Həsrət Əmrahovun NAŞILARDAN İBARƏT KOMANDASI... - İşini bilənlər İŞDƏN QOVULUR...
Sosial
Oxunub: 444
10 dek 2021 | 21:18
Həsrət Əmrahovun NAŞILARDAN İBARƏT KOMANDASI... - İşini bilənlər İŞDƏN QOVULUR...


Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxt meriyasının rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. İstər keçmiş Sovet respublikaları və istərsə də digər xarici ölkələrdən müxtəlif əkin materialları (tinglər, ot toxumları, gül toxumları, güd ştilləri), müxtəlif avadanlıqlar və texnikalar almaq səlahiyyətinə malik olan Birlik özünün törəmə müəssisələrini yaratmaq, ya da ləğv etmək hüququna malikdir və aşağıdakı müəssisə və təşkilatları öz tərkibində birləşdirir: «Yaşıllıqtikinti» Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi; Bitkilərin Mühafizəsi Stansiyası; Ağac Bəzək Bitkiləri Sovxozu; Avtonəqliyyat idarəsi; Su quyularının İstismarı və Təmiri xidməti idarəsi.

“Dəryaz” qəzetində (Deryaz.az” saytı) Birliyin adları çəkilən təşkilatlar vasitəsilə Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, zeytun plantasiyalarının salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi, toxumçuluğun inkişafı, güllüklərin salınması, habelə şəhər əhalisinin gül və gül məhsulları ilə təmin edilməsi, minimal xərclərlə əmək məhsuldarlığının artırılması, əsas fondların istifadə edilməsinin yaxşılaşdırılması, əmək, material və maliyyə vasitələrindən istifadəsini səmərəli təmin etmək vəzifələrinin öhdəsindən gəlməməsi, müxtəlif növ qanunsuzluqlara, o cümlədən korrupsiya hüquqpozmalarına rəvac verilməsi, maaş cədvəlində “ölü canlar”ın olması barədə xeyli tənqidi məqalələr dərc olunub. Hətta belə tənqidi məqalələrə görə “Dəryaz” qəzeti Birlik tərəfindən məhkəməyə də verilib. Hərçənd, aylar sürən məhkəmə çəkişmələrindən sonra bizim xeyrimizə bəraətverici qərar çıxarılıb.

Doğrudur, Bakı Şəhər İcra Hakimiyyəti son illərdə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərlərini bir neçə dəfə dəyişdirsə də, üslub dəyişməyib. Baş direktor vəzifəsinə kim gəlibsə, əvvəlki sələfinin atasına rəhmət oxutdurub. Keçən ildən bu vəzifəyə təuin olunan cənab Həsrət Əmrahov da özünə yeni komanda yaradıb, əsl mütəxəssisləri, işin biliciləri kənarlaşdıraraq sahədən başı çıxmayan qeyri-ixtisas sahiblərini cəlb edib. Birlikdə ikili mühasibatlıq, normadankənar işləyənlərin əmək haqqına əlavələrin verilməməsi kimi hallar qalmaqdadır. Bakı şəhərinin yaşıllıqlara xidmət göstərilməsi üçün dövlət büdcəsi layihəsinə təqdim olunan və icra prosesində Birlik tərəfindən qulluq edilən sahə göstəriciləri arasında əhəmiyyətli fərqlər var. Yaşıllıqlara qulluq xərcləri üzrə təqdim olunmuş proqnozlaşmada Birlik tərəfindən yaşıllıqlara xidmət xərclərinin tərkibində norma ilə nəzərdə tutulmayan xərclər nəzərdə tutularaq proqnozlaşdırılır. Birliyin təsdiq edilmiş ştat cədvəllərində yaşıllıq sahəsi işçilərinin əmək haqları qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun müəyyənləşdirilmir. Aqronom vəzifəsinə uyğun olmayan ixtisaslarda şəxslər işə qəbul edilir və onlara əmək haqqı ödənilir. Birlik tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməyərək, balansında olan yaşıllıq sahəsinin, habelə həmin sahədə ağac və kolların, çəmənlik və gül sahəsinin, çoxillik əkmələrin inventarizasiyası aparılmır, alınması rəsmiləşdirilmiş əkin materiallarının, o cümlədən ağac və kolların, hazır çimin, gül şitillərinin yaşıllıq sahələrində əkilməsi sahə üzrə (rayon üzrə) aktla sənədləşdirilsə də, ünvan və say barədə məlumatlar əks olunmur. Birlik tərəfindən Nizamnaməsinə uyğun təsərrüfat fəaliyyəti göstərməsi üçün əlavə gəlir mənbələri axtarılmır, fəaliyyətini yalnız dövlət büdcəsindən Bakı şəhərinin yaşıllıqlarına qulluq məqsədi ilə ayrılmış vəsait hesabına formalaşdırır.

Bu günlərdə vətəndaş Əliyev Mahmud Vəli oğlu “Dəryaz” qəzetinin redaksiyasına video-müraciət ünvanlayıb. Bildirir ki, Kənd Təsərrüfat İnstitutunun (indiki Aqrar Universitet-red.) məzunudur, uzun müddət – 25 il kənd təsərrüfatında iş stajı var. Halal zəhmət adamıdır, fəhləlikdən ta sovxoz direktoruna kimi vəzifələrdə işləyib. Təsərrüfat dağıldıqdan sonra Bakı şəhərinə gəlib və Bakı şəhər Yaşılllaşdırma Təsərrüfatı Birliyinə işə qəbul olunub. 2004-dən indiyə kimi aqronom, sahə rəisi kimi vəzifələrdə qüsursuz xidmət göstəriub. Keçən il Birliyin baş direktoru dəyişiləndən sonra yeni baş direktor Həsrət Əmrahov “sənin ixtisasın uyğun gəlmir” deyib, onu ixtisara salıb. Birliyin Kadrlar şöbəsində Mahmud Əliyevə təklif ediblər ki, öz istəyi ilə ərizə yazsın, o halda heç olmasa iki ay sonra fəhlə işinə keçirilə bilər, yoxsa tamamilə işsiz qalacaq. Naəlac qalan Mahmud Əliyev ərizə yazmalı olub. İki ay sonra gedib ona verilən vədi xatırladıb. İşə çıxandan sonra daha iki ay maaşını verməyiblər, nəhayət, fəhlə kimi işə götürüblər.

Mahmud Əliyev bildirir ki, onun ixtisası heç də deyildiyi kimi uyğunsuz deyil (Birliyin idarəetmə aparatında baş aqronom vəzifəsi vardır), Birliyin işçi heyətində beş nəfər ixtisaslı kadr vardısa, biri də odur. Əksinə, Həsrət Əmrahovun ixtisarlarından sonra işə qəbul etdiyi çoxsaylı işçilər arasında ixtisası vəzifəsinə uyğun gəlməyən sürücüdən, musiqiçidən belə adamlar var. Onu baş direktorun qəbuluna düşməyə, üzbəüz görüşməyə icazə vermirlər. Baş direktorla telefonla danışıb əvvəlki işinə bərpa olunmasını xahiş etsə də, eləcə də yazılı müraciət etsə də, onu gah kadrlar şöbəsinə, gah hüquqşünasın üstünə göndərib. Onlar da öz növbələrində “bizlik deyil” cavabını veriblər. Mahmud Əliyev həmçinin qeyd edir ki, müraciətində Birlik rəhbərliyinə 8 yaşlı uşaq atası olduğunu, həyat yoldaşının xəstəliyini, özününsə pensiyaya çıxmasına il yarım müddət qaldığını bildirsə də, maddi sıxıntılı vəziyyəti nəzərə alınmayıb. Haqqını, hüququnun bərpa edilməsini tələb etdiyi üçün Həsrət Əmrahov onunla intriqa aparır. Odur ki, redaksiyadan probleminin ictimailəşdirilməsini xahiş edib.

Redaksiya olaraq, məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə və digər əlaqədar strukturlara müraciət edəcəyik.

Deryaz.az
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest