Rəfael Mehrəliyev Ramsin Abdullayevlə əvəz edilir?
Sosial
Oxunub: 450
10 dek 2021 | 22:22
Rəfael Mehrəliyev Ramsin Abdullayevlə əvəz edilir?


Məlum olduğu kimi, Azərbaycanda bir neçə rayonun icra hakimiyyəti başçısı vəzifəsi boşdur. İşdən çıxarılan icra başçılarından Namiq Zeynalov, Ceyhun Cəfərov və Alimpaşa Məmmədov həbs olunublar. Bəzi iddialara görə, rayonlara icra başçısı təyinatının ləngiməsi aparılacağı ehtimal olunan struktur islahatları ilə bağlıdır. Digər iddialara görə isə, ölkə rəhbərliyi bu vəzifələrə namizəd daha gənc və dinamik kadrları araşdırır.

Başsız qalan rayonlardan biri də Bakı şəhərinin Nizami rayonudur. Ölkə başçısının ötən ilin iyulun 11-də imzaladığı sərəncama əsasən, Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Xatırladaq ki, işdən kənarlaşdırılması ərəfəsində barəsində çoxsaylı şikayətlər olunan Arif Qasımovu qanunsuz yollarla əldə etdiyi var-dövvləti mətbuatın gündəminə gətirmişdi. Arif Qasımovun karyerasını bitirən səbəblərə gəlincə, bu barədə dövrü mətbuatda artıq yetərincə məlumatlar yayılmışdır. Yada salmağa dəyər ki, Nizami rayonunun ərazisində “Heydər Əliyev Fondu”nun vitse prezidenti, ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (İDEA) rəhbəri Leyla Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə salınmış istirahət parkını Arif Qasımovun demək olar ki, özəlləşdirməsi barədə də xəbər dolaşmışdı. Həmin parkın sakinlərin istirahət etməsi üçün nəzərdə tutulan ərazisində özünə restoran, çay evi və əyləncə mərkəzi tikdirmək istəyən keçmiş başçının bu özbaşınalığı təbii ki, sakinlərin haqlı narazılığına səbəb olmuşdu. Sözügedən parkda gedən tikinti işləri ilə bağlı “AzTV”-nin xəbərlər proqramında da süjet getmişdi.

Dəryaz qəzetinin redaksiyasına göndərilən məlumatlara görə, Arif Qasımovun vəzifəsindən sui-istifadə hallarına yol verməsi və qanunsuz əməllərində yardımçısı Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayev olmuşdur. Rayon ərazisindəki köhnə binaların zirzəmilərinə aylarla baxılmır, küçə və səkilərdə, xüsusilə də, “8-ci km bazarı” ətrafında natəmizlik dözülməz həddə çatıb. “Neftçilər” Metrostansiyasının ətrafında yol boyu tikilən ticarət obyektləri vətəndaşların gediş-gəlişinə mane olur, ərazidə demək olar hər ay yeni ticarət obyektləri istifadəyə verilir. “NZS” və “UPD” deyilən ərazilərdə də baxımsızlığın baş alıb getdiyini, boş torpaq sahələrində yeni obyektlərın tikildiyi bildirilirdi. Keçmiş İcra başçısına bu yöndə kömək edənlərin birinin və birincisinin məhz Ramsin Abdullayev olduğu bəllidir.

Təbii ki, belə vəziyyətdə ictimaiyyət Ramsin Abdullayevin də aqibətinə tezliklə aydınlıq gələcəyini gözləyirdi. Onun özü də narahatlıq keçirirdi. İcra başçısı vəzifəsinə təyin olunacaq tanımadığı təzə adam onunla işləyəcəkdimi? Bu və digər suallar MKTB rəhbərini çox düşündürürdü. Nə qədər paradoksal görünsə də, hətta boş qalan icra başçısı vəzifəsinə özünün təyin olunacağı variant belə Ramsin bəyi qane etmirdi. Çünki belə olan halda böyük ehtimalla ondan korrupsiya ortağı Arif Qasımovdan miras qalan problemləri öz şəxsi imkanları hesabına həll etmək tələb olunacaqdı. Başqa sözlə, yediyi burnundan gətiriləcəkdi. Odur ki, “əl – ayaq” edib karyerasını başqa istiqamətə yönəltməliydi. Eyni zamanda paralel olaraq bu ərəfədə Bakı ŞİH MKTD-nin baş direktoru Rəfael Mehrəliyevin əleyhinə mətbuatda silsilə tənqidi informasiyalar yayılmaqdadır. Müşahidələr belə təxmin etməyə əsas verir ki, R.Mehrəliyevin əleyhinə aparılan qarayaxma kampaniyası da Ramsin Abdullayevin onun yerinə hazırlanması planının tərkib hissəsidir.
Deryaz.az
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər