“Azəristiliy”in HƏYASIZ YALANI... - və “çüy” metodologiyası
Sosial
Oxunub: 307
10 dek 2021 | 18:50
“Azəristiliy”in HƏYASIZ YALANI... - və “çüy” metodologiyası


15 noyabrda - Bakıda mənzillərə istiliyin verilməsi mövsümü başlayan gündəcə bəlli oldu ki, “Azəristiliktəchizat” ASC-nin builki hazırlığı ötən illərə nisbətən daha fəlakətli vəziyyətdədir.

Amma qurum 2021-2022-ci il mövsümünə tam hazır olduğunu, hətta necə hazırlaşdığını hesabat şəklində təqdim də etmişdi.

Hesabatdan seçmələrə baxın:

- istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılmışdır;

- mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184,0 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

- istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmiş, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuş, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilmişdir;

- İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülmüşdür. Belə ki, 990 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılmış, 8400 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunmuş, 371 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqlə yoxlanılmışdır və s.

15 noyabrdan bəri Bakıda mənzillərin, məktəblərin, obyektlərin bir çoxuna istilik 2 gün gəlirsə, 4 gün kəsilir. Kəsintinin səbəbi isə magistral xətlərdə qəzalar, daha doğrusu, çürümüş xətlərin bir-birinin ardınca sıradan çıxmasıdır.

“Azəristilik” əməkdaşları ötən illərdə çürümüş xətlərdəki partlamaları qısa müddətdə aradan qaldırırdılar: qazır, sızıntını aşkarlayır, ora şəxsən “Azəristiliktəchizat” ASC-nin rəisi Yaşar Həsənovun birbaşa iştirakı ilə qoz və fıstıq ağacından yaxşıca yonulub hazırlanmış “çüy” vurur, o “çüy”ün su dəydikcə şişib sızıntını kəsməsini gözləmədən torpaqlayıb gedirdilər. Çünki “çüy”ün kəramətinə bələddilər, bilirdilər ki, “Azəristiliy”i pis vəziyyətdə qoymayacaq.

İndi vəziyyət acınacaqlı olub. Daha deşilən magistral xətləri “çüyləmək” mümkün deyil. Əvvəla ona görə ki, xətlər tam çürüdüyündən “çüyləmək” alınmır – məsələn, 10 sm dairəsindəki hissəyə o qədər çüy vurulub ki, artıq vurmağa yer yoxdur, hara vurursan, boru daha da partlayır.

İkinci ən böyük problem isə xətlərin vicdansızcasına, ləyaqətsizcəsinə altdan deşilməsidir. Borular artıq Yaşar Həsənovun layihəsi üzrə üstdən deşilmir, indi altdan partlayır.

Məsələn, Xətai rayonunda, “Azəristiliktəchizat”ın baş ofisinin yaxınlığındakı “Araz” marketin önündə partlayan magistral xəttdə belə bir problem yaranıb. “Azəristilik” əməkdaşları tam 4-cü gündür ki, səhər gəlirlər, qazdıqları sahəyə baxırlar, “çüy”ü necə vurmaq barədə düz axşama qədər düşünüb, daşınıb, çarəsizcəsinə çıxıb gedirlər. Hər gün beləcə “təmir işləri” aparılır. “Çüy” vura bilmədiklərindən isti su binaların özülünə axıb gedir, “təmir” adı ilə “çüyləmə” tamamlanmır və böyük bir məhəllədə istiliyin verilməsi dayanıb.

Bəs, keçirilən tenderlər, dəyişən borular, təmir nə oldu?

Yoxdur, yalnız yalan və aldatmadan başqa “Azəristiliktəchizat” heç bir iş görməyib.

Yeri gəlmişkən, 2005-2010-ci illərdə istilik sisteminə yalnız dövlət büdcəsindən üst-üstə 77 milyon manat ayrılıb. 2011-ci ildə isə ayrılan vəsait 19 milyon, 2012-ci ildə 31,6 milyon manat verilib.

2013-cü ildən 2021-ci ilədək büdcədən bu ASC-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün nə qədər vəsait ayrıldığı barədə göndərdiyimiz sorğuya “Azəristilik” baş mühasibi koronaya “yoluxduğu” üçün cavab verməyib.

Ancaq əlbəttə ki, cavab alacağıq. Dövlət büdcəsindən ayrılan əlavə vəsaitlər, üstəlik, hər il yığılan abunə haqları hara gedir? Niyə hesabatda əksini tapan boru xətləri dəyişdirilməyib? Niyə hesabata yalan məlumat daxil edilib?

Bunun bir məsuliyyəti, cavabdehliyi olmalıdır… //axar.az//
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest