Kapital Bankın “Birkart” üzərindən bir neçə KƏLƏYİ - NARAZILIQ!
Sosial
Oxunub: 613
6 yan 2022 | 21:18
Kapital Bankın “Birkart” üzərindən bir neçə KƏLƏYİ - NARAZILIQ!


Bank sektorunun inkişaf etməsi ilə bağlı meydanda kredit kartları dövr etməyə başladı. Bu gün bir çox müştərilər kredit kartlardan şikayətçidirlər. Ən çox sosial şəbəkələrdə rastlanan şaikayətlərdən biri də kredit kartlardan əlavə məbləğin çıxılmasıdır.

Bu səbəblə daha bir vətəndaş “Kapital Bank”a məxsus “Birkart” plastik kartı ilə bağlı problem yaşayıb.

Belə ki, onun “Birkart” vasitəsilə 30 manat xərclədiyinə baxmayaraq, ödəniş zamanı onun 44 manat vəsait çıxılıb. Müştərinin iddiasına görə, problemlə bağlı qaynar xəttə və Bank müştəri xidməti ilə əlaqə yaratsa da heç bir fayda olmayıb və onun pulu geri qaytarlmayıb.

Narazı müştəri sosial şəbəkə vasitəsilə kart istifadəçilərinə daha diqqətli olmağa çağırıb. Digər narazı müştəri isə Nazilə Xəlilova bildirib ki, sonuncu dəfə 225 manat dəyərində alış-veriş etməsinə baxmayaraq, bayram öncəsi onun kartından 237 manat məbləğ tutulub. Bu vəziyyət barədə bu müştəri də banka müraciət etsə də problem hələ də həll olunmamış qalır.

İddiaçılara görə, bu son zamanlar demək olar ki, bir çox banklarda texniki və ya digər səbəblərdən yaşanan mütəmadi haldır.

TEREF.AZ xəbər verir ki, yaranan problemlə bağlı Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür məsələlər fərdi qaydada araşdırılmalıdır.

“Hazırda bu barədə ümumi bir fikir bildirmək düzgün olmaz. Çünki kreditin verilməsi, debit və taksit kartları haqqında məsələ bank tərəfindən fərdi baxılan bir məsələdir.

Əgər müştəri belə bir halla üzləşibsə, mütləq şəkildə fərdi olaraq ona yaxın olan bank filiallarına və ya 196 nömrəli məlumat mərkəzinə müraciət etməlidir. Söhbət yalnız kartın sahibindən gedir. Bu zaman kartın sahibinə məbləğin silindiyi platforma, ümumiyyətlə, əməliyyat barəsində bütün məlumatlar veriləcək. Ona görə bu məsələ haqqında bütün kredit kart sahiblərinə şamil edilib cavab verilə bilməz, bu fərdi baxılan bir vəziyyətdir. Əgər bu cür halla üzləşən müştəri varsa, buyurub bizim kanalla müraciət edib, məsələyə tam şəffaf şəkildə aydınlıq gətirə bilər”.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO