Xəstəxana, ya “can bazarı”: "Maaşımızı kəsiblər.., işdən çıxıram" - NƏ BAŞ VERİR?
Sosial
Oxunub: 482
6 yan 2022 | 18:20
Xəstəxana, ya “can bazarı”: "Maaşımızı kəsiblər.., işdən çıxıram" - NƏ BAŞ VERİR?



Bayram tətilini hansısa yaxşı restoranda, rayonda və ya xarici ölkədə keçirənlər kimi bu il xəstəxanada keçirənlərin də sayı az olmayıb. Son həftələrdə uşaqlı, böyüklü hamının yoluxduğu, adı məlum olmayan virus və digər artan xəstəliklərdən xəstəxanalara müraciət edənlərin sayının çoxalmasını sadəcə gözlə müşahidə zamanı da görmək olur.
Bayram günlərində bu axın xüsusilə də özəl klinikalara olur. Çünki onsuz da insanların inamının öldüyü dövlət xəstəxanalarında bu günlərdə sadəcə növbətçi həkimlər işləyir. Dövlət tərəfindən heç bir nəzarət aparılmayan özəl xəstəxanalarda isə vəziyyət getdikcə acınacaqlı hala gəlib. Bu xəstəxanaların bir çoxunda insanlar üzərində həqiqətən də al-ver aparılır, məcbur qalan, imdat gözləyən xəstələrin cibindəki son qəpiyinə qədər soyulur.

Bu günlərdə mən də özəl xəstəxanalardan birinə müraciət etməli oldum. Başıma gələnlər və gördüklərim həqiqətən də bir xəstə üçün ən dəhşətli mənzərə idi. Deməli, tibb bacılarının məni narkoza hazırladığı vaxtda birdən xəstəxanada səs-küy düşdü. Olduğum palatanın qapısı tələsik açıldı və həkim otağa daxil oldu. Açıqlı bir səslə tibb bacılarına bildirdi ki, “xəstəni hazırlamayın. Mən işdən çıxıram”. Düzü, ağrılardan və vurulan iynənin təsirindən nə baş verdiyini heç cürə aydınlaşdıra bilmirdim. Elə bu anda həkim dərdini danışmağa başladı. “Maaşımızı İcbari Tibbi Sığortaya görə kəsiblər. Mənim pulumu tam verməyənə kimi xəstələrə baxmayacam”.

Bunu eşidən biz xəstələr və tibb bacıları isə həkimə az qala yalvarmağa başladıq ki, bizi yola salsın sonra məsələni xəstəxana rəhbərliyi ilə həll etsin. Amma həkim çox israrlı idi. Nə isə, uzun həngamədən sonra həkim yoxa çıxdı. Elə bildik həqiqətən də çıxıb gedib. Bu sırada tibb bacıları hadisəni izah etməyə, bizi sanki yumşaltmağa çalışırdılar. Xəstələr isə bilmirdilər danışan nağıllara qulaq assınlar, başlarına gələnə razı olub sussunlar, ya ağrıyan canlarını da götürüb xəstəxanadan uzaqlaşsınlar.

Bir xeyli keçmişdi ki, həkim xalatını geyinə-geyinə qəbul otağına doğru gəldi. Bu dəfə üzündə məmnun bir gülümsəmə var idi. Aydın olurdu ki, rəhbərliklə olan məsələ öz həllini tapıb. Bu dəfə isə bayaqdan bəri həkimi gözləyən xəstələr koridor boyu inildəyirdi.

Bu oyuna, xəstələri heçə sayan tibb müəssisəsinə nə ad vermək olar? Məncə sadəcə, “can bazarı”…

Bizimyol.info
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO