Əvəz Qocayevin MÜƏMMALI TARİXÇƏSİ... - İLGİNC FAKTLAR
Sosial
Oxunub: 443
20 dek 2021 | 18:20
Əvəz Qocayevin MÜƏMMALI TARİXÇƏSİ... - İLGİNC FAKTLAR



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini Əvəz Qocayev demə, ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarda iştirak edib və müharibə veteranı adı verilib. TİA.Az bildirir ki, bu haqda onun vikipedik məlumatında qeyd olunub.

Amma daha artıq informasiya verilməyib. Əvəz Qocayevin hansı illərdə döyüşdüyü, konkret hansı ərazilərdə gedən müharibədə iştirak etdiyi bilinmir.

Eyni zamanda ona müharibə veteranı adı kim, yaxud hansı qurum tərəfindən verildiyi açıqlanmır. Belə təəssürat yaranır ki, nə dövlət tərəfindən veteranlıq statusu alıb, nə də hansı ərazilərdə döyüşdüyü bəllidir.

Bioqrafiyasında onun 1986-1993-cü illərdə Bakı şəhəri, Binəqədi rayonu 102 saylı Mənzil İstismar İdarəsində rəis, 1993-cü ildə Müdafiə Nazirliyinin Mənzil şöbəsində təftiş-mühasib, 1993-1999-cu illərdə Binəqədi rayonu İcra Hakimiyyətinin Tikinti və abadlıq işləri üzrə müavin işlədiyi qeyd edilib. Bəs Ə.Qocayev nə zaman Qarabağda döyüşüb? O cümlədən 44 günlük Vətən müharibəsində də aydın məsələdir ki, iştirakı olmayıb. Bəs vikipedik informasiyada, həmçinin AAYDA-nın rəsmi saytında onun döyüşlərin iştirakçısı olması niyə yazılıb? Bu saxtakarlıqdır, yoxsa dövləti aldatmaqdır?

Bu müəmmalı döyüş yolu, veteranlıqdan fərqli olaraq, Ə.Qocayevin böyük sərvətlərə malik məmur olması heç kəsə sirr deyil. Onun villalarının, restoranlarının, fermalarının, biznes xarakterli digər daşınmaz əmlaklarının olduğu deyilir. Bu sərvətin isə həddi-hüdudu yoxdur. Axı bir məmur hansı miqyasda korrupsiya ilə məşğul ola bilər ki, bu qədər var-dövlətə sahiblənsin? Hətta Avropada hansısa məmurun korrupsiya faktı üzə çıxanda 1-2 restoranı olduğu bilinir. Ə.Qocayev isə istər “Azəryolservis”, istərsə AAYDA rəhbərliyində təmsil olunduğu dövrdə milyonlar qazanıb. Hər halda onu silkələsələr, dövlət tərəfindən müsadirə olunsa, Qarabağda quruculuq işlərinə kifayət qədər vəsait əldə etmək olar. Yəqin ki, özü də bir veteran kimi vətən üçün çəkilən xərclərdə payının olmasına etiraz etməz.

Mediada yayılmış xəbərlərə görə, Ə.Qocayevin “Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4) Yasamal, Xətai, Səbail rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi, Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyuları var. Həmçinin, “Port Baku”nun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil, “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir, H.Əliyev küçəsində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası), Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil, özəl və dövlət banklarında xanımı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat) var. Eyni zamanda, “Varovski”da 3 mərtəbə villa, Novxanıda ayrı-ayrılıqda 3 villa, “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil, “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil, “Port Baku”da 150 kv m daha bir mənzil, Binəqədi rayonunda böyük torpaq sahələri, Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil, Şüvəlanda villa, özünə və ailəsinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər var. Bu da azmış kimi, Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası, Dərnəgüldə tikinti materialları mağazası var.

//TİA.AZ//
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi