Məhkəmə hakimi sahibkara necə PROBLEM YARADIR... - Prezidentə müraciət olundu
Sosial
Oxunub: 451
11 dek 2021 | 22:50
Məhkəmə hakimi sahibkara necə PROBLEM YARADIR... - Prezidentə müraciət olundu


Azərbaycanda artıq pandemiya məhbusları da var. Ən dəhşətlisi odur ki, pandemiyanın ucbatından məhkum edilən şəxs iş adamıdır, nümunəvi ixracatçılardandır, hər zaman nizam-intizamlı fəaliyyətinə görə fərqlənib. Yəni indiyə qədər onun işində elə bir nöqsan olmayıb ki, dövlət qurumları ilə əməkdaşlığında problem yaşansın. Lakin epidemiya səbəbindən 2 ildən çoxdur ki, ölkə və dünya iqtisadiyyatının kəllə-mayallaq olması istər-istəməz sahibkarların qarşısında ağır problemlər qoyub. Anaxeber.info bildirir ki, kənd təsərrüfatı ixracatçısı olan Təyyar Hidayətov həmin pandemiya məhbusudur və düşdüyü çətinliklə bağlı dəstək verilməsinə əvəzinə həbsə göndərilib. T.Hidayətov ölkədən kənd təsərrüfatı ixracının təşkilini aparan öndə gedən sahibkarlardan biridir, təəssüf ki, indi onu azadlıqdan və işindən məhrum ediblər. Bu pisliyi edən isə Bərdə rayon məhkəməsinin hakimi Qamət Əbilovdur. O, bu il dekabrın 7-də araşdırma aparmadan iş adamı barəsində inzibati həbs qərarı verib. Hakimin əsassız qərarı ilə bağlı Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova müraciət edən sahibkarın yaxınları Q.Əbilovun hökmünü ədalətsiz sayırlar. Bildirilir ki, ölkədən ixrac edilən kənd təsərrüfat məhsulunun pul vəsaitini müvəkkil bank vasitəsilə geri qaytarmadığı təqdirdə qərar çıxarıla bilər. İş adamı T.Hidayətov təkcə 2020-ci ildə ölkəyə 2 milyon dollar pul vəsaiti qaytarıb. Lakin həmin il vergi bank hesabına qoyulan sərəncam, pandemiya dövrü olduğundan bəzi pul vəsaitinin xarici ölkədə qaldığından geri qaytarılmayıb. Hakim Qamət Əbilov göstərilən bu səbəbləri nəzərə almadan ona həbs verib. Belə bəhanə edib ki, gömrük ondan tələb edir, başqa addım atmaq mümkün deyil. Bu isə hüquq-məhkəmə sisteminə yaraşmayan davranışdır. Çünki pul vəsaitini əgər bir sahibkar olaraq öz hesabına qaytarmayıb, başqa ölkəyə pul vəsaiti kimi çıxartsa, o halda həmin qərar iş adamına şamil oluna bilər. Görünən odur ki, T.Hidayətovun ixrac etdiyi məhsulun alıcısı olan qarşı tərəf pul vəsaitini bank hesabına 180 gün müddətə qaytarmalıdır. Bu müddət keçəndən sonra pulun geri qaytarılması qeyri-mümkündür. 11 saylı Vergi İdarəsinin bank hesabına sərəncam qoyduğu müddət 1 ildən artıqdır. Yəni burada sahibkar ixtiyarı xaricində olan bir neçə səbəblərdən pul vəsaiti geri qaytarılmayıb. Amma hakim problemləri nəzərə almadan inzibati həbs çıxarıb. Müraciətdə dövlə başçısından dəsətk istənilir: “Cənab Prezident, bu gün ölkədə kənd təsərrüfatı ixracına göstərdiyiniz diqqət, bütün sahibkarlar tərəfindən qiymətləndirilir. Lakin Əbilov Qamət kimi hakimlərin çıxardığı qərarlar Sizin dəstəklədiyiniz məhkəmə-hüquq sisteminə ləkə gətirir. Əbilov Qamət vicdanla, ədalətə istinad edərək qərar çıxartmaq əvəzinə Hidayətov Təyyarın üç azyaşlı övladı olmasını, digər göstərilən səbəbləri nəzərə almadan verdiyi həbs qərarı haqsızlıqdır. Hörmətli Prezident, Sizə güvənərək Hidayətov Təyyara verilən bu haqsız qərara görə Ədliyyə Nazirinə , Ali məhkəmənin sədrinə Əbilov Qamət barəsində tədbir görülməsi üçün tapşırıq verməyinizi xahiş edirik”.
Anaxeber.info
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ