Sosial Xidmətlər Agentliyi tənqidə görə qaziyə xidmətdən imtina edir
Sosial
Oxunub: 248
14 dek 2021 | 21:47
Sosial Xidmətlər Agentliyi tənqidə görə qaziyə xidmətdən imtina edir


Qazi jurnalist MEDIA Agentliyinə və Mətbuat Şurasına şikayət edib
ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Prezidentin 30.06.2020 tarixli 1077 saylı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı ilə əlilliyi olan şəxslərin reabilitasiyası və sanatoriya-kurort yollayışları ilə müalicələrinin təşkil edilməsi görəvi doğrulansa da, SXA-nın sədri Vüqar Behbudovun qərəzli ayrı-seçkiliyi sonucunda Qarabağ qaziləri xidmətdən məhrum edilir. SXA qərəzdən o qədər savadsızlaşıb ki, “təmin etmək” ilə “təşkil etməyi” qarışdırır.
Teref.az xəbər verir ki, bunu qazi qardaşımız saytımızın poçtuna göndərdiyi şikayət məktubunda yazıb. Daha sonra yazır:
İstənilən halda, sosial xidmət qurumunun xidmətdən imtinaya bəhanə axtarması yolverilməzdir. Bu sətirlərin yazarı son 3 ildə dəfələrlə Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində bronxial astmadan müalicəsinin təşkil edilməsi üçün müraciət etsə də, sonda hərbi qulluqçuların sanatoriya-kurort putyovkaları ilə təmin olunmalarının ƏƏSMN -in səlahiyyətləri xaricində olduğu bildirilib. Axı, əlilliyi olan şəxs yollayışla təminatını yox, müalicəsinin təşkil edilməsini diləyir ! Müalicə hüququna qadağa qoymaqla Sosial Xidmətlər Agentliyi Qarabağ qazisini öldürmək yolunu tutub. Belə sosial siyasət olar? Hər həftə Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzinə turlar təşkil edilir, amma 1-ci dərəcəli Qarabağ qazisi bu siyahıya salınmır. Maraqlıdır ki, hərbi qurum -DİN-in şəxsi heyət ilə iş idarəsi də xidmətdən imtina edir və bunu ƏƏSMN -in etməli olduğunu bildirir. Bakı İnzibati Məhkəməsi (hakim Nəriman Abıyev ) isə hər iki quruma qarşı “müalicəsinin təcili təşkil edilməsi” tələbi ilə iddiasının mümkünlüyünə baxmağı gələn ilin 24 yanvarına -70 gün sonraya təyin edib. Hələ ki, hakimə etiraza və müvəqqəti xarakterli müdafiə tədbiri kimi iddianın təmin edilməsi haqqında ərizəyə də baxılmayıb. Yəqin, Qarabağ qazisinin ölümünü gözləyirlər ki, işi bağlasınlar və “qələbə”lərinə şampan partlatsınlar. Onu da vurğulayaq ki, Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzindən zəng edərək onlarda yollayış vərəqi olmadığını, bu işi ƏƏSMN -in təşkil etdiyini bildiriblər. Necə deyərlər, bütün yollar Sosial Xidmətlər Agentliyinə aparır.

Qarabağ qazisi jurnalist tənqidə görə ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin qərəzinə tuş gəldiyindən, bütün sosial xidmətlərdən məhrum edildiyindən MEDIA Agentliyinin və Mətbuat Şurasının rəhbərlərinə müraciət edib. Tənqidə görə təqib , qazi jurnalistin müalicə hüququndan məhrum edilməsi yolverilməzdir və cinayət məsuliyyəti yaradır.

Məğrur Bədəlsoy
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
8-05-2024, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
8-05-2024, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
8-05-2024, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb