Qəhrəman ana Prezidentə müraciət etdi - "...əqli, nevroloji və psixi xəstəliklərdən əziyyət çəkir"
Sosial / Maraqli / Video
Oxunub: 754
5 yan 2022 | 19:49
Qəhrəman ana Prezidentə müraciət etdi - "...əqli, nevroloji və psixi xəstəliklərdən əziyyət çəkir"



Laçın rayonundan olan, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E. Qasımov küçəsi ev 15, mənzil 48 ünvanında müvəqqəti yaşayan beş uşaq anası, qəhrəman ana, müharibə veteranı, əməkdar həkim Əsgərova Kubra Səməd qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Bildirmək istəyirəm ki, mən və 6 nəfər ailə üzvlərim Laçın rayon, Pircahan kəndinin sakinləriyik, mən uzun müddət Laçın rayon, Pircahan kənd xəstəxanasının baş həkimi vəzifəsində işləmişəm, 1988-ci ildən 1992-ci ilin may ayına kimi ermənilərin etdikləri vəşiliklər nəticəsində əsgərlərimizə tibbi yardım göstərmişəm, tibb işçisi həkim kimi müharibədə iştirak etmişəm və müharibə veteranıyam, 40 ildən çox həkim kimi vətənim Azərbaycan Respublikasına xidmət etmişəm, 5 uşaq anasıyam, bizim ailə 1992-ci ildə Laçın rayonundan erməni vəşilikləri nəticəsində məcburi köçkün düşmüşük, o vaxtdan etibarən Bakı şəhərində məskunlaşmışıq, o zaman övladlarım azyaşlı idi, 5 uşaq da böyütmək və ali təsil vermək bir məcburi köçkün kimi bizə çox çətin idi, buna baxmayaraq, mən və həyat yoldaşımla çox böyük bir çətinliklə azyaşlı övladlarımızı böyütdük, hər birinə bacardığımız qayğını göstərdik, hər biri ali təsili olması üçün çalışdıq və istəyimizə nail olduq.

Övladlarım 2 oğlan və 3 qızdır, bir oğlum və 2 qızım həkimdir, kiçik oğlum Elşən mayor rütbəsində Ədliyyə Nazirliyinin Tibb İdarəsinin nəzdində 20 ilə yaxındır həkim işləyir.

Haqqında xüsusi ilə qeyd etdiyim böyük oğlum Novruzov Rövşən Rafail oğlu 18 ildən çox Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir.

Oğluma 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalları ilə təltif olunmuşdur.

Qeyd etmək istəyirəm ki, oğlum xidmətinin çox bir hissəsini Xüsusi Təyinatlı və Kəşfiyyat hərbi hissələrdə, axrncı 8 ilini düşmənlə təmas şəraitində olan Qazax rayon düşmənlə həmsərhəd ərazilərində keçirmişdir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən Müharibəsində bir çox N saylı hərbi hissələrdə olmaqla şəxsi heyyətə maddi və mənəvi cəhətdən dəstək olmuşdur.

Oğlum hal-hazırda ehtiyyatda olan mayordur, 2014-cü ildən 2-ci qrup müharibə əlillidir, xəstədir bir çox vaxtlarda müayinə və müalicələrdə olur, əqli, nevroloji və psixi xəstəliklərdən əziyyət çəkir.

Oğlum Novruzov Rövşən Rafail oğluna Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının qərarı düzgün verilmədiyi üçün yenidən müraciət etdi ki, ona hərbi hissə komandirinin axrıncı dəfə verildiyi travma haqqında arayış nəzərə alınmaqla düzgün olan qərar verilsin, Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyası oğluma “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” 23.06.2021-ci il tarixli 195 nömrəli qərarı ilə təmin etdi, nəzərinizə çatdırmaq istəyirəm ki, oğlumun xəstəlik diaqnozum 2008-ci ildən bu günədək eyni xəstəlikdir.

Əlavə qeyd etmək istəyirəm ki, eyni diaqnozla və səhətində olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olmuşdur, bu xəstəlik diaqnozuna əsasən ona 2-ci qrup 09.07.2021-ci il tarixdən etibarən müddətsiz əlillik təyin edilməsini qanuna müvafiq hesab edirik.

Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin (2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir:) 2.1.14-cü (davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F 23)), 2.4.4-cü (emosional-iradi pozuntular və nevrostaniya kəskin asteno-nevrotik sindrom F 48)) və 2.4.1-ci (miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (I50)) maddələrinə müvafiq olaraq oğluma 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməlidir.

Müraciətimizlə bağlı oğlum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavinləri cənab Anar Əliyevin, cənab Anar Kərimovun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin İdarə Heyyətinin sədri cənab Anar Bayramovun qəbulunda olmuşdur. Hər 3 vəzifəli şəxs qəbulda onu çox yüksək səviədə qəbul edib və müraciətimizi Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən heç bir maneəsiz həll olunması barədə müvafiq tapşırıqlarını vermişdirlər. Lakin oğlum dəfələrlə Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyində olsa da müraciətimə biganə baxılmışdır, belə ki, 25.06.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin göstərişinə əsasən onu əyani müayinəyə göndərdilər, müayinə olundu, lakin sonradan bizə məlum oldu ki, oğluma qısa müddətli köhnə əliluyimin bitmə müddətinə kimi əlillik təyin edilərək əliliyin səbəb əlaqəsi dəyişdirilmişdir, qanuna müvafiq olaraq əlilik səbəbi müayinə olunmadan dəyişdirilməlidir, oğlum müayinə olmuşsa, ona əlilik 5 ilik və ya müddətsiz təyin edilməlidir və bizim müraciətimiz öz müsbət təsdiqini tapmamışdır, bu acınacaqlı vəziyyətdən biz belə hesab edirik ki, Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi yuxarda adlarını qeyd olunan vəzifəli şəxslərdən özlərini çox ağıllı hesab edərək oğluma 19 il çətin şəraitdə vətəninə Azərbaycan Respublikasına xidmətinə saymamazlıq edərək, biganə münasibətlərini davam etdirməkdə hələdə israrlıdırlar. Hətda bu barədə 29.06.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirininin vəzifəli şəxsi (keçmiş TSEK sədri) Gülnarə Hacıyevaya ilə telefonla əlaqə saxladıq, bu zaman oğluma bildirdi ki, Sizə əlillik müddətsiz və ya 5 il müddətinə təyin edilməlidir.

Əlavə olaraq qeyd etmək istəyirəm ki, oğluman müraciətinə əsasən Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən iki dəfə yəni 23.06.2021-ci il tarixdə 0280003AAFKR və 25.06.2021-ci ildə isə 0280003AAFK2 əlillik müddətsiz təyin olunması üçün forma 88 yazılıb elektron sistemə daxil edilmişdir, lakin hər dəfə eyni şablon söz (Göndərişdə qeyd edilmiş stasionar müalicə barədə məlumatlarda uyğunsuzluq aşkar edilmişdir.) yazılaraq oğlumun hüquqlarının pozulmasına gətirib çıxarmışdır, belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi bildirir ki, imtinanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi verib, burdan da soruşanda əksinə deyərək bir birinin üzərinə atırlar. Eyni zamanda oğlumun xəstəlik epiqrizlərində qeyd edildiyi kimi, qanuna müvafiq olaraq əliliyim müddətsiz təyin olunması mümkündür. Sonradan 30.06.2021-ci il tarixdə 3-cü dəfə 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edilmişdir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, yuxarıda vəzifələri və adlarını qeyd etdiyim vətənpərvər insanların qəbulunda olanda oğlumun müraciətinə haqlı, ətraflı cavabları və aşağıda ətraflı qeyd etdiyim qanunların tələblərinə əsasən müraciətimiz maneəsiz təmin edilməlidir, yəni “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarının 3.2, 3.3 maddələrinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini (Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 195 nömrəli 23.06.2021-ci il tarixli qərarı) təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunmalı, əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunmalı, əlillik müddəti hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.4-ci maddəsinə əsasən ikinci dərəcə əlillik müddətsiz müəyyən edilməli və Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməli, başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməməlidir.

Hal-hazırda müraciətimiz ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.4-cü maddələrinə əsasən xəstəlik epiqrizlərim nəzərə alınmaqla oğluma 09.07.2021-ci il tarixdən etibarəın 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsidir.

Bu barədə oğlum Novruzov Rövşən Rafail oğlu Bakı İnzibati Məhkəməsinə müraciət etdi, Azərbaycan Xalqının inam güvən yeri olan Ali Baş Komandan cənab İlham Əliyev, Birinci Vitse Prezident Mehriban xanım Əliyeva, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov və ədalətli məhkəmələr, hakimlər ! o cümlədən Bakı İnzibati Məhkəməsinin hakimi Günel xanım Sevdimalıyeva haqq ədalət prinsipinə və qanunlarımızın aliliyini rəhbər hesab edərək iddia tələbimizi təmin etmişdir, bir qəhərman ana kimi, müharibə veteranı kimi, 40 il işləmiş əməkdar həkim kimi hesab edirəm ki, qanunların aliliyinə hörmət və izətlə yanaşaraq digər yuxarı instansiya məhkəmələri də oğlumun tapdalanmış əlillik hüquqlarını bərpa edəcəklər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin (2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir:) 2.1.14-cü (davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F 23)), 2.4.4-cü (emosional-iradi pozuntular və nevrostaniya kəskin asteno-nevrotik sindrom F 48)) və 2.4.1-ci (miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (I50)) maddələrinə müvafiq olaraq 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik müddətsiz müəyyən edilir.

Sizdən müharibə veteranı, qəhrəman ana, 40 il Azərbaycan Respublikasına xidmət edən əməkdar həkim və Azərbaycan Respublikasına 5 ali təsilli gərəkli övlad yetişdirən ana kimi çox xahiş edirəm ki, oğlum Novruzov Rövşən Rafail oğluna 09.07.2021-ci il tarixdən etibarən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsininə köməkdarlıq edəsiniz".
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO