Sabiq rəis müavini keçmiş qaynını niyə həbs etdirib?- Həyat yoldaşı fəryad edir… ŞİKAYƏT
Sosial
Oxunub: 532
5 yan 2022 | 21:46
Sabiq rəis müavini keçmiş qaynını niyə həbs etdirib?- Həyat yoldaşı fəryad edir… ŞİKAYƏT


Bakı şəhər sakini Aynur Quliyeva redaksiyamıza ünvanladığı şikayət məktubunda Baş Prokuror Kamran Əliyevə və daxili işlər naziri Vilayət Eyvazova şikayət edib.

Müraciətdə deyilir:

Hörmətli Baş prokuror, cənab nazir!
Mən bu sizə ötən il dekabrın 9-da həyat yoldaşım Quliyev Elman Arif oğlunu şərləyərək tututduran Rəhmanov Rafael Əli Ağa oğlundan və dostu Yusifov David Habil oğlundan şikayət edirəm.

Rəfael Rəhmanov və David Yusifov həyat yoldaşım Elman Quliyevi tutdurmaq məqsədi ilə onu aldadaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 62 ünvanında yerləşən “Qədim Qəbələ” restoranına dəvət edib və onun cibinə pul qoyaraq əvvəlcədən polisə məlumat verərək onu tutudurublar. Guya həyat yoldaşım Elman Quliyev Rəhmanov Rafael Əli Ağa oğluna sahib olduğu külli-miqdarda dəyərə malik çoxsaylı daşınmaz əmlakların siyahısı və şəxsi həyatı ilə bağlı topladığı özünə məlum olan rüsvayedici məlumatları müxtəlif xəbər portallarına və kütləvi informasiya vasitələrinə ötürməklə qısa müddət ərzində sosial şəbəkələrdə yayma hədəsi ilə ondan 100.000 manat nağd pul verməsini hədə-qorxu ilə tələb edib. Həyat yoldaşım Elman Quliyev şərlənərək həbs edildikdən sonra Bakı Baş Polis İdarəsində onun barəsində Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə cinayət işi açılaraq barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

Hörmətli Baş prokuror, cənab nazir!

Həyat yoldaşım Elman Quliyev Rafaeldən ona dəymiş zianla bağlı kompensasiya istəyib və ona heç bir hədə-qorxu gəlməmişdir. Rafael isə Elmana kompensasiya verməmək ücün onun başına bu oyunu gətirmişdir. Həmçinin Rəfael Elmanın bacısının keçmiş əri olmuşdur. Rafel Rəhmanov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş rəisi Aydın Bəşirovun birinci müavini olub. Onun saysız hesabsız əmlaklarının olmasını da Elman yaxşı bilirdi. Aralarında məhkəmədə mülki mübahisələr olmuşdur. Rafael öz saysız-hesabsız əmlakları barəsində Elmanın harasa açıqlama verməsindən həmişə qorxmuşdur. Ona görə də o Elmanı aradan götürmək üçün ona böhtan atdı və onu şərləyərək tutdurdu.

Onu da qeyd edim ki, Rafaelin dostu Xəzər rayon Polis İdarəsində təhqiqatçı işləyən Yusifov Davud Habil oğlu dəfələrlə Elmanı çağırmış guya bunları barışdırmaq ücün görüşdürmək istəmişdir. Amma Elman onların çağrışına getmək istəməmişdir. Son dəfə də David zəng eləyib ki, guya Rafael ona dəymiş ziyanla bağlı pul verəcəkdir. Yəni bu iki şəxs Elmanı aldadaraq onunla bu görüşü təşkil etmişlər. Nəticədə də həyat yoldaşımı şərləyərək tutdurmuşlar. Yəni bu gün Elmanın heç bir təqsiri olmadan tutulmasında bu iki şəxsin günahı vardır. Ona görə də hər iki şəxs barəsndə təcili qanuni tədbirlər görülməlidir.

Hazırda Elmanda koranavirus testi pozitiv çıxdığına görə onu (hələ bunu dəqiq bilmirik) 3 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirmişlər. Onun həyatı təhlükədədir. Bütün bu oyunlarda məqsəd Elmanı susdurmaq, onu türmələrdə məhv etməkdir.

Hörmətli Baş prokuror, cənab nazir!

Sizə ümid edərək müracət edirəm. Onu tutan zaman ona çoxlu təzyiqlər olunaraq videolar çəkilmiş və bunun üzərində ittiham qurulmuşdur. Onu qorxudaraq sənədlərə imza etdirmişlər. Odur ki, sizlərə müraciət edirəm, ədalətinizə inanıram.

Həyat Yoldaşım Elman Quliyevə Rəfael Rəhmanov tərəfindən şər-böhtan atılaraq tutulmasını nəzərə alaraq bu işi öz nəzarətinizə götürüb, onun tezliklə azad olunmasını və Rəfael Rəhmanov və David Yusifovun törətdikləri qanunsuz əməllərinə görə onların barələrində təcili qanuni tədbirlər görülməsini sizdən xahiş edirəm.

Hələ Rəfael Rəhmanovun oğlu Faiq Rəhmanov 2017-ci ildə həyat yoldaşım Elmanı Keşlədəki qəbiristanlığın yanına dəvət edərək ona bıçaq çıxarıb. Buna görə polis əməkdaşları Faiqi və Elmanı bölməyə aparıblar. Faiq Rəhmanov polis bölməsində etdiyi əməldən peşman olduğunu bildirərək üzrxahlıq edib”.
Teref.az
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO