindən biri sayılan Fransa-Azərbaycan münasibətlərinə uyğun hesab etməməklə, bu yaxınlarda Brüsseldə sizin təşəbbüsünüzlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünüz zamanı verdiyiniz ismarıclar ölkənizin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir və Azərbaycan-Fransa münasibətlərinin normallaşmasına xidmət etmir.
Prezident İlham Əliyevin Fransa nümayəndələrinin Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir, bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır.

Fransa hər şeydən əvvəl Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişənin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmaqla həmsədr dövlət kimi tərəflər arasında neytrallığı qorumaq öhdəliyinə malikdir. İki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanan müqavilə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir və onların üzərinə beynəlxalq hüquq və norma prinsiplərinə uyğun olaraq öhdəliklər qoyur.

Cənab Prezident!
Fransa milli qanunvericiliyinin tələblərini nəzərə alaraq bu kimi qanunsuz səfərlərin qarşısının alınması və gələcəkdə belə halların təkrar olunmaması üçün müvafiq tədbirlərin görülməsini rica edirik.

AHİK İcraiyyə Komitəsi:
AHİK-in sədri, millət vəkili S.Möhbalıyev

AHİK sədrinin I müavini İ.Əliyev

AHİK sədrinin müavini A.Dadaşov

AHİK sədrinin müavini C.Alxasov

AHİK sədrinin müavini Ə.Ağasiyev

AHİK sədrinin müavini H.Osmanov

Aviasiya İşçiləri HİRK-in sədri M.Əsədov

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı
İşçiləri Hİ-nin sədri H.Kərimov

Azərbaycan Milli Elmlər Akademiyası
İşçiləri Azad Hİ-nin sədri H.Qurbanov

Bələdiyyə İşçiləri HİRK-in sədri M.Xəlilov

«Baku Stil Kompani» İşçiləri Hİ-in sədri A.Abbasov

Dəmiryolçuların Müstəqil HİRK-in sədri F.Bağırov
Dəniz Nəqliyyatı İşçiləri

HİRK-in sədri S.Allahverdiyev
Elektro energetika və Elektrotexnika

Sənayesi İşçiləri HİRK-in sədri A.Atakişiyev

Fövqəladə Hallar Nazirliyi İşçiləri
HİK-in sədri M.İsmayılov

Gömrük İşçiləri Həmkarlar İttifaqı
Birliyinin sədri S.İbrahimov

«Xidmət-İş» Hİ Federasiyasının
vitse-Prezidenti C.İsmayılov

"İnşaat-İş" Hİ-in sədri U.Hüseynov

Su Təsərrüfatı İşçiləri HİRK-in sədri A.Məmmədov

"Kənd-Qida-İş" Hİ
Federasiyasının sədri T.Quliyev

Metal İşçiləri Hİ Federasiyasının
prezidenti B.Yusifov

Mədəniyyət İşçiləri HİRK-in sədri C.Səttarova
Müdafiə Sənayesi İşçiləri

HİRK-in sədri S.Mahmudov

Metropoliten İşçiləri Hİ-in sədri A.Mərdanov
Naxçıvan Muxtar Respublikası

Hİ Şurasının sədri A.İbrahimov

Neft və Qaz Sənayesi İşçiləri
HİRK-in sədri C.Əliyev

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək
Texnologiya İşçiləri HİRK-in sədri R.Səfərov

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye
İşçilərinin HİRK-in sədri M.Salmanov

Səhiyyə İşçiləri HİRK-in sədri E.Əfəndiyev
Təbii Sərvətlər və Ekologiya İşçiləri
HİRK-in sədri T.Quliyev

Təhsil İşçiləri Azad HİRK sədrinin
Birinci müavini H.Nağıyev

Yerli Sənaye və Kommunal Məişət
Müəssisələri İşçilərinin HİRK-in sədri T.Hacıyev
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi