PROBLEM: Evlər yıxan "mərc"... - "İndi o borcu aylıq kredit kimi ödəyirəm"
Sosial
Oxunub: 412
20 dek 2021 | 16:26
PROBLEM: Evlər yıxan "mərc"... - "İndi o borcu aylıq kredit kimi ödəyirəm"



Mərc, lotereya, at yarışı, idman oyunları üzərinə mərc və bu kimi oyunlar bütün ölkələrdə, eləcə də Azərbaycanda var. İstər internet saytlar üzərindən, istərsə də, xüsusi məkanlarda bu oyunlar keçirilir. Bəzən böyük qazanclar osla da, bu oyunlarda çox sayda uduzan, borca düşən, hətta borca görə evini satan insanlar da var.
Bakı sakini Efsun Kamalov dostlarının birinin təklifi ilə internet üzərindən oyunlardan birinə qouşulub. İlk ayda bir neçə dəfə kiçik məbləğlər qazanan E.Kamalov sonradan uduzmağa başlayır. Və uduzduğu pulları geri almaq üçün yenidən oynamağa başlayır: “Bu oyunların xüsusi vasitəçiləri var. Onlar oyunları reklam edib istifadəçi cəlb edirlər. Məni də bir dostum oyuna bağladı. Əvvəlcə 100 dollar qoyub 50, 100, 150 dollar uddum. Bir ayın içində 500 dollar udmuşdum. Sevinirdim ki, nə yaxşı oyundur bu. Sonradan elə az-az uduzmağa başladım. Uduzduqca qoyduğum vəsaiti artırdım. Və bir də gördüm ki, 6 min manat uduzmuşam. Oyunlar sənə pulu ödəmək üçün vaxt vermir. Mən də borc götürüb borcu ödədim. İndi o borcu aylıq kredit kimi ödəyirəm”.

DİA.AZ-ın bizimyol.info-ya istinadən məlumatına görə, E.Kamalov qeyd edir ki, əslində bu oyunlar insanların həyatını daha da ağırlaşdırır. Əvvəlcə şirniklənib oynamağa başlayırsan, ikinci etapda isə, borclu günlər başlayır.

Bu oyunların hamısı qumar hesab edilən oyunlardır. Çünki oyunlar qumarın bütün xüsusiyyətlərini özündə birləşdirir. İslam dinində qumarın hər çeşidi haram hesab edilir. İslam dininə görə, hətta lotereyadan qazanılmış pul belə haramdır.

İlahiyyatçı Ramil Əliyevin sözlərinə görə, qumar oyunlarının haram olması barədə Quran-i Kərimin Maidə surəsində qeyd edilib: “Ey, iman gətirənlər, şərab, qumar, fal və şans oxları şeytan əməlidir. Bunlardan uzaq durun ki, qurtuluşa çata biləsiniz". İslam dinində ortaya mal və pul qoyularaq oynanılan heç bir oyuna icazə verilmir. Bəziləri iddia edir ki, bu mərc oyunları imkansızlara da qazanmağa şans verir. Ancaq burdan qazanılan pul kasıblara getdiyi halda belə haramdır”.

İlahiyyatçı bildirir ki, qarşılıqlı mərcə girmək də qumar hesab edilir. Məsələn, iki nəfər yarışa çıxmamışdan əvvəl “sən udsan, mən bu qədər verəcəyəm, mən udsam, sən bu qədər verəcəksən” deyilirsə, bu da qumar hesab edilir. Ancaq tərəflərdən biri bunu desə, o zaman arada olan pul haram sayılmır. Məsələn, tərəflərdən biri “məni keçsən, sənə bu qədər verəcəyəm, ancaq səni keçsəm, heç nə istəmirəm” deyirsə, o pul haram deyil”.

İlahiyyatçı hər kəsi qumar oyunlarından uzaq durmağa çağıraraq qeyd edib ki, haram yolla qazanılan pul halal qazanılanı da aparır. Bunun üçün bu oyunlardan uzaq olmaq vacibdir.

Qeyd edək ki, Azərbaycanda da futbol mərc (oxu: qumar) oyunları populyardır. Bunun ucbatından yüzlərlə ailə dağılıb. Xüsusən də Azərbaycanda fəaliyyət göstərən "Topaz" qumarxanaları o qədər aşağı (dünyada ən aşağı) əmsallar verir ki, burada uzun müddət oynayaraq müflis olmadan çıxmaq praktik olaraq mümkün deyil.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi