“Atəşgah Sığorta” vətəndaşı CANA DOYURUB - İŞƏ POLİS QARIŞDI
Sosial
Oxunub: 704
24 dek 2021 | 19:19
“Atəşgah Sığorta” vətəndaşı CANA DOYURUB - İŞƏ POLİS QARIŞDI


2019-cu ilin martında Sumqayıtda yanan avtomobil ehtiyat hissələri mağazasının sahibi Arzuman Alıyev sığorta şirkətindən ödənişini ala bilmədiyini deyir. O, bununla bağlı polisə də müraciət edib. Rəsmi ərizəsində bildirib ki, problemi həll edilmədiyi üçün özünü öldürmə həddinə çatıb.

DİA.AZ-ın məlumatına görə, A.Alıyev “Qafqazinfo”ya şikayətində bildirib ki, onun xeyrinə məhkəmə qərarı olsa da, mağazanı sığortalayan “Atəşgah Sığorta” ödənişi etməkdən imtina edir: “Yanğında mənə 160 min manatdan çox zərər dəydi, borclarım yarandı. Mağazadakı mallar məhv oldu, o məhsulları aldığım adamlara borclarımı ödəyə bilmədim. Onlar da artıq 2 ildən çox vaxt keçdiyi üçün məndən pullarını tələb edirlər, artıq məni hədələməyə başlayıblar. Sonuncu məhkəmə iclasına da gələrək zalda məni hədələyib pullarını istədilər. Orada da qarışıqlıq düşdüyü üçün hakim prosesi təxirə saldı”.

A.Alıyevin sözlərinə görə, sığorta şirkəti məhkəmənin qərarını icra etmir, ödənişi verməmək üçün prosesi uzadır: “Mən artıq bu süründürməçilikdən bezmişəm. Borclu olduğum adamlara da nə cavab verəcəyimi bilmirəm. Buna görə bir neçə dəfə özümü öldürməyə cəhd etmişəm, ailə üzvlərim məni son anda xilas ediblər. Bununla bağlı kürəkənim Nadir Axundov da Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək cinayət hadisəsi barədə məlumat verib”.

N.Axundov ərizəsində qeyd edib ki, A.Alıyevin özünü öldürmə həddinə çatdırılması ilə bağlı yoxlama aparılsın və müvafiq qərar qəbul edilsin.

DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, müraciət əsasında həm Arzuman Alıyev, həm də Nadir Axundov Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət edilib: “Onlarla profilaktik söhbət aparılıb və izah edilib ki, şikayətləri mülki qaydada olduğundan bu barədə məhkəmə orqanlarına müraciət etsinlər. Həmçinin, qeyd edilən şikayət mülki məsələ olduğundan cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub.

Arzuman Alıyev izahatında bildirib ki, sığorta şirkəti tərəfindən pulunun gecikdirilməsinə görə əsəbləri tarıma çəkilib, özünə hakim ola bilməyib və 102 xidmətinə intihar edəcəyi ilə bağlı məlumatı verib. O qeyd edib ki, hazırda intihar etmək fikri yoxdur. Polis Bölməsində həmin şəxslə profilaktik söhbət aparılıb, intiharın çıxış yolu olmadığı bildirilib və tələblərini məhkəmədə tələb etməyi tövsiyə olunub”.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi