"Haram pul qazanan broyler sahibləri “tasovka” edib etiketləyirlər" - Diqqət, TƏHLÜKƏ!!!
Sosial
Oxunub: 384
10 yan 2022 | 20:23
"Haram pul qazanan broyler sahibləri “tasovka” edib etiketləyirlər" - Diqqət, TƏHLÜKƏ!!!


Azərbaycana idxal edilən ev toyuqları (hissələrə ayrılmamış, təzə və ya soyudulmuş) üçün tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb. Belə ki, idxal olunan ev toyuqlarının 1 kq-na 1 ABŞ dolları rüsumun tətbiq müddəti 31 dekabr 2021-ci ildən 31 dekabr 2023-cü ilə qədər uzadılıb. Bu müddətdən sonra ev toyuqlarının 1 kq-na 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq. Eyni zamanda ölkəyə idxal olunan 1000 ədəd toyuq yumurtasına tətbiq olunan 100 ABŞ dolları gömrük rüsumunun qüvvədə olma müddəti də 2 il artırılıb.
Bayramlarda orta gəlirli azərbaycanlının süfrəsini elə toyuq məhsulları bəzəyir. Toyuq salatı, toyuq qızartması, hətta aş qarasını belə toyuq əti ilə edənlər var. Buna görə də, toyuq əti alarkən diqqətli olmaq lazımdır. Çünki toyuq əti ətraf mühitin təsirlərinə tez uğrayır, mikrobları özündə tez toplaya bilir. Buna görə də toyuq ətindən zəhərlənmə digər qidalarla müqayisə daha çox və daha ağır olur.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, bayram masasında çox adam toyuq ətinin olmasını arzulayır: “Toyuq əti tez çirklənən məhsuldur. Buna görə də broylerdən istehlakçının süfrəsinə qədər olan prosesdə iştirak edən bütün subyektlər Qida Təhlükəsizliyi Agentliyində reyestrə daxil olmalıdır. Qida zəncirinin bütün soyuq həlqəsi ilə toyuq əti satılsın. Ancaq biz görürük ki, ən müasir supermarketlərdə belə, açıq və selofana bükülmüş toyuqlar satılır. Bunlar broyler toyuğu olsa da, əhali bunu kənd toyuğu adı altında alır. Hələ kənd toyuğunun özünün də nə dərəcədə təhlükə altında olub-olmaması da şübhə altındadır”.

Broyler fabriklərində toyuqların tez yetişdirilməsi üçün xüsusi dərmanlardan istifadə edildiyini bildirən E.Hüseynov qeyd edir ki, kənd toyuğu baytar nəzarətində olmadığı üçün təhlükəli hesab edilir. Kənd toyuqları harda oldu, necə oldu qidalandığı üçün çöl quşları ilə ünsiyyətdə olur. Buna görə də kənd toyuqları “quş qripinə” də yoluxmuş ola bilərlər. Bu yoluxma insanlarda da müşahidə edilə bilər. Markalanmamış, açıq satılan, sadəcə olaraq, sellofana bükülən, üzərində son yararlılıq müddəti və buraxılış tarixi olmayan, hansı firmaya məxsus olduğu məlum olmayan toyuqların alınması tövsiyə edilmir: “Bazarlarda açıq toyuqlar, hinduşqalar satılır. Bunların da mənbəyi məlum deyil. Buna görə də bunlarda arzuolunan qida hesab edilmir. Ən ucqar dağ kəndlərində belə toyuq yetişdirmək üçün dərmandan istifadə edilir. Müəyyən baytarlıq preparatları vurulur. “Kənd toyuğu” adı altında olan toyuqlara baytarlıq preparatları nə zaman vurulub, bəlli deyil”.

Ekspert deyir ki, broyler toyuqlarının çox kiçik ölçüdə olanlarından insanlar imtina etməlidir. Çünki bəzən broyler fabriklərində bir gecədə yüzminlərlə kiçik çəkili toyuqlar ölür: “Təəsüf olsun ki, qanunlara tabe olmayan, özünə hörmət etməyən, haram pul qazanan broyler sahibləri bu toyuqları da təmizləyir, “tasovka” edib etiketləyir, bazarda satışa çıxarır. Çox kiçik ölçülü toyuqlar da təhlükəli hesab edilir”.

Ekspert bildirir ki toyuq ətinin keyfiyyəti ilə bağlı nöqsanlar olduğu zaman istehlakçılar AQTA-nın 1003 qaynar xəttinə müraciət edə bilərlər.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi