"Alimlər şəhərciyi” büdcə pullarını necə yeyir? – Ramiz Mehdiyevin şübhəli tenderləri
Sosial
Oxunub: 518
6 yan 2022 | 23:39
"Alimlər şəhərciyi” büdcə pullarını necə yeyir? – Ramiz Mehdiyevin şübhəli tenderləri


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi "Ruslan Təmir-Tikinti” MMC ilə iki satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 130 663.71 AZN olan müqavilədə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində AMEA əməkdaşları üçün inşa olunan "Alimlər şəhərciyi” yaşayış kompleksində sahədaxili su və kanalizasiya xətlərinin çəkilməsi işlərinin satın alınması, maliyyə dəyəri 89 146.88 AZN olan müqavilədə isə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində AMEA əməkdaşları üçün inşa olunan "Alimlər şəhərciyi” yaşayış kompleksində xarici kanalizasiya xəttinin çəkilməsi işləri ilə əlaqədar açılmış kanaldan kanalizasiya borularına mane olan kabelin yerinin dəyişdirilməsi işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Ruslan Təmir-Tikinti” MMC 19 oktyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 81, mənzil 83-84-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Murad Çərkəz oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Baxmayaraq ki, MMC 16 ildir fəaliyyət göstərir və iri məbləğli dövlət satınalmalarında iştirak edir, onun nə əlaqə nömrələri, nə də veb-səhifəsi mövcuddur.

"Ruslan Təmir-Tikinti” MMC-yə ən çox sifariş verən qurum isə AMEA-dır. Təkcə 2021-ci ildə AMEA ilə MMC arasında toplam maliyyə dəyəri 823 874.61 AZN təşkil edən 5 satınalma müqaviləsi imzalanıb. Müqavilələrin hamısı Saray qəsəbəsində AMEA əməkdaşları üçün tikilən "Alimlər şəhərciyi”ndə görüləcək işlərlə bağlıdır. Maraqlıdır ki, AMEA "Ruslan Təmir-Tikinti” MMC ilə sentyabr ayında təxminən yarım milyon manatlıq müqavilə imzalayarkən şirkətin 32 826 AZN vergi borcu olub. Dövlət satınalmalarında iştirakın əsas şərtlərindən biri də iddiaçının tender komissiyasına vergi borcunun olmadığı barədə arayış təqdim etməsidir. Belə çıxır ki, "Ruslan Tımir-Tikinti” MMC komissiyaya saxta arayış təqdim edib. Yaxud da tender sadəcə formal xarakter daşıyıb.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO